Şrift ölçüsü:
A+
A
A-
Kr
06 May 2019

Təkcə soyadının deyil adının da haqqını verməyən Elşən Musayev

Camaat İrana, Gürcüstana gedir müalicə üçün. Amma hazırda Elşən Musayev bu günkü səhiyyəmizin səviyyəsindən yazmır.
Millət vəkili olmağı köşə yazarı olmaqla səhv salan, GÖZƏGİRƏN, iqtidar vəkili olan Elşən Musayev Əli İnsanovu hədəfə alacaq bir yazı yazıb, adını da "soyadının haqqını verə bilməyən İNSANOV!" qoyub. Allah şahid olsun ki, İnsanovu müdafiə etmək kimi bir fikrimiz yoxdur. Çünki biz elə Heydər Əliyevin vaxtından onun komandasını tənqid edəndə Əli İnsanov da bu tənqidlərə tuş gəlirdi. İndi isə əgər YAP üzvü və naziri olmaqdan peşiman olub İlham Əliyevi nahaqq bilirsə bu o deməkdir ki, fikirlərimiz üst-üstə düşür.

İş budur ki, Elşən Musayevin məqaləyə qoyduğu başlıqdakı "soyadı" sözünü oxuyan kimi zehnlərə elə müəllifin öz ad və soyadı gəlir. ELŞƏN MUSAYEV - adı bizə qədim Azərbaycan kinosundakı qanlı qalanın Elşənini xatırladır. Orada Elşən çox qərəman birisidir. Qanlı qalaya gedib göygöz kosanı öldürür, sonra da zalım xanı məhv edib xalqı ağ günə çıxarır. Amma bizim yazıq, qorxaq, GÖZƏGİRƏN ELŞƏN MUSAYEV nə edir? Yerli hakimiyyətin QANLI QALASINDA yüzlərlə GÖYGÖZ KOSA mövcuddur, xalqın bütün gününü cəhənnəmə döndərirlər. Elşən Musayev isə and içib ki, GÖZƏGİRƏNLİKDƏN başqa heç bir işlə məşğul olmayacaq.

Elşənin familiyasına gəldikdə isə Musayev bizə Həzrət Musanı (ə) xatırladır. Zalım fironun ilanlarını yerə atdığı və Allahın əmriylə əjdahaya çevrilən əsasıyla məhv elədi. Azərbaycanda isə efir məkanı ekstrasenslər, falçılar, küpəgirənlər, murdar insanlarla doludur. Üstəlik dövlət postlarında qədimdə xəzinələr üstündə ilanlar yatdığı kimi adamyeyən ilan məmurlar oturmaqdadır. Elşən Musayev isə bütün bu ilanların zəhərindən, göygöz kosaların sehrlərindən qorxub siçan deşiyinə girib ancaq Əli İnsanova xoruzlanır.

Daha çox mənə təsir edənsə atasının haqqında yazdıqlarıdır. Yazır ki, 2004-də atam xəstəxanada sağlam adam olduğu halda öldü. Sonradan həkim etiraf edib ki, işi səhv yerinə yetirib. Sonra Elşən orada həkimlə danışanda həkim deyib ki, biz Əli İnsanovun adamlarıyıq və bizə heç nə edə bilməzsiniz. Bəli, razıyıq. Elə bu günə qədər səhiyyəmiz it günündədir. Bu yaxınlarda ekspertlər də bildirdi ki, bəzi həkimlər bəzi apteklərlə birgə işləyir, çox dərman yazır, çox pul qazanıb bölüşürlər. Bunlara heç kim şübhə etmir.

Lakin Elşən o zaman Əli İnsanova İnsanov güclü olduğu üçün deyil, Elşənin özünün o vaxtdan GÖZƏGİRƏN olduğu üçün etiraz etmirdi. Çünki Əli İnsanov o vaxtlar Heydər və İlham Əliyevlərin adamı idi.

Elşən özü də bir həqiqəti anlamır ki, bir komandanın bir üzvünü tənqid edəndə gərək onların başında da günah görəsən. Məsələn, həkimi danlayırsan, məlum olur ki, o, özündən yuxarıda oturan nazirə güvənir. Naziri də qurdalayanda məlum olur ki, yuxarıda oturan Heydər və İlham Əliyevlərə güvənir. Əgər İnsanov o vaxt pis adam idisə, səhiyyə bərbad gündə idisə (ki, elə bu gün də belədir) deməli belə bir adamı vəzifədə saxlayan Heydər Əliyev, İlham Əliyev də danlanmalı, tənqid edilməlidir. Amma təəssüf ki, GÖZƏGİRƏNLİKDƏN savay heç nə bacarmayan Elşən Musayev belə bir bəsit məsələni qana bilmir.

Biz bu yazını ona görə yazırıq ki, istəmirik ki, Elşən Musayev özünü SÜDDƏN ÇIXMIŞ AĞ QAŞIQ hesab etsin. O, bu gün İnsanovu yaş yuyub quru sərir. İnsanov kimi çirkaba batmış bir insanı nə qədər pis qələmə versə bilir ki, o qədər özü kimi düşüncəsiz insanların nəzərində QƏHRƏMAN kimi qalacaq. Biz isə buna imkan vermirik, bu yazıyla diqqətə çatdırırıq ki, Elşən Musayevin də Əli İnsanovdan geri qalan tərəfi yoxdur.

Sonda bir məsələni də diqqətinizə təqdim etmək istərdik. Baxın, Elşən Musayev hazırda millətin deyil, şəxsən iqtidarın GÖZƏGİRƏNLİYİNİ yerinə yetirsə də gözəl bilir ki, hal-hazırda da xəstəxanalarımız pis gündə işləyir, sağlam adamı öldürüb meyyitini çıxarırlar, sağ qolu ağrayanın sol qolunu kəsirlər, bilərəkdən çox dərman yazıb şərikli pul qazanırlar, həkimlər savadsız, dərmanlar keyfiyyətsiz, insanlar hər gün xəstələnir, xəstəlikləri şiddətlənir. Ümumi mənzərə ölkədə bu cürdür. Camaat İrana, Gürcüstana gedir müalicə üçün. Amma hazırda Elşən Musayev bu günkü səhiyyəmizin səviyyəsindən yazmır. Çünki millət vəkili deyil, səhiyyədən əziyyət çəkən xalqın dərdini işıqlandırmır. Çünki indiki səhiyyə naziri də Əli İnsanov kimi YAP tərəfindən seçilib, İlham Əliyevin adamıdır. Elşən isə onu tənqid etsə bütün dedikləri İlham Əliyevə çatacaq. O, isə xalis GÖZƏGİRƏN olduğu üçün bunu etmir. Çünki Elşən kimi insanlar nazirlər vurulandan sonra tənqid etməyə başlayırlar.


240 بازدید
در حال ارسال اطلاعات...