Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Mart 2019

Əl-Muraqibat kitabından bir yarpaq - Xalis orucu riya orucundan ayırd etməyin meyarları (7)

Bizim mövlamız və müraqibət əhlinin örnəyi (Seyid ibn Tavus) “İqbal” kitabında xalis orucu tanıtmaq və onu riyalı, şübhəli orucdan ayırd etmək üçün bir sıra meyarlar göstərmişdir. Biz də təbərrük məqsədilə onları qeyd edirik.

1. Müstəhəb oruc tutduğu vaxtlarda bir dəstə oruc tutmuş yaxşı adamın arasında öz orucunu sındırmağa utanırsa, bilsin ki, onun orucu şübhəlidir, bu orucda camaatın qəlbinə yaxın olmaq niyyəti vardır, onların qəlbində yer etmək istəyir və Allah razılığı üçün deyil.

2. Əgər bəzi adamların onun oruc tutduğunu bilməsini istəyirsənsə, yəni güman edir ki, həmin adamlar onun oruc olmağından xəbər tutsalar, dünyası üçün xeyrli olacaq, baxmayaraq ki, bu dünya xeyri onların daha çox tərif və hörmət etməsi ilədir; yaxud başqalarının onun orucundan xəbərdar olmasına meyli oruca rəğbətində təsir qoyacaq həddə deyildir, lakin eyni halda Allahdan başqa camaatın da onu bilməsini istəyir. Hər iki halda onun orucu xəstədir və xar bəndələrdən olacaq.
Axırıncı cümlədə Seyidin məqsədi bəlkə də budur ki, qəlbində Allahdan qeyrisinin onun orucundan xərəbdar olması təklikdə Allahın xəbərdar olmasından üstün olsun. Amma onun rəğbət və meylinə təsir qoyacaq həddə deyil. 

3. Çoxlu oruc tutanlarla oruc tutmaq onda canlılıq və coşğunluq yaradır, lakin təklikdə oruc tutduqda süst olursa, məlum olur ki, oruc tutanların çoxluğunun onun niyyət və əməlində təsiri olmuşdur. Ona görə də coşğunluq və süstlüyün onun qəlbində təsiri həddə ixlası xarab olub və orucu xəstələnib. 

4. Görsün ki, oruc tutmaqda məqsədi savab qazanmaqdır, ya Rəbbul-ərbabın istəyinə xatirdir? Əgər savaba görə olsa, bu əməl ilə deyir ki, Allahı Ona itaət etməyə xatir oruc tutmağa və böyüklüyünə xatir ibadətə etməyə layiq bilmirəm. Əgər Onun rüşvəti olmasaydı, Ona ibadət etməzdim, qabaqkı yaxşılıqlarının haqqını yerinə yetirməzdim, böyük məqamının hörmətini saxlamazdım.

5. Əgər iftar süfrəsinin rəngli olması və onun ləzzəti coğşunluğunu artırsa, deməli, coşğunluğun çoxluğu miqdarında oruc əvvəldən axıra kimi Allahdan qeyrisi üçün olmuşdur.
Bura qədər orucu ixlasla başlamağın meyarlarını dedik. İndi isə orucu ixlasla başa vurmağın ayırd edilməsinin bir neçə meyarını təqdim edirik.

1. Əgər oruc olduğu gün arasında ləziz yemək, ya gözəl həyat yoldaşı, ya mənfəəti olan yaxşı bir səfər qarşıya çıxsa və bu səbəbdən oruc coşğunluğu onda azalsa, oruc onun üçün ağır olsa, orucu sındırmağa, yaxud onun tez başa çatmasına meyli olsa, deməli, yenə də orucu ixlasla yanaşı olmamışdır. Çünki əgər bir kəsin xidmətçisi bir əməli narahatlıqla və könülsüz yerinə yetirsə, onun əməlini qəbul etməyəcək, onun əməlində qeyri-səmimiliyi bildikdə özündən uzaqlaşdıracaq.

2. Əgər bir iş qarşıya çıxsa ki, orucu sındırmağı Allah yanında onu tutmaqdan daha üstün olsa, lakin camaatdan xəcalət çəkərək orucunu sındırmasa, ixlaslı deyil. Çünki öz əməl və niyyətində müxlis olsaydı, bu işdə heç kəsi nəzərə almazdı, orucunu sındırmağı daha üstün tutardı.

3. Əgər gün arasında orucu onu bir sıra vacibləri, yaxud Allah yanında daha əhəmiyyətli olan işləri yerinə yetirməkdən saxlasa, amma bununla belə camaatı nəzərdə tutub öz orucunu sındırmasa, ibadətdə riya edənlərin zümrəsinə daxil olar, ibadəti böyük günahlardan sayılar. Çünki onun vəzifəsi burada Allah yanında ən mühüm olan bir işi yerinə yetirməkdir. Bu işdə camaatın onun üzrünü bilməməsini nəzərə almamalıdır. Əgər nəzərə alsa, orucun mətləbi, ya onun ixlası aradan gedəcək. Baxmayaraq ki, onun orucu əvvəldə düzgün və Allahın razılığına səbəb olmuşdur. 

Əgər belə bir məsələ qarşıya çıxıb ixlasa zərər yetirsə, dərhal tövbə etsin. Onu Mövlasına xidmət etməyə və Rəbbini razı salan bir əməli yerinə yetirməkdən saxlayan iş onun və Mövlasının düşməni kimidir. Necə ola bilər ki, öz düşmənini və Mövlanın düşmənini Mövlasından üstün tuta? Halbuki, Onun hüzurundadır və Mövla onu görür. Allahdan qeyrisini Allahdan üstün tutsa, onun dünya və axirət ehtiyaclarını kim təmin edəcək?

“Əl-Muraqibat”, səh. 127-130


513 بازدید
در حال ارسال اطلاعات...