Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Aprel 2019

İqtidar bu günə qalıb ki, ona "nə gündəsən Niyaməddin" Orduxanlı ağıl verir?

Adam öz rəhbəri Qüdrət kimi o qədər gözəgirənliklə məşğuldur ki, bir dəfə başını ordan çıxarıb ətrafa, facebook sosial şəbəkəsinə baxmır.
Görün yazıq iqtidar nə günlərə qalıb ki, indi ona Niyaməddin Orduxanlı ağıl verməyə çalışır. Biz ölkəni səfalətə, yaltaqlığa sürükləyən iqtidarla razılaşmadığımız kimi ona Niyaməddin Orduxanlı kimi insanların ağıl verməsiylə də barışa bilmirik. Ola bilər indi müxalifət belə bir qərara gəlsin ki, iqtidar nümayəndələri başını itirib, indi onların ideoloqu, işləyən başı kimi Orduxanlı özünü səhnəyə dürtmək istəyir. Həqiqət isə budur ki, Niyaməddin Orduxanlının iqtidara məsləhət verməsi xəbərini eşitmək ürəkağrıdan bir işdir.
Niyaməddin Orduxanlının partiya rəhbəri Qüdrət Həsənquliyevdir. Rəhbərin kimliyindən bu insanın da hansı şəxsiyyətə sahib olması məlum olur. Qüdrət Həsənquliyev kimi Niyaməddin Orduxanlı da satılmış, vicdanını vəzifəyə satan insanlardan biridir. Bundan əlavə yazılarının, müsahibələrinin, fəaliyyətlərinin 99 faizi gözəgirənliklə məşğul olmaqdır.

Bu da o simalardandır ki, Milli Şuranın mitinqinə az adamın gəldiyini deyir, lağ edir, məsxərə edir, amma özü də anlamır ki, o da Milli Şuranın bir əsgərinə çevrilib. Çünki bütün günü Əli Kərimlinin, Milli Şuranın əleyhinə danışmaqla onların əslində güclü olduğunu etiraf edir.
İndi deyir ki, gərək iqtidar Aprelin 6-a qərarlaşdırılmış mitinqə icazə verməsin. Mitinq isə yanmış "Diqlas"ı sahibkarlarına dəstək mitinqidir. Özü də çox məkrli danışır. Deyir ki, düzdür ki, ölkədə söz azadlığı, sərbəst toplaşma hüququ var, amma Milli Şura ölkədəki sabitliyi pozmaqla məşğuldur. Adam demək istəyir ki, "Diqlas" yanıb, yenə sabitçilikdir, diqlaslılar etiraz edirlər, bu da sabitliyin bir növüdür. Milli Şura onlara dəstək verir, bununla belə yenə sabitlikdir.
Adam öz rəhbəri Qüdrət kimi o qədər gözəgirənliklə məşğuldur ki, bir dəfə başını ordan çıxarıb ətrafa, facebook sosial şəbəkəsinə baxmır. Baxsa görərdi ki, əziyyət çəkmiş sahibkarlar etiraz edirlər. Lap tutaq ki, heç etiraz etmirlər, elə gözəgirənin dediyi kimi ölkədə sabitlikdir, onda nədən qorxursan, əgər sabitlikdirsə mitinqə icazə verilsə də vəziyyəti yaxşı olan xalq (?!) "sabitliyi pozmağa hesablanmış aksiyaya" onsuz da qoşulmayacaq, day siz niyə boğazınızı yırtırsınız?

Qüdrətin və Niyaməddinin kor olub görmədiyi bir həqiqət də budur: Özü etiraf edib deyir ki, Əli Kərimli Diqlas sahibkarlarını (sayı güya 1000 nəfərdir) öz tərəfinə çəkmək istəyir. Digər tərəfdən prezidentin də onlara dövlət dəstəyinin verilməsindən danışdığını deyib. Bu o deməkdir ki, hörmətsiz gözəgirən həm prezidentin bu təşəbbüsünü alqışlayır, Diqlas sahibkarlarının xalqdan biri olduqlarına görə dəstəklənməsini istəyir, digər yandan aksiyaya gəlmək istəyən digər xalq nümayəndələrinin səslərinin boğulmasına çalışır. Əgər sən xalqın halına yanan, yanıb kül olmuş insansansa özün də bu etiraz aksiyalarına qoşulmalısan.
Bu adamların qanmadıqları, yaxud da özlərini qammazlığa vurduqları başqa məsələ budur ki, ölkədə sizin dediyiniz kimi sərbəst toplaşma hüququ varsa nə üçün bu hüququ pozmağa cəhd edirsiniz? Belə demokratsınızsa, ədalətlisinizsə, qanunlara əməl edirsinizsə o zaman ayaq altından çəkilin qoyun camaat işini görsün.

Mümkündür gələcəkdə Niyaməddin də gedib deputatxanada otursun, hakimiyyət onun gözəgirənliklərini yaxşı dəyərləndirsin. Amma xalq hər şeyi gözəl bilir. Elə bir vaxtlar Niyaməddinin rəhbəri olan Qüdrət Həsənquliyev də AXP-də, hakimiyyətdə olanda zahirən hörmət sahibi idi. İndi isə Fövqəlnazirin çamadan yox, haftava daşıyanı olmağa belə layiq görülmür. Hamı bilir ki, satılmışın biridir. Niyaməddin isə özünü daha tez yandırdı, bir ...-a dərman olmamış yaltaqlığa, gözəgirənliyə başlayıb. Onu kim görürsə ürəyindən bu sözlər keçir: nə gündəsən Niyaməddin?


240 بازدید
در حال ارسال اطلاعات...