Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Mart 2019

Əl-Muraqibat kitabından bir yarpaq-Rəcəb ayı və əyyami-beyz gecələrinin namazları (12)

Rəcəb ayının gecələri üçün bir sıra namazlar tövsiyə olunmuşdur. Bu namazları tamamilə tərk etmək olmaz. Onun ən azından çox vaxt tutmayan, insanı elm təhsilindən və digər əməllərdən saxlamayan, asan olanlarını qılmaq lazımdır. Seyrü-süluk əhli əyyami-beyzə (bəyaz günlər) kimi bu minvalla əməl etsin. Əyyami-beyzdə öz hal və coşğunluğuna uyğun olaraq namazlarını artırsın.
Əyyami-beyz gecələrində “Yasin”, “Təbarək” və “Qul huvəllah” surələri oxunan namazı qılsın. Bu namaz “İqbal”da yer almışdır və onu Əhməd ibn Əbul-Ulya İmam Sadiqdən (ə) nəql etmişdir. Bu namaz haqda böyük fəzilətlər deyilmişdir.
Yaxşı olar ki, əyyami-beyz gecələrinin birinci iki gecəsində (13 və 14-cü gecələr) bu gecələrə aid deyilmiş qısa namazları yerinə yetirsin. On beşinci gecə isə “İqbal”da Şeyx Tusidən öz sənədi ilə Davud ibn Sərhanın İmam Sadiqdən (ə) nəql etdiyi namazı qılsın.
İmam Sadiq (ə) buyurdu: “Rəcəbin orta gecəsində on iki rəkət namaz qılırsan. Hər rəkətdə “Həmd” və bir surə oxuyursan. Namazdan sonra “Həmd” “Fələq”, “Nas”, “İxlas” və ayətul-kursunun hər birini dörd dəfə oxuyursan. Sonra dörd dəfə təsbihati-ərbəə oxuyursan: “Subhanəllahi vəl-həmdu lillahi və la ilahə illəllahu vəllahu əkbər”. Sonra deyirsən: “Əllahu, Əllahu, Rəbbi lə uşriku bihi şəyən, maşaəllahu və la quvvətə illə billahil-əliyyil-əzim.”
Əgər bacarsa, 13 və 14-cü gecələrdə öz həmişəki zikr və ibadətlərini artırsın, gecəni sübhə kimi ibadətlə məşğul olsun və əyyamu-beyzi üç gün oruc tutsun. Rəcəb ayının ortasının gecəsini birinci gecədə dediyimiz kimi oyaq qalaraq ibadətlə keçirsin.
Rəcəb ayının 15-ci gününə aid muraqibətləri gələn yazıda geniş şəkildə təqdim edəcəyik.


1093 بازدید
در حال ارسال اطلاعات...