Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Mart 2019

Yaxınlaşan gün

Qiyamət necə də yaxın imiş. Amma biz ondan qafil olmuşuq.
وَأَنْذِرْهُمْ يَوْمَ الْآزِفَةِ إِذِ الْقُلُوبُ لَدَى الْحَنَاجِرِ كَاظِمِينَ مَا لِلظَّالِمِينَ مِنْ حَمِيمٍ وَلَا شَفِيعٍ يُطَاعُ يَعْلَمُ خَائِنَةَ الْأَعْيُنِ وَمَا تُخْفِي الصُّدُورُ

"Onları ürəklərin xirtdəyə çatacağı, (özləri də) qəm-qüssə içində olacaqları Yaxınlaşan günlə qorxut. (O gün) zalımların nə bir yaxın dostu, nə də sözü keçən bir şəfaətçisi olar. (Allah) gözlərin xaincəsinə baxışını və kökslərin (nələr) gizlətdiyini bilir." (Ğafir, 18-19).

İzah: Dünya həyatı – nə qədər uzun olsa da – əbədi Axirət həyatı qarşısında dəyərsizdir. Buna görə də Allah dəfələrlə Qiyamət gününün yaxın olmasını bildirmişdir. Bəli, insan məhşər səhrasına addım atıb, o uzun günü görəndə öz-özünə deyəcək ki, dünya necə də qısa, Qiyamət necə də yaxın imiş. Amma biz ondan qafil olmuşuq.

Hədis: İmam Səccad (ə): “Ey Adəm oğlu! Bil ki, bu gündən sonra daha böyük, daha qorxulu və ürəklər üçün daha ağrılı bir gün var və o, Qiyamət günüdür. O gün insanlar bir yerə toplanarlar, hamı orada olar və o gün yaxındır.” (Kafi, c. 8, səh. 773, hədis: 29).


591 بازدید
در حال ارسال اطلاعات...