Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Mart 2019

Əl-Muraqibat kitabından bir yarpaq - Rəcəb ayında Salman namazı (8)

Ey Salman! Ayın əvvəlində on rəkət namaz qıl
Seyid “İqbal” kitabında nəql etmişdir ki, Salman Farsi deyir:
“Cəmadiul-uxra ayının son günü –ondan əvvəl heç vaxt Peyğəmbərin (s) yanına getmədiyim bir gündə– Allah rəsulunu (s) görməyə getdim. Həzrət buyurdu: Ey Salman! Sən biz Əhli-beytdənsən. Sənə bir şeydən xəbər verimmi? Dedim: Bəli, ya ey Allahın rəsulu! Atam-anam sənə qurban.
Həzrət buyurdu: Ey Salman! Hər kim bu Rəcəb ayında 30 rəkət namaz qılsa və hər rəkətdə 1 dəfə “Fatihə”, üç dəfə “Qul huvəllah” və üç dəfə “Qul ya əyyuhəl-kafirun” surələrini oxusa, Allah-təala onun bütün kiçik və böyük günahlarını bağışlayar, ona bu ayın bütün günlərini oruc tutan şəxsin savabını verər, gələn ilə qədər onu namaz qılanlardan yazar, hər gün Bədr döyüşündə şəhid olan bir şəhidin əməlinin savabını ona verər. Bu ayda oruc tutduğu hər gün üçün bir ilin ibadəti ona yazılar və min dərəcə yüksələr. Əgər bütün ayı oruc tutsa, Allah-təala onu cəhənnəm odundan xilas edər və cənnəti onun üçün vacib edər.
Ey Salman! Bunu mənə Cəbrayıl (ə) xəbər verdi və dedi: “Ey Məhəmməd (s)! Bu səninlə münafiqlər arasında bir nişanədir. Çünki münafiqlər bu namazı qılmazlar.”
Dedim: Ey Allahın Rəsulu (s)! Elə isə mən bu namazı necə və nə vaxt qılım?
Peyğəmbər (ə) buyurdu: Ey Salman! Ayın əvvəlində on rəkət namaz qıl. Hər rəkətdə 1 dəfə “Fatihə”, 3 dəfə “Qul huvəllah” və 3 dəfə “Qul ya əyyuhəl-kafirun” surələrini oxu. Salamı dedikdən sonra əllərini (dua üçün) səmaya qaldır və de:

«لا إِلهَ إِلَّا اللّهُ وَحْدَهُ لا شَرِيكَ لَهُ، لَهُ الْمُلْكُ وَ لَهُ الْحَمْدُ يُحْيِي وَ يُمِيتُ وَ هُوَ حَيٌّ لَا يَمُوتُ بِيَدِهِ الْخَيْرُ كُلُّهُ- وَ هُوَ عَلى كُلِّ شَيْ‌ءٍ قَدِيرٌ. اللَّهُمَّ لَا مَانِعَ لِمَا أَعْطَيْتَ وَ لَا مُعْطِيَ لِمَا مَنَعْتَ- وَ لَا يَنْفَعُ ذَا الْجَدِّ مِنْكَ الْجَدُّ»؛

“La ilahə illəllah, vəhdəhu la şərikələh, ləhul mulku və ləhul həmd, yuhyi və yumitu və huvə həyyun la yəmut, biyədihil xəyru və huvə əla kulli şəyin qədir. Əllahummə la maniə lima əətəytə və la mutiyə lima mənətə və la yənfəu zəl cəddi minkəl cədd.”
Sonra əllərini üzünə çək.
Ayın ortasında da eyni qaydada namaz qıl və salamı dedikdən sonra əllərini göyə qaldır və de:

«لا إِلهَ إِلَّا اللّهُ وَحْدَهُ لا شَرِيكَ لَهُ، لَهُ الْمُلْكُ وَ لَهُ الْحَمْدُ يُحْيِي وَ يُمِيتُ وَ هُوَ حَيٌّ لَا يَمُوتُ بِيَدِهِ الْخَيْرُ وَ هُوَ عَلى كُلِّ شَيْ‌ءٍ قَدِيرٌ إِلَهاً وَاحِداً أَحَداً فَرْداً صَمَداً لَمْ يَتَّخِذْ صَاحِبَةً وَ لَا وَلَداً».

“La ilahə illəllah, vəhdəhu la şərikələh, ləhul mulku və ləhul həmd, yuhyi və yumitu və huvə həyyun la yəmut, biyədihil xəyru və huvə əla kulli şəyin qədir. İlahən vahidən əhədən fərdən səmədən ləm yəttəxiz sahibətən vəla vələda.”
Sonra əllərini üzünə çək.
Ayın axırında da eyni qaydada on rəkət namaz qılırsan. Namazın salamından sonra əllərini göyə qaldırır və deyirsən:

«لا إِلهَ إِلَّا اللّهُ وَحْدَهُ لا شَرِيكَ لَهُ، لَهُ الْمُلْكُ وَ لَهُ الْحَمْدُ يُحْيِي وَ يُمِيتُ وَ هُوَ حَيٌّ لَا يَمُوتُ بِيَدِهِ الْخَيْرُ وَ هُوَ عَلى كُلِّ شَيْ‌ءٍ قَدِيرٌ وَ صَلَّى اللَّهُ عَلَى مُحَمَّدٍ آلِهِ الطّاهِرين وَ لَا حَوْلَ وَ لَا قُوَّةَ إِلَّا بِاللَّهِ الْعَلِیّ الْعَظیم»

“La ilahə illəllah, vəhdəhu la şərikələh, ləhul mulku və ləhul həmd, yuhyi və yumitu və huvə həyyun la yəmut, biyədihil xəyru və huvə əla kulli şəyin qədir. Və səlləllahu əla Muhəmmədin və alihit-tahirin. Və la həvlə və la quvvətə illa billahil-əliyyil-əzim.”
Sonra əllərini üzünə çək.
İnşallah, sənin duan qəbul olar və Allah-təala səninlə cəhənnəm arasında yeddi xəndək məsafəsində fasilə yaradar. Hər bir xəndəyin eni yerlə göy arası qədərdir. Əməl kitabında namazının hər rəkəti üçün minlərlə rəkətin savabını yazar. Sənə oddan qurtuluş və sirat körpüsündən keçid vəsiqəsi yazar.”
İslam və doğruçu Peyğəmbərə (s) iman gətirmiş kəs bu kimi çoxlu və ağılları heyran qoyan savablar vəd edilmiş ibadətlərə çox müştaqdır.
Ey aqil! Bütün səyini işə sal. Çünki ağıllı insanlar böyük faydaları ələ gətirmək üçün heç bir süstlük və tənbəllik göstərmirlər. Sənin qarşında çox qorxulu bir gün vardır ki, onun qorxu də vəhşəti çox-çox böyükdür. Sən həmin gün ən möhtac şəxs olacaqsan. Nə bilirsən, bəlkə də o gün yaxşı bir işə ehtiyaclı oldun ki, həmin yaxşı iş vasitəsilə əməl tərəzinin tarazlığı artdı, beləliklə Allahın lütfü ilə cənnədə daxil oldun. Amma həmin bir yaxşı əməli tapmasan, ata-anan və ömrünü, malını, hətta dinini onlar üçün qurban verdiyin övladların da onu sənə verməyəcəklər. 

يَوْمَ لَا يَنْفَعُ مَالٌ وَلَا بَنُونَ

“O gün ki, nə mal-dövlət, nə də övlad bir fayda verər!” (“Şuəra” surəsi, ayə 88)

Əməllərin savabının miqdarı o əməllərin dəyərini göstərir
Rəvayətlərdə bu kimi ibadətlər üçün deyilmiş savablar fəzilət əhlinin öz niyyətlərində yalnız Allahın ibadətə layiq olmasını nəzərdə tutmamalarına, yaxud onlar üçün bu savabları deməyin faydasız olmasına səbəb olmur. Çünki Allaha savaba görə deyil, Onun ibadətə layiq olduğu üçün ibadət edən kəs bu kimi rəvayətləri eşitdikdə həmin əməlin Allah yanında nə qədər sevimli olmasını dərk edər və Onun razılığını əldə etmək üçün daha çox səy göstərər.


463 بازدید
در حال ارسال اطلاعات...