Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Aprel 2019

Qüdrət Həsənquliyevin gözəgirənliyinə dair dəlil

Həsənquliyev rəhbəri Elçibəy Əliyevi sərt tənqid edəndə Elçibəy üçün əl çalırdı. İndi isə deyir ki, Heydər Əliyev ölkəni məhv olmaqdan qoruyub saxlayıb.
Qüdrət Həsənquliyevin haqqında hakimiyyətin onu fövqəlnazir vasitəsilə ələ almasına dair yayılan məlumatlar ki, təzə xəbər deyil. Xaricdə yaşayan mühacirlərdən biri də özünün şəxsi "Yutub" kanalında onun xalqın yox fövqəlnazirin vəkili olduğunu demişdi. Burası şübhəsizdir.

Amma diqqət çəkən bir məsələ ondan ibarətdir ki, Qüdrət Həsənquliyev özünü müxalifət adlandırsa da beş ildən bir çıxıb efirdə özünü İlham Əliyevə alternativ hesab etsə də əslində İlham Əliyevin maşalarından, Cəmil Həsənli demişkən vəkillərindən biridir.

Əslində dünyagörmüş, yaşlı professor heç də nahaqdan Qüdrətə debat günlərinin cəmisi birində (yaxud ikisində) cavab verib qalan günlərdə onu vecinə almadı. Tam doğru iş görmüşdü. Çünki özü deyirdi ki, Qüdrət İlham Əliyevin vəkilidir. Cəmil Həsənli isə İlham Əliyevlə debata gəlmişdi əslində.

Cəmil Həsənli ilə Qüdrət Həsənquliyev ikisi də bir vaxtlar AXC-də təmsil olunurdular. Hər ikisi Elçibəy hakimiyyətinin və partiyasının adamları idi. Elə söhbətin şirin yeri də burdadır. Deməli, Cəmil Həsənli seçki debatında Əliyevlərin əleyhinə danışanda Qüdrət Həsənquliyev Cəmil Həsənlinin deputat olduğu zamanlarda Heydər Əliyev barədə yazdığı əsərlərdən "stat gətirir", bununla da Cəmil Həsənliyə psixoloji təsir göstərməyə, onun seçicilərinə isə professorun "iç üzünü göstərməyə" çalışırdı. Sabahı gün Cəmil Həsənli o kitablardan birini Qüdrət üçün gətirib dedi ki, bu kitabda kifayət qədər kompramat vardır, buyurub toplaya bilərsiniz.

Cəmil Həsənli əslində orada Qüdrətə bir şey izah etməyə çalışdı. Siyasət aləmində gizli sürətdə belə jestlər edilir ki, ancaq qarşı tərəf başa düşsün, Qüdrət isə arif olmadığı üçün deyəsən qüdrəti çatmadı ki, söhbəti tutsun. Çünki Həsənli bir işarə vermişdi, ətraflı danışmamışdı.

Günlər keçdi Qüdrət Həsənquliyev zaman-zaman özünün İlham Əliyevin vəkili olduğunu daha qabarıq sürətdə göstərə bildi. Bir dəfə vitse-prezident söhbəti ortaya düşəndə Qüdrət Həsənquliyev də ortaya düşüb birinci, ikinci, üçüncü, dördüncü mən nə bilim 675-ci vitse prezident postlarına namizədlər "təyin etməyə" başladı. Saytlarda da yazmışdılar ki, əgər özünü 675-ci vitse prezident kimi belə görmürsənsə seçkilərdə nə itin azmışdı. Ona görə yox ki, o, özünü prezident hesab etdiyi üçün vitse prezidentlər təyin edirdi. Əsla belə deyil. Çünki vitse prezidentliyə layiq gördüyü insanların (məmurların) hər birisinin adını ağzı sulana-sulana çəkirdi. Hiss olunmurdu, açıq-aşkar görünürdü ki, hamısının gözəgirənidir. Axı, İlham Əliyevə özünü alternativ görən insan heç olmasa az da olsa şikayət edərkən Hafiz Hacıyev kimi digər məmurları tənqid etməlidir. O, isə nəinki etmirdi, üstəlik gözəgirənliklə məşğul olurdu. Bu da cəhənnəm. Sonra Əli Kərimlini bəyənmirlər. Halbuki bu həmin Kərimlidir ki, deyir ki, axı İlham Əliyevin adını çəkməyə belə özlərində cəsarət tapa bilməyən necə müxalifət ola bilər?

İndi gələk mövzuya. Qüdrət Cəmil bəyi bir vaxtlar Heydər Əliyevi tərifləyən insan kimi göstərdi. Amma bir şeyi unutdu. O, budur ki, Cəmil Həsənli Heydər Əliyev haqda təriflər yaza, sonradan xəyanətkar olduğunu bilib onun qoyub getdiyi rejimdən, siyasi kursunun davamçısından narazı ola bilər. Hətta tarixi araşdırıb Heydər Əliyevi xəyanətkar hesab edib ona nifrət edə də bilər. Ən azından məntiqli iş görüb. Keçmişdə nə olubsa olub, indiki hakimiyyətdən narazıdır. Bəs Qüdrət nə edir? Gözəgirənliyinin sübutu budur: Deməli müsahibə verərkən deyib ki, müxalifət (yəni Əli Kərimli və ətrafı) hakimiyyətə gəlsə fəlakət olar, DAHA SONRA GƏRƏK BİR HEYDƏR ƏLİYEV TAPILSIN Kİ, ÖLKƏNİ MƏHV OLMAQDAN QORUYUB SAXLAYA BİLSİN. Bəli, böyük hərflərlə yazırıq. Çünki Qüdrətə bir ömür lüks həyat, ağ dişlər, konfort yaşayış bəxş edəcək cümlələrdir. Halbuki Heydər Əliyev 93-də Azərbaycanı məhv olmaqdan "saxlayanda" Qüdrət Həsənquliyev həmin ildən ta Elçibəy ölənə qədər yəni təqribən 2000-ci ilə qədər AXCP-də qalmışdı. Heydər Əliyevə müxalifət idi. Həmin illərdə Həsənquliyev rəhbəri Elçibəy Əliyevi sərt tənqid edəndə Elçibəy üçün əl çalırdı. İndi isə deyir ki, Heydər Əliyev ölkəni məhv olmaqdan qoruyub saxlayıb. Bəs onda Elçibəyin yanında nə azzarın var idi. Deməli adam elə o vaxtdan xəyanətkar imiş. Ya da ki, Elçibəy torpaq altına girəndən o da YAP-ın gözünə girdi.

Onun da sonradan araşdırıb Əliyevi dürüst hesab etməsini prezident kürsüsündə İlham Əliyev olmasaydı güman etmək olardı. Amma adamın seçki debatlarında da Əliyevin vəkilliyini etməsini göz önünə gətirəndə inanmaq mümkünsüz olur.

P.S. Düzdür, bu gün İlham Əliyevin siyasəti nəticəsində ata Əliyevə rəhmət oxuyanlar çox olur, onlardan biri də Qüdrətdir yəqin ki. Amma bir də gərək məsələyə bu aspektdən baxaq ki, İlham Əliyevi də xalqın başına bəla edən atası oldu. Qüdrətsə düşünür ki, bəy balasını tərifləyib bəyin gözünə girmək nə qədər münasibdirsə bəy atasını tərifləmək ondan da münasibdir.


94 بازدید
در حال ارسال اطلاعات...