Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Aprel 2019

Mübariz Qurbanlı İlham Əliyevin gözünə girməyi, lüt qızların oynamasını yüksək mənəviyyat hesab edir

Mübariz Qurbanlı elə danışır ki, sanki ölkədə baş alıb gedən mənəviyyatsızlıq hansısa Afrika meşələrində baş verir
Mübariz Qurbanlı hər nə qədər dindən sui-istifadə etsə, din pərdəsi altında öz gözəgirənliyini davam etdirib hakimiyyətlərini möhkəmlətməyə çalışsa və bu rüsvayçılığı saytlarda, qəzetlərdə çap etdirsə biz də bacardığımız qədər müqəddəs dinimizi müdafiə edib Qurbanlının hiylələrini aşkar etməyə davam edəcəyik. Biz imkan vermərik ki, Qurbanlı kimi İlham Əliyevin gözünə girən bir insan dilinə pak İslamın adını gətirib mənəviyyatdan dəm vursun. Çünki bu insanlar həqiqi dindarlara "siyasətdən sui istifadə edən insan" kimi baxırlar, onlar deyir ki, güya biz dindən öz şəxsi mqəsədlərimiz üçün istifadə edirik, amma həmin işi bu gün Mübariz Qurbanlının özü edir.

O deyir: “Prezident İlham Əliyevin din sahəsində həyata keçirdiyi uğurlu siyasət nəticəsində dövlət-din münasibətləri beynəlxalq hüquq normalarına uyğun tənzimlənir, dini etiqad azadlığı yüksək səviyyədə təmin edilir, ölkədəki tolerantlıq mühiti qorunub saxlanılır. Azərbaycanın dini tolerantlıq modeli dünya səviyyəsində ən mükəmməl örnək kimi qəbul olunur”. Bunların tolerantlıqdan, dini etiqaddan məqsədləri ancaq odur ki, hər din mənsubu başını aşağı salıb gedib ibadətiylə məşğul olsun. Heç kim dinimiz rüşvəti haram bilir deyə hökümətə etiraz eləməsin. Heç kim "hicaba azadlıq verin" deməsin. Heç kim "ruhanimizi azad edin" deyə dövlətə çağırış etməsin. Dini etiqad azadlığı odur ki, siz azad söz sahiblərini həbs edəsiniz? Bu, dünyanın hansı tolerant, demokratik ölkəsində mövcuddur.

Bu gün xristian müsəlmana, müsəlman yəhudiyə bir söz demirsə bu, dövlətin uğurlu siyasəti sayılmamalıdır. Elə normal olan budur. Hər din öz işiylə məşğuldursa bundan ötrü prezidenti tərifləmək nəyə lazımdır ki? Bir də ki, niyə biz dünyada ən mükəmməl örnək kimi qəbul edilirik? Bütün dünyaya bəllidir ki, dini zəmində olan davaları fitnə yuvası olan ABŞ səfirlikləri qızışdırır. ABŞ səfirlikləri isə o zaman ölkələrdə din davası salır ki, həmin ölkə rəhbərlikləri ABŞ-ın siyasətiylə razılaşmır. İndiyədək Suriyada da belə bir müharibə yox idi. Amma İŞİD-in ABŞ tərəfindən təsis edilməsiylə ölkədə qarışıqlıq daha da qabarıq şəkildə göründü. Yoxsa Suriya da indiyədək dinlərin, məzhəblərin qloballaşdığı bir məkan idi. İran da bu gün belədir. Sekulyar dövlət olaraq Türkiyə də bu gün dinlər davasının mərkəzi deyil. Vəhhabi höküməti olan Səudiyyə hökümətində də bu gün şiələrlə vəhhabilər bir-birinə müharibə elan etməyibdir. Bir də ki, elə Mübariz Qurbanlının özünün də dediyi kimi əsrlərdir xalqımız bu tolerantlığı qoruyub saxlayırsa bundan ötrü xalq təriflənməlidir İlham Əliyev yox. Əgər əsrlər boyu xalqımız dini tolerantlığı qoruyub saxlayıbsa deməli elə İlham Əliyevdən əvvəlki prezidentlərin dövründə də tolerantlığımız olub.

Dini azadlıq mənəviyyat deməkdir. Yəni din azad olsa mənəviyyat çoxalar. Bizdə isə dini sahənin adamları həbs edildikdə fəsadlar artıb çoxalır. Mübariz Qurbanlı elə danışır ki, sanki ölkədə baş alıb gedən mənəviyyatsızlıq hansısa Afrika meşələrində baş verir, Azərbaycanda isə yüz faiz mənəviyyatlılıqdır. Baxın, mənəviyyat, din ölkəmizdə necə inkişaf edib ki, məktəblərdə tərbiyəsizlik, fəsad ucbatından məktəbli qız uşaqları intihar edir. Prezident özü məcbur olub belə işləri nəzarətə götürür. Necə bu ölkədə din inkişaf edib ki, lüt qızları oynadıb sosial şəbəkələrdə paylaşan şərəfsizlər peyda olur. Necə din bu ölkədə inkişaf edir ki, məktəbli qızların formaları dizə qədər olan paltarlardan ibarətdir. Necə bu ölkədə din inkişaf edir ki, hicablı məktəblilər hələ də hicab qadağasından əziyyət çəkirlər. Necə din bu ölkədə inkişaf edib ki, telekanalizasiyalar üfunətdən başqa heç nə vermir.

Dini tədris mərkəzlərinə gəldikdə isə heç də belə deyil. Artıq illərdir fəaliyyətdə olan QMİ nəzdində yerləşən Bakı İslam Universiteti bu gün sabah bağlanmaq üzrədir. Artıq qəbul dayandırılıb. Ona alternativ kimi İlhaiyyat universiteti açılıb. Bu universiteti də hakimiyyət tam olaraq dini sahəni nəzarətə almaq naminə təsis edib və Dini Qurumların balansına verib. Mübariz Qurbanlı öz universitetlərini öyərək deyir ki, dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədilə Prezident İlham Əliyevin Azərbaycan İlahiyyat İnstitutunun yaradılması haqqında imzaladığı sərəncam və digər faktlar ölkədə dövlət-din münasibətlərinin sağlam təməllər üzərində qurulduğunu deməyə əsas verir. Hansı yüksək ixtisaslı kadrlardan söhbət gedir görəsən. Yoxsa bu universitet ali rütbəli müctəhid, təqlid mərcəsi yetişdirir? Ümumiyyətlə bu universitetin müəllimlərinin özləri nə həddə savadlı kadrdır ki, yüksək rütbəli kadrlar yetişdirmək potensialına malik olsunlar.

Bakı İslam Universitetində bu gün ilahiyyat universitetində olan biyabırçılıqların baş verdiyini mətbuatdan oxumurduq. Utanmazcasına universitetdə məzun olan qız tələbələrlə müdiriyyət səviyyəsində diplom təqdim edilərkən naməhrəm-məhrəm məsələlərinə riayət edilmədən əl verib görüşülür, utanmadan da fotolarını çəkib saytlarda paylaşırlar. Bu ilahiyyat universiteti hələ indiyədək öz şagirdlərinə hicablı olmağı təbliğ edə bilmirsə burada hansı yüksək kadrlıqdan söz gedə bilər. Bunların universiteti Amerikanın görmək istədiyi "İslam"dan başqa bir islam yetişdirməyə qadir deyil.
Nəhayət onu da deyək ki, Qurbanlı təəssüf ki, yaltaqlığı, ikiüzlülüyü ölkədəki mənəviyyatın inkişafı kimi görür. Amma bir Dini Qurumun (?) rəhbəri hakimiyyət başçısına yaltaqlanırsa buradan belə bir nəticə çıxır ki, ya Mübarizin mənəviyyat, dindən anlaşıyı sıfırdır, ya da ölkədə yaltaqlıq, ikiüzlülük, gözəgirənlik daha çox təbliğ edilir.


135 بازدید
در حال ارسال اطلاعات...