Şrift ölçüsü:
A+
A
A-
Kr
24 May 2019

İlham Əliyev şəhid Mübariz İbrahimov və Ramil Səfərov üçün nə qətiyyət ortaya qoyub ki?

İlham Əliyevin bu iki insanın işində etdiyi iş qapıçısı olmayan boş tora topu göndərmək olub. Bütün işi Hacı Abgül və İlham Rəhimov görüb
Mübariz İbrahimovu Hacı Abgül daha çox tanıtdırıb, Ramil Səfərovu hüquqşünas İlham Rəhimov azad elətdirib.

Politoloq Elçin Mirzəbəyli yenə fürsətdən istifadə edib İlham Əliyevə olan sadiqliyini, yəni yaltaqlığını nümayiş etdirib. Belə yerdə Elçin Mirzəbəyli kimi adamlara demək lazımdır ki, əvvəla şəhid Mübarizin ruhu sənə qənim olsun, ikincisi Ramil Səfərov kaş erməninin başını yarandan sonra sizin kimi yaltaqların da işləməyən başını yaraydı. Əlbəttə, biz bunu hirsləndiyimiz üçün deyirik, bizim yerimizə başqası olsaydı Elçin Mirzəbəylini avropa şəhərlərindəki müxalifətin etdiyi kimi söyüb yutuba qoyardılar.

Bir qadın jurnalistin Ramil Səfərovu cinayətkar kimi qələmə verməsindən yazırlar. Təbii ki, qadın müxalifətçidir, Elçin Mirzəbəyli də köhnənin yaltağıdır. Füfrsəti qənimət bilib Azərbaycan bayrağı, Ramil Səfərov üzərindən öz yaltaqlığını bir daha prezidentə nümayiş etdirməyə çalışır. Belə ki, müxalifətçi qadının fikirlərini şərh edərkən deyib ki, Azərbaycan prezidentinin bu məsələdə nümayiş etdirdiyi qətiyyətli mövqeyini ermənilər həzm edə bilməyib. Buna deyəsən ki, ay yaltaq, İlham Əliyev Ramil Səfərovun və Mübariz İbrahimov barəsində nə qətiyyət nümayiş etdirib ki. İlham Əliyevə qalsaydı, birincisi o və onun oğurluq etməkdən, qarınları işləməkdən başları işləməyən hökümət nümayəndələri Ramil Səfərov vəziyyəti kimi böhranlı durumlarda başlarını itirir, nə etdiklərini bilmirlər. Belə məqamlarda Ramilin və Mübariz İbrahimovun səhv yaxud doğru iş gördüklərini ayırd edə bilmirlər. Onlar bilmirlər belə məqamlarda bu cür insanlara cəza versinlər yoxsa orden və mükafat. İnanın ki, gizir Mübariz qayıtsaydı onu həbs edəcəkdilər. Ramil Səfərovun etdiyini cinayət adlandırıb cəzalandıracaqdılar.

Gizir Mübariz İbrahimovun tanınmasında, dövlət ərəfindən şəhid adı verilməsində ruhani Hacı Abgülün böyük rolu vardır. O, dindarları ətrafına yığıb şəhid Mübarizin atasının ziyarətinə gedib. Əlbəttə, Hacı Abgül kimi insanların nəzərində əsas odur ki, Allahın şəhidlər siyahisinə düşəsən, onsuz da İlham Əliyev höküməti kiməsə şəhid statusu verirsə də ki, öz xeyrinə istifadə etməyə çalışır. Ramil Səfərovun isə həbsdən azadlığa çıxmasında hüquqşünas İlham Rəhimovun əməyi keçib. Təkcə Ramil Səfərov Azərbaycanda gələndən sonra İlham Əliyev onun Azərbaycanda həbsdə qalmasına razı olmayıb. O da buna görə ki, bilib ki, xalq onun üzünə tüpürəcək, öz mənfəətinə görə bu işi görüb. Yoxsa belə qətiyyət göstərən idisə 7 ildir həbsə qalan Ramilə İlham Rəhimovdan əvvəl köməklik göstərərdi. Heç bir dəfə gedib Ramil Səfərovu zyarət etmişdimi?

İlham Əliyevin bu iki insanın işində etdiyi iş qapıçısı olmayan boş tora topu göndərmək olub. Bütün işi Hacı Abgül və İlham Rəhimov görüb. Onu da deyək ki, İlham Əliyev "lazım gəlsə" deyərkən həmişə Putinin razılığını nəzərə alıb. İllər uzunu da xarici təşkilatların, Avropa ölkələrinin və Putinin dodaqlarına göz tikib. Onun ölkəsində erməniyə güllə atan insanlar xain kimi qələmə verilir, məhv edilir, köməksiz tərk edilir. O, Ramil Səfərov və Mübariz İbrhaimovun işində nə qətiyyət ortaya qoyub ki? Onlar Allaha dua edirlər ki, oturub əvvəlki kimi yenə erməni qohumlarıyla "rumka" toqquşdursunlar. Elçin Mirzəbəyli də İlham Əliyevin şərabsüzəni olmaqdan qürur duyan qürursuz insandır.


272 بازدید
در حال ارسال اطلاعات...