Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Aprel 2019

Yaxşılıqların və pisliklərin nəfsə ilham olunması

Allah bütün yaxşılıqları və pislikləri insan nəfsinə təlqin etdi ki...
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ وَالشَّمْسِ وَضُحَاهَا وَالْقَمَرِ إِذَا تَلَاهَا وَالنَّهَارِ إِذَا جَلَّاهَا وَاللَّيْلِ إِذَا يَغْشَاهَا وَالسَّمَاء وَمَا بَنَاهَا وَالْأَرْضِ وَمَا طَحَاهَا وَنَفْسٍ وَمَا سَوَّاهَا فَأَلْهَمَهَا فُجُورَهَا وَتَقْوَاهَا قَدْ أَفْلَحَ مَن زَكَّاهَا وَقَدْ خَابَ مَن دَسَّاهَا

"Mərhəmətli və Rəhimli Allahın adı ilə! And olsun günəşə və onun saçdığı şəfəqə! And olsun ondan sonra zühur edən aya! And olsun (günəşi) açıqlığa çıxardan gündüzə! And olsun (günəşi) bürüyən gecəyə! And olsun göyə və onu qurana! And olsun yerə və onu döşəyənə! And olsun nəfsə və onu yaradıb kamilləşdirənə, ona günahları və (Allahdan) qorxmağı təlqin edənə! Nəfsini (günahdan) təmizləyən uğur qazanmışdır. Onu (günaha) batıran isə ziyana uğramışdır." (Şəms, 1-10).

İzah: Hikmət və elm sahibi olan Allah bütün yaxşılıqları və pislikləri insan nəfsinə təlqin etdi ki, öz iradəsi ilə nicat yoluna üz tutsun, günah və təqvasızlıqdan çəkinsin.

Hədis: İmam Əli (ə): “Nəfslər yüyənlərini qırmışlar. Amma ağıllar onların yüyənini tutmuş, bədbəxtliyə sürüklənməyə qoymurlar.” (Qürərul-hikəm, c. 2, səh. 119, hədis: 2048).


1325 بازدید
در حال ارسال اطلاعات...