Şrift ölçüsü:
A+
A
A-
Kr
04 May 2019

Metro Tağının batmış üç milyonunun xümsü və ilahi ədalət

Metro müəllim arxayın olsun ki, onun 44 ildə "yığdığı" 3 milyon manat heç də onun halal pulu deyil
Metro Tağının batmış 3 milyon manatı yenə gündəmə gəlib. Məhkəmədə bir daha utanmadan-qızarmadan deyib ki, mən batmış pulumu istəyirəm. O, 3 milyon manat adamın 44 illik əmək fəaliyyətinin nəticəsində yığılıbmış. Bu cür adamlar normalda ağzına su alıb oturmalı, Allaha şükür etməli idi ki, Abelin, Fazilin, Cahangirin gününə qalmayıb, amma şükür etmək əvəzinə hələ bir dili də var durub pulunu istəyir. Bunu ona görə edir ki, iqtidar onun üstündən xətt çəkmədi. O boyda həngamədən sonra hələ bir YAP-ın bölgə üzrə sədri də seçildi.

Metro Tağı 3 milyon pulu 44 illik əmək fəaliyyətinin nəticəsində yığıdığını deməklə indiyədək metro vaxtlarında haqlarında "sualın qoyuluşunu düzgün qoyun" dediyi jurnalistlərin danışıqlarına bəraət qazandırmış oldu. Onlar Metro Tağıya hər nə qədər əndirabadi suallar veribsələr də ki, Metro Tağı bu cümləsiylə jurnalsitlərin atasına rəhmət oxutdurdu. Heç kim onun doğru danışdığına inanmır. Bəli, qarşı tərəfə də inanmaq olmur. Çünki qarşı tərəf Metro Tağı kimi xalqdan oğurlayan məmurları soyub soğana çevirsə də o da Akif Çovdarovdan başqa biri deyil. İş qalır məkəməyə. Elə xalqımızın bədbəxtliyi də budur ki, iş məhkəməyə qalanda daha pis olur. Çünki məhkəmə bunlardan da betər. Şeytanın pulu çox olsa alıb mələyə döndərərlər. İndi bu saat məhkəmə oturub hər iki tərəfin bu pulun neçə faizini onlara (məhkəmə sisteminə) verəcəyini qarşılarına şərt qoymaqla işi onun lehinə həll edəcəyi barədə düşünür. Əgər Metro Tağı bu pulu qopara bilsə heç şübhəsiz ki, bəlkə də tən yarısını məhkəməyə ödəyəcəyini söz verib ala biləcək. Bu da hər iki tərəfə - məhkəmə və Metroya sərf edir.

İlahi ədalət deyilən bir şey vardır. Biz bu ilahi ədalətdən düz-əməlli, dəqiq bir şəkildə baş çıxara, elm çatdıra bilməsək də adını çox eşitmişik. Yarı cahilanə, yarı danacasına da bu kimi yerlərdə ilahi ədalətin təcəllasının olduğuna inanmışıq. İlahi ədalət bundan ibarətdir ki, Metro Tağı indiyədək xalqı soyurdu, metrodan istifadə edən müştərilərin jetonunun qiymətini bahalaşdırır, dörd jetondan birini də cibinə ötürərdi (bu da bizim kəşfimiz deyil, elə Çovdarovgilin işidir.) İndi isə başqa bir zülmkar Metro zülmkarının dərsinə saman təpdi. Xalqa nəsib olmayan pullar Metro müəllimə də nəsib olmadı.

Metro Tağının isə hər bir halda danışmağa haqqı yoxdur. Qarşı tərəfin balaca ağlı varsa desin ki, biz bu pulu almamışıq. Belə də ki, Metro müəllim gedib vaxtında müvafiq orqanlara, prezidentə xəbəri çatdırardı. Niyə də çıxarıb o qədər məbləği ödəyib? Adi adamların, yazıq xalqın şikayət etməyə yeri yoxdur, xalq üçün ölkə başsızdır, axı Metro müəllimin şikayətlərinə baxılardı. O isə başı aşağı olduğundan bunu etməyib.

Bundan başqa Metro müəllim arxayın olsun ki, onun 44 ildə "yığdığı" 3 milyon manat heç də onun halal pulu deyil. Əslində bir müsəlman kimi o nəinki 44 il, bir illik ehtiyacdan artıq qalan pulun xümsünü, beşdən bir hissəsini çıxarıb dini səlahiyyəti olan şəxslərə verməli idi. Sən seyyidin, imamın (xümsün verildiyi yerlər) pulunu yeyə biləcəyinimi düşünürdün. Adam nə qədər "əmək fəaliyyətinin" ilinin dozasını çoxaltdısa da məlum oldu ki, bir o qədər kasıb-küsubun, yetim-yesirin haqqı qalıb boynunda.

Sonda bir maraqlı hekayə danışmaq istərdim. Çox xahiş edirəm ki, oxuculardan kimsə bacarırsa bunu hökmən Metro müəllimə çatdırsın. Deməli, bir gün bir şah bazara bir vəzir təyin edir ki, bazarda ədaləti bərqərar etsin. Bu vəzir də bir gün işə çıxandan sonra gəlib şaha deyir ki, mən daha işə çıxmıram. Şah səbəbini soruşanda deyir ki, şah sağ olsun, o bazara nəzarətçi lazım deyil. O bazarın nəzarətçisi vardır. Şah yenə soruşanda deyir: Şah sağ olsun, birinci gün bazara çıxmışdım, nəzarət etməyə başladım ki, bir də gördüm bir kilo ət almaq istəyən müştəriyə qəssab bir kilo ətin pulunun müqabilində 900 qram ət satdı. Elə yaxınlaşıb ədaləti bərpa etmək istəyirdim ki, gördüm bir pişik polkanın arxasından asılmış heyvan cəmdəklərinə yaxınlaşıb bir yekə parça qoparıb qaçdı. Bundan sonra bildim ki, bu bazarın nəzarətçisi var. Elə Metro müəllim də elə bilməsin ki, ölkə tamamilə başsız, nəzarətsizdir. Çünki başsız, nəzarətsiz qalan bir yeri ilahi ədalət özü nəzarətə götürür.


774 بازدید
در حال ارسال اطلاعات...