Şrift ölçüsü:
A+
A
A-
Kr
20 May 2019

Orduxan Belçikada İlham Əliyevi qaçırtdı

Bildiyiniz kimi Azərbaycandan kənarda, post-sovet ölkələrində və Avropa şəhərlərində nə qədər mühacir, iş üçün gedən, çörəkpulu qazanan insanlar, həmvətənlər yaşamaqdadır. Bunlardan ən tanınmışları İlham Əliyev hakimiyyəti, oğru məmurlarla mübarizə aparan mühacirlərdir. İlham Əliyev özü, yaxud iqtidarından hansısa məmur, nümayəndə heyəti, deputatlar Avropa ölkələrinə gedirsə bəzi mühacirlər cəm olub etirazlar edir, diktator hesab etdikləri İlham Əliyev və onun adamlarından şikayətlənirlər. Bu hadisələrdən biri də bu yaxınlarda baş verdi. Həm də bu dəfə hədəfdə deputatlardan Asim Mollazadə, Səməd Seyidov deyil İlham Əliyevin özü idi.

İlham Əliyevin Belçika səfəri təbii ki, ölkə telekanalizasiyalarında, xüsusilə AZTV-də yayımlandı, bu telekanalizasiyalar həmişə olduğu kimi bu dəfə ölkənin İlham Əliyevin rəhbərliyi ilə inkişaf etməsindən, Avropayla ayaqlaşmasından danışdılar. Bunun bərabərində isə İlham Əliyev Belçikada əməlli-başlı rüsvay olub.

Belə ki, Belçika kimi digər Avropa şəhərləri, cəmiyyətləri çox demokratdırlar. Yəni bu məmləkətlər Azərbaycan kimi bir yer deyil. Məsələn, Orduxanın həmin videosuna baxanda məlum olur ki, altı-yeddi maşından ibarət kortec Belçikaya prezidentlə birlikdə getsələr də orada onlara adi adamlar kimi baxıblar. Bu kimi videolara baxanda doğrudan da bizim iqtidarın, hakimiyyət adamlarının diktator, görgüsüz, qorxaq, çölə çıxanda narahat olduqlarını açıq-aşkar görmək olur. Təsəvvür edin ki, görgüsüz adamlar Belçikanı Gəncə, Biləsuvar hesab edib prezidenti altı-yeddi maşın müşayət ediblər. Amma Gəncədən, Biləsuvardan, ümumiyyətlə oğru, quldur, xain, yekəqarın, porsuq məmurların icra başçısı olduğu məntəqələrimiz kimi Belçikada İlham Əliyev üçün yolları insanlardan və maşınlardan təmizləməyiblər. Videoda açıq-aşkar görünür ki, Orduxan kortecdəki insanlara yaxınlaşır, onlarla danışır, hətta AzTV telekanalizasiyasının muxbiri olduğu bilinən bir insanla qarşılıqlı söyüşə də çıxır. Azərbaycanda kimin həddi nədir bu cür insanlara yaxınlaşıb salam versin - hələ söyüş demirəm. Amma Avropa demokratlar diyarıdır, bu diyarda sadə bir şəkildə hətta Avropa parlamentinin binasına yaxınlaşıb Asim Mollazadə, Səməd Seyidov kimi insanlara sual verə bilirsən. Baxmayaraq ki, ölkədə bu cür insanlar xalq arasına çıxa bilmir.

Orduxan isə İlham Əliyevin kortecinin qarşısına çıxır və İlham Əliyevə rişxəndlə deyir ki, şüşəni aşağı salın və sizə olan suallarımızı cavablandırın. Təbii ki, İlham Əliyevin köhnə xasiyyətidir ki, yerli jurnalistlərə müsahibə vermir. Təsəvvür edin ki, rejimə işləyən, yaltaq Mirşahin belə özünün heç də real olmayan telekanalizasiyasında İlham Əliyevdən müsahibə alarkən deyir ki, İlham Əliyev on altı ildən sonra ilk dəfədir ki, bizə müsahibə verib. Əlbəttə istəyib ki, öz telekanalizasiyasını bir az hörmətə mindirsin. Qoy desinlər ki, Mirşahin qaqaş olduğu üçün İlham Əliyev on altı illik adətini Mirşahinə görə pozub. Amma belə etməklə İlham Əliyevi rüsvay edib.

Belçikada isə mühacir jurnalist Orduxan İlham Əliyevi əməlli-başlı öz qabağından qaçırdıb. İlham Əliyev qaldığı oteldən 600-700 nəfərlik bir orduyla çıxsa da Orduxana rast gəlib, amma tez maşınına minib aradan çıxıb. Buradan bəlli olur ki, İlham Əliyevin Azərbaycan xalqına verməyə cavabı, baxmağa üzü yoxdur. Məsələn, bu sualın qarşısında nə cavab verə bilər ki: Cənab prezident, nə üçün biz sizi tənqid edəndə ailəmizi incidirlər? İncidirlərsə siz hara baxırsınız?

P.S. Bu yazını hansısa GÖZƏGİRƏN, mühacirlərin diliylə desək hansısa TROL oxuyub əks mövqe ortaya qoyacaqsa buyurub vicdanıyla üz-üzə gəlsin və İlham Əliyevə ünvanlanan sualı cavablandırsın.


514 بازدید
در حال ارسال اطلاعات...