Şrift ölçüsü:
A+
A
A-
Kr
18 May 2019

Trampın şəkli corabda Heydər Əliyevin portreti "ştuçnu butkasında"

Ziyafət Əsgərovun Billi olmasına hələ 150 il qalıb.
Bizim yuxarı başda, deputatxanada oturan başlar, türk qardaşlar demişkən – "taş kafalılar", başına daş düşmüş başıboşlar kritik məqamlarda özlərini demokratik ölkə kimi tanınan ölkələrlə müqayisə edirlər. Məsələn, bir nəfərin iki dəfədən artıq prezident seçilməsini yasaqlayan maddəni konstitusiyadan çıxaranda deyirdilər ki, nə qədər Avropa ölkəsi vardır ki, orada krallar mövcuddur. Bunu heç kim ayıb bilmirsə niyə bizim siyasətimiz ayıb hesab edilməlidir. Deputatxanada təyinatla oturan deputatlardan biri olan Ziyafət Əsgərov da Avropa tərəfindən İlham Əliyev siyasəti məhkum ediləndə deyir ki, Avropada İlham Əliyev kimi lider olmadığı üçün onların bizə paxıllığı tutur. Amma doktor Rəşid demişkən – mənə Avropada həkimə verilən maaşı + müəllimin, pensiyanerin, tələbənin aldığı maaşları, kasıblara edilən maddi yardımları gətir, onda deyim ki, haqqın var özünü Avropa ilə qiyaslamağa.

Amerikada qəribə hadisə baş verib. Ölkənin Luiziana ştatının vitse-qubernatoru Billi Nanqesser ABŞ prezidentinin ştata səfəri zaman üzərində Trampın rəsmi əks edilmiş corabı geyinərək onu qarşılamağa gedib. Hələ bir şalvarının balağını azca qaldırıb Trampın harda olmağa layiq olduğunu kinayə ilə ona bildirib. Trampın indiyədək itdən əksik edilməsi barədə heç kimim şübhəsi yoxdur. Amma maraqlısı budur ki, bu hadisəyə şərh verənlər çaş-baş qalıblar. Görəsən cənab Billi bu hərəkəti ABŞ demokratiyasına söykənərək edib, yoxsa həqiqətən Trampı təhqir etmək fikri olub? Bu barədə danışmaq bəlkə də yersizdir. Heç yazını da bu məqsədlə yazmamışıq.

Yadımıza Heydər Əliyevin ikinci dəfə ölkədə prezident seçilən ildən başlayaraq ölkədə vüsət alan, bəlkə də indilərdə artıq dəb olmayan bir hadisə yada düşür. Başqa sözlə Billi Nanqesser yadımıza Bəxtiyar kişinin "ştuçnu" satdığı "butkasını" xatırlatdı. Bəxtiyar əminin balaca "butkası" var idi. Heydər Əliyevin apardığı siyasət əticəsində Allahın kasıb bəndələrinin "budkalarına" bəlkə yeganə çörək ağaclarına gözlərini ac qurdlar kimi tikən "pastavoylar", sahə üzrə məsul şəxslər tez-tez gəlib Bəxtiyar kişiyə xatırladırdılar ki, əgər sən bu ölkədə "ştuçnu butkası" işlətmək istəyirsənsə bizi "görməlisən." Yoxsa bu ölkədə bəxtiyar, şad-xürrəm yaşamağa haqqın yoxdur. Bəxtiyar kişi neylədi? İşin çarəsini tapdı. Satdığı gilə siqaretlərin pulunu bir neçə ay komalayıb Heydər Əliyevin portretini hazırlatdı. Gətirib "butkanın" ən gözəgəlimli yerindən asdı. İşi keçsin deyə ayıya dayı dedi, sovet vaxtındakı ideallarına, mübarizə əzminə də birdəfəlik tüpürdü. Çünki nə də olsa balaları saxlamaq lazım idi. Bəxtiyar kişini tanıdığımız qədər sovet rəhbərliyinə sovet höküməti zamanı, sovet höküməti dağılandan sonra da onun törtöküntüsü olan məmurların sonradan hakimiyyətə gəlməsini qəbul edə bilmirdi. Amma deyirdi ki, mən mübarizəni o zaman apararam ki, kişi kimi mübarizə aparan rəqibim olsun. Əks halda, öz xalqına qarşı sovetdən, rusdan, xaxoldan, gürcüdən, hətta ermənidən daha betər olan bir hakimiyyətlə, onun pastavoyları ilə heç zaman mübarizə aparmaram.

Billi ilə Bəxtiyar kişi arasında kiçik bir müqayisə apardıqda görürük ki, Azərbaycanın ABŞ olmasına, Azərbaycan deputatxanasının ABŞ parlamenti səviyyəsinə çatmasına , həm də Ziyafət Əsgərovun Billi olmasına hələ 150 il qalıb. ABŞ da qubernator köməkçisi ölkənin birinci şəxsiylə bu cür məzələnir, ona deyir ki, sən kimsən axı, mənim pulum var, gedib üzərində şəklin olan corab alıb geyinmişəm. Amma gör bunu bizdə hansı məmur edə bilər? Bütün qohum-əqrəbasını ölkədən sürgün edib özünü də bitirərlər. Üstə gəl həmin corabı istehsal edən fabrikin rəhbərliyindən tutmuş işçilərinə qədər başlarına corab geyindirib bütün Avropanı qarış-qarış gəzdirib rüsvay edərdilər. Bəxtiyar kişi ölkədə milyonlardan biridir. O, pastavoyların şərrini özündən uzaqlaşdırmaqdan ötrü ayıya dayı deyirdi, Amerikada isə ayı Trampı heç bir dayıya, daydaya güvənmədən alçaldırlar.


229 بازدید
در حال ارسال اطلاعات...