Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Aprel 2019

Formula-1 yox təlxəklər müsabiqəsində Əli Həsənov birinci yer

Əli Həsənov kimilər bu cür danışanda məlum olur ki, sarayda təlxəklər müsabiqəsi keçirilsə o birinci yeri tutar.
Əli Həsənovun maşası olan Rauf Arifoğlu yararsız qəzetində Əli Həsənovun özünün facebook səhifəsində hətərəm-pətərəm yazısını dərc edib. Əvvəlcə qeyd edək ki, yazı başdan ayağa səffini, ideallarını dəyişən, pulpərəst, şöhrətpərəst bir insanın yaltaqlığından başqa bir şey deyil. Elə də pafoslu cümlələr yazır ki, sanki Azərbaycan bu ölkədə yaşayan, məmurların zülmündən inləyən, məmurları söyən xalqın yaşadığı, dövləti dağıdan bir bandanın, ailə hakimiyyətinin firavan yaşadığı bir ölkə deyil.

Deməli, yazının başlığını oxuyanda adamın əti tökülür: "Azərbaycanda Formula 1 yüksəkliyi, milli qürur hissi, və Əli Kərimli kimilərin mədə təfəkkürü." Yazıya hansı bisavad ad verib maraqlı deyil, maraqlı olan odur ki, birincisi Formula 1 yüksəklik deyil, bu yarışda kiminsə ayağı yerdən üzülmür, bu yarış alpinistlərin yarışı deyil. İkincisi, Formula 1 hara, MİLLİ QÜRUR hara? Sanki bu yarış bizim dədə-babalarımızın milli irsi, xalqımızın qədim adət ənənəsidir. Üçüncüsü də ki, başlıqda işlənən "mədə təfəkkürü" deyə bir ifadə leksikonumuzda yoxdur. Dördüncüsü budur ki, Əli Kərimlinin mədə təfəkkürlü olmaqda ittiham edildiyi yazıda Əli Həsənov belə bir cümlə işlədir: "ölkəmizə gələn turistlərin sayının artmasında bu yarışmanın payı var." Heç şübhəniz olmasın ki, camaatı qarın təfəkkürlü olmaqda ittiham edən bu rəzil insanlar özləri bu cür yarışmalara pul dağarcığı kimi baxırlar. Dəfələrlə əvvəllər də bu işlərdən ötrü İdman Naziri tənqidlərə məruz qalıb. Bu yarışma ancaq iqtidarın porsuq məmurlarına puldan başqa heç nə gətirməyib. Yollar bağlanıb, tıxaclar əmələ gəlib, xalqa çatmalı olan pullar xalqdan oğurlanıb belə lazımsız işlərə sərf edilib.

Düzdür, Əli Həsənov təbii olaraq bu cür işlərə don geyindirməklə məşğuldur, amma onlar Azadlıq meydanını, xalqın azadlıq ruhiyyəsini qırmaqdan ötrü dirçəliş meydanımızı bu cür səviyyəsiz şouların qurbanı edirlər. Adamı əsəbləşdirən bilirsinizmi nədir? Əli Həsənov deyir ki, Formula 1 onlarla ölkədə nümayiş etdirilir. Həmin ölkələrin adlarını Həsənov çəkmir, çünki bilir ki, adlarını camaat eşidən kimi onun nəsil-nəcabətini söyüb deyəcəkdi ki, siz gedin o ölkələrin xalqlarının dolanışığı ilə öz xalqınızın dolanışığını müqayisə edin. Görəsən Formula 1-in keçirildiyi hansı ölkədir ki, 20 faizi torpağı işğldadır. Deməyin ki, məgər torpaq işlağ olunanda idman yarışları keçirmək olmaz? Xeyr, olmaz. Bir yarış ki, orada qalib olana bahalı hədiyyələr verilir, amma Qarabağ qazisi özünü od vurub yandırıb o ölkədə Formula 1 avadanlıqlarını Əli Həsənov və onun bandasının başında sındırmaq lazımdır. Bədbəxt balası, hansı ölkədə xalq məmuru bütün günü söyür, lənətləyir. Siz başınızı nahaq başlara qoşursunuz. Hansı ölkədə sizin kimi diktatura mühiti mövcuddur. Həsənov kimilər bütün günü Əliyevlərin dövlət qurmasından danışırlar? Bu dövlət deyil e, bir ailə hakimiyyətidir. Başınıza dəysin sizin bu cür dövlətiniz də quruculuğunuz da. Formula 1-ə xərclədiyiniz pulları ordunun silahına xərcləyin, əsgərə düz-əməlli yemək verin.

Turistlərə gəlincə bir qədər də bu haqda söz deyək. Bilirisniz ki, bir ara ərəblər ölkəmizə yaman dadanmışdı. Hətta bundan ötrü Həsənov düşüncəsində olan merlər balkonlardan mayka-tuman yığışdırmaqla məşğul idilər. Güya bu mayka-tumanlar şəhərin gözəlliyinə xələl gətirir. O mayka tumanlarla aparıb heç olmasa efirə buraxdığınız tərbiyəsiz şou əhlinin bayırda qalan bədən üzvlərini örtərdiniz. Həm də bu turistlər qayıdıb gedəndən sonra mənəviyyatın, dolanışığın aşağı olmasını unutmadan heç şübhəsiz ki, öz vətənlərində danışıblar. Təsəvvür edin ki, bir çox turistlər Azərbaycanda barlarda, otellərdə, bulvarda bir sürü qızla nə hoqqalardan çıxıblar. Bütün günü xəbərlərdə "ərəb", "otel", "əxlaqsızlıq" sözlərini oxumaq olurdu. Budur sizin turizm anlayışınız. Üstəlik əhalisini beş manat möhtac etdiyiniz şəhərdə "taksavatlıq" edənlər, restoran-yeməkxana işlədənlər "məcburuq" deyib turistlərdən qat-qat çox pul alırdılar. Budur sizin turizmdən, gözəllikdən, milli qürurdan, təfəkkürdən qandığınız qrafa.
Siz özünüzü bir səviyyəli hakimiyyət hesab edirsiniz, amma sizin səviyyəniz məhkəmələrdəki Tağı – Çovdarov çəkişmələri, hakimiyyətdaxili ixtilaflar, məmur özbaşınalığı, büdcə oğurluğu, məmur qovulması, qışda kanalizasiya problemləri, azad insanların həbsi, rüşvətxorluq, efir əxlaqsızlığı zamanı dünyanın dörd bir yerinə daha yaxşı məlum olur.
Gündə bir vətəndaş özünü yandırır, bunlar da sivil dövlətlərlə ayaqlaşmaq sevdasına düşüblər. Haranıza yaraşır?

Əli Həsənov kimilər bu cür danışanda məlum olur ki, sarayda təlxəklər müsabiqəsi keçirilsə o birinci yeri tutar.


274 بازدید
در حال ارسال اطلاعات...