Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Aprel 2019

Mübariz İbrahimov silahı əlinə alıb Parlamentə tərəf gəlir

Bu generalların hamısını bir yerə yığsanız Mübariz İbrahimovun dırnağı belə olmazlar
Bu yaxınlarda bir tanışın oğlu əsgərlikdən gəlmişdi. Yanına getmişdik bir neçə dostla. Artıq mülkü həyata qədəm qoymuş vətəndaş çox dəhşətli şeylər danışırdı. Təsəvvür edin ki, bu insanın komandiri onlara deyir ki, bilirsinizmi nə üçün müharibə başlamır? Çünki müharibə olsa siz elə bir-birinizə güllə atacaqsınız. Əsgərlər də öz aralarında zarafata salıb deyirlər ki, əlimizə silah verilsə birinci komandirlərin başına çaxarıq. Sonra da deyir ki, pazisiyada xidmət edən əsgərlərdən komandirlər qorxur, onları briqada əsgərləri kimi söyə bilmirlər. Çünki hərənin əlində içi dolu "bayavoy" silah var, beyinləri qızsa daraqları komandirlərin qarnına boşaldarlar. Üstəlik hərbidə zabit heyətinin çox az bir qismini çıxmaq şərtiylə qalanları xaindir.
İndi deyərsiniz ki, nə üçün ordumuzu bu cür qələmə veririk. Biz ordumuzun inkişafı üçün eşitdiklərimizi bu cür qələmə alırıq. İstəyirik ki, bu vasitəylə vətənə, xalqa, dövlətə xidmət edək. Çünki bu eşitdiklərimiz – hansı ki, onları siz də öz balalarınızdan eşitmisiniz – yazmasaq orduda özbaşınalıq, xəyanət, cinayət daha da çox geniş yayılar. Biz yazırıq ki, müvafiq orqanlar – hərçənd elə onların da xəbəri vardır – bəlkə bu haqda bir tədbir görsünlər.

İndilərdə Zakir Həsənov deyir ki, hər an döyüşlərə başlaya bilərik. Bu həmin Zakir Həsənovdur ki, Xankəndiyə hansısa erməni rəsmisinin gələcəyi təqdirdə vurulacağını deyirdi. Təəssüf ki, Paşinyan Xankəndiyə gəlir də iclas da keçirir, Zakir Həsənov isə dediyini geri götürür, ona qalan isə Novruzda gedib tonqal üstündən atlanmaq, yumurta döyüşdürmək qalır. Ondansa yazıq əsgərlərin başında qoz sındıran ermənisifət zabitlər barədə tədbir görsün.
Təzə əsgərlikdən qayıdan qardaşoğlu danışdıqca gözümün qabağında bir anlıq Mübariz İbrahimov canlandı. Təsəsvvür edin ki, Mübariz ermənilərə necə dağlar çəkmişdi. İndi onun kimi şəhid edilən əsgərlərin də atası Mübarizin atası kimi fəqir-füqəradır. Məhz Zakir Həsənov kimi insanlar ucbatından əsgərlikdən min bir dayday və rüşvətlə yayınan vətəndaşların yerinə Mübariz kimi yetimlər, fəqirlər hərbiyə gedir və xain erməni gülləsinə tuş gələndə dövlət adamları onlarla şəkil çəkdirməklə özlərinə toxtaxlıq, xalqa təsəlli, jurnalistlərə də pozalar verirlər. Halbuki onların özləri ermənidən əvvəl həmin kasıb balasının şikəst qalmasının baisidir, həlak olanların qatilləridir. Çünki onların yürütdüyü yaramaz, bacarıqsız, bir qəpiyə dəyməyən siyasət nəticəsində əsgərlikdə ədalətsizlik baş alıb gedir. Biz indiyədək bir nəfər deputatın, nazirin balasının əsgərliyə getməsini, gedib ön cəbhədə xidmət etməsini, xidmət edərkən şəhid edilməsini görmədik. Hər zaman əsgərliyə gedən yetim-yesir olur.
Mübariz İbrahimov isə fotolarda əlində tutduğu silahı götürüb deputatxanaya gəlir sanki. Gəlir ki, desin, ay debillər, bir p...a dərman olmursunuz, heç olmasa səsə qoyun, qanun çıxarın, nazirlərin balalarını, öz balalarınızı da əsgərliyə yollayın. Nə olub ki, canınıza qorxu düşüb, övladlarınızı arvad kimi evdə genəldirsiniz.

Biz Azərbaycanda ordu ilə bağlı ancaq üç xəbər eşidirik: biri kasıb balalarının şəhid edilməsi xəbərləri (varlı, məmur, deputat balası şəhid olmaz, çünki ümumiyyətlə hərbi xidmətdə beləsi olmur), bir əsgərlərin intihar xəbərləri, biri də yağışdan sonra bitən göbələklər kimi generalların sayının artması. (Bir təbii ki, lazım gəlsə elə edərik, belə edərik kimi basıb-bağlamalar) Bu generalların hamısını bir yerə yığsanız Mübariz İbrahimovun dırnağı belə olmazlar. Bunlar nə ediblər ki, sovet sənayesinin istehsal etdiyi məhsullar kimi hər gün meydana çıxırlar. Yoxsa ölkə rəhbərliyi ətrafını hərbçi toplamaqla, yalandan xalqın gözündən pərdə asmaqla məşğuldur. Məgər ordunun böyüyü olan general, Müdafiə naziri nə işə yarayır ki, hələ bir dalısıyca generallar da artıb çoxalır? 

Sonda dövlətə səslənib deyirik ki, Qarabağı almaq üçün ilk növbədə ordunu sahmana salmaq lazımdır. Orduda əsgərlərin, onlardan daha çox ehtiyaclı olan zabitlərin mənəviyyatı düzəlməlidir. Dedovşina halları aradan qaldırılmalıdır. Əsgərlik yaşına çatmış bütün insanlar əsgərliyə cəlb edilməlidir. Rüşvət verən, dayday tapan vətəndaşlar cəzalandırılmalıdır. Əsgərlər üçün ayrılmış əsgər norması – gündəlik yeyinti məhsulları zabitlər tərəfindən oğurlanmamalı, onlara çatası haqq məhz onlara çatmalıdır. Bütün bunlardan sonra ordu Qarabağı almaqda müvəffəq ola bilər.


260 بازدید
در حال ارسال اطلاعات...