Şrift ölçüsü:
A+
A
A-
Kr
09 May 2019

Ramazanda günorta restoranları bağlamırsınız, heç olmasa Türkiyədən...

Bildiyimiz kimi Türkiyə də Azərbaycan kimi dünyəvi dövlətdir, bu iki dövlətin qanunları şəriət qanunları deyil, qərb ölkələrin qanunlarından fərqlənmir. Demokratik ölkələrdə isə zahirən insanlar öz ixtiyarına buraxılır. İstəyirsən bara gedib şərab iç, istəyirsən məscidə get və camaat namazlarında iştirak elə.

Mübarək Ramazan ayı girib girməyib bir dəstə insan sosial şəbəkədə, qəzetdə, saytda yaman fəallaşıb. Bir dənə də söz bilirlər ki, məscidin də qapısı açıqdır, barın da. Kim hara istəyir ora getsin. Hansı mürtədin biri mürtəd bu fikri bunların başına, bu sözü də dillərinə salıb bilinmir. Amma camaat artıq belə bir fikrə adət edib. Bu təfəkkür Ramazandan da yan keçməyib. İstəyirsən oruc tut, istəmirsən tutma.

Bir xəbər paylaşırlar, deyilir ki, İranda oruc tutmayanlar cərimələnəcək. Bu söhbəti də öz bəhslərinə əlavə edirlər. Deyirlər ki, İranda nahaqq yerə belə iş görüb camaatı məcbur edirlər ki, oruc tutsun. Əslində demokratiyaşüvənlər ki, indiyədək deyirdilər camaatın ixtiyarına verilməlidir, onlar İran məsələsində eyni mövqe ortaya qoya bilmir. Məlum olur ki, demokratik, dünyəvi dövlətlərdə seçimi insanın özünə tapışıran zümrə İran kimi dini dövlətin qanunlarına qarışır, onları qınayır, güya bu demokratiyaya zidd imiş.

Amma məsələnin əsli budur ki, bizdə həqiqətən də iş insanların öhdəsinə buraxılmır. Bəli, kimsə oruc tutursa demirlər ki, tutma, boğazına bir vedrə su tökmürlər. (Hərçənd zorla töksələr də orucu batil olmaz) Tutmayanı da cərimələmirlər. De gəlki informasiya dövründə yaşadığımız halda KİV vasitəsilə psixoloji hücumlar edirlər. Yəni, bütün teleməkanda Ramazana aid heç nə yoxdur. Uzaq başı bir saat dini bir veriliş efirə gedir ki, bu da qalan saatlarda kütləvi olaraq efirə gedən həyasızlıq, şou verilişləri kimi verilişlərin arasında itib- batır. Bunu ona görə yazırıq ki, soruşmaq istəyirik ki, axı siz nə vaxt xalqa Ramazan mübarəkliyindən danışdınız. Nə vaxt bu xalqın ruhanilərinə imkan verdiniz ki, çıxıb Ramzanda mübarək ayın feyzindən danışsınlar. Belə olan halda xalq əlbəttə ki, orucdan qafil olacaqdır.

İkinci bir məsələ mübarək Ramazan ayında küçələrdə günorta vaxtı restoranların, dönərxanaların, bundan daha betər olan "pivənoyların" fəaliyyətinin qadağan edilməməsidir. Deyəndə də demokratiyaşüvənlər yenə başlayıb car çəkib deyirlər ki, bu iş insanın öz ixtiyarına buraxılıb. Düzdür, kimsə dindardırsa, Ramazan ayında bu kimi yerlərdə - dinə hörmət edib – işləmirsə ona deməzlər niyə restoranını bağlamısan? Amma mən əminəm ki, bu hal kütləviləşsə, oruc tutmayanlar oruc əhlinə, Ramazana hörmət naminə iftar vaxtına qədər restoranlarını bağlasalar DQDK-nin "mollaları" başda Mübariz müəllim olmaqla çıxıb camaata "moizə edib" deyəcəklər ki, bu iş düzgün deyil.

Bu məsələ qeyd edilməlidir ki, Ramazan ayında iftar vaxtına qədər restoranların hökümət tərəfindən bağladılması iman, din işidir. Vallahi, billahi, indi sərf eləsəydi hökümət adamları söhbəti elə fırladıb restoranları bağladardılar gəl görəsən. Əgər onlarda iman, din, İslama, Ramazana hörmət olsaydı bir qərar çıxarıb, yaxşı mənada bəhanə edib restoranları bağladardılar. Lap tutaq ki, heç qanun da çıxarmırıq, onlar efirdən camaata səslənib desələr ki, ay camaat, gəlin Ramazana qarşı tərbiyəsizlik etməyək, onsuz da ilin 11 ayını küçələrimiz, bulvarımız, şəhərimiz, restoran və barlarımız şeytan nəcisiylə doludur, heç olmasa gəlin mübarək Ramazan ayında araq, pivə, restoranları yığışdıraq camaat buna etiraz etməz.

Ən mühüm isə budur ki, bu işin hökümət adamları tərəfindən yerinə yetirilməməsi ona görədir ki, onların özləri bu işdə maraqlı deyillər. Çünki özləri din, iman əhli deyil. Özləri oruc tutmur, namaz qılmırlar. Xatırlayırsınız qabaqlar bizim deputatlardan imkan düşdükcə soruşurdular ki, siz oruc tutursunuz? Onlar da həmişə olduğu kimi bəhanə edib deyirdilər ki, bizim iş rejimimiz ağırdır, oruc tuta bilmirik. Sonra da başlayıb Allahın adından min cür "mollalıq" edirdilər. Güya belə olan halda onlar üzürlüdür, Allah onları bağışlayacaq, yaxud ümumiyyətlə bir deputat üçün oruc tutmamaq günah deyil, o xalqın əziyyətini çəkir (inanan daşa dönsün) 10 milyon xalqın 100000 nəfərinin deputatı oruc tutmur ki, işi-gücü çoxdur, güya seçicilərlə maraqlanır, o boyda Türkiyə İran kimi 80, 85 milyonluq xalqın rəhbərləri oruc tutub namaz qılır.

Elə məsələ də budur. Biz qınayanda, bunlar Allaha hörmətsizlik edib restoranların fəaliyyətini qadağan etmir deyəndə deyirlər ki, nə bilirsən? Burdan bilirəm ki, çünki özləri oruc tutmur, namaz qılmır, ibadət etmirlər. Çünki bizim başbilənlər haram yeməkdən qəlbləri qəsavət, ürəkləri piy bağlayıb, bunlar hardan bilsin Allahın hörməti nə olan şeydir. Özü ibadət etməyən insan üçünsə heç də maraqlı deyil ki, Ramazanda pivə içdilər, zina etdilər. rüşvət aldılar. Elə nəsihətimiz də budur ki, günorta vaxtı restoranları, barları, dönərxanaları qapatmamağnız cəhənnəm, heç olmasa Türkiyəyə baxıb ibrət alın. Orada da dövlət dünyəvidir, amma başçılar arasında, deputatlar içində oruc tutub namaz qılanlar mövcuddur. Heç olmasa özünüz namaz qılıb oruc tutun, müsəlman olduğunuz bilinsin. Etmirsinizsə doğrudan da cəhənnəmə (aparırsınız özünüzü.)


711 بازدید
در حال ارسال اطلاعات...