Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Mart 2019

Vicdanın nə olduğunu bilməmək və vəhabi dostlara malik olmaq

Təsəvvür edin ki, adam illərdir YAP hakimiyyətinin qulluğunda canla başla xidmət edir.
QMİ sədri hər dəfə danışanda milyonları təəccübləndirir. Bu dəfə iclasda deyib ki, mənim vəhabi dostlarım var. İclas güya "dinlərarası nə bilim nə" adlı bir proqrama həsr edildiyi üçün Allahşükür Paşazadə də istəyib yeni bir söz desin, dinlərarası kəramət, məzhəblərarası bəsirət göstərsin, amma bu dəfə vəhabi dostlarının olduğunu deməkdən də çəkinməyib. Bizim el içində bir məsəl var, deyirlər ki, insan qocaldıqca müdrikləşir, amma görünür bu söz Allahşükür Paşazadəyə aid deyil. Bir tərəfdən qınaya da bilmirsən. Təsəvvür edin ki, adam illərdir YAP hakimiyyətinin qulluğunda canla başla xidmət edir. Konfranslarda hətta Allahın adından qabaq Əliyevin adı yadına düşür. Belə olan halda insan müdrikləşərmi? Məsələn qabaqlar deyirdi ki, mən neçə ildir şeyx işləyirəm, hələ də vicdanın nə olduğunu bilmirəm. Bu sözdən sonra YAP hakimiyyəti ilə əməkdaşlıq etdiyi üçün bu günə qaldığını və etirafın dəqiq olduğunu deyənlər oldu. Vicdanlı söz idi həqiqətən də. 

Daha sonra isə xarici ölkələrin birində adına villa peyda oldu. Dedilər ki, şəriki də heç bir səhm-hissə ortaya qoymadan onların biznesinə qoşulan xarici bir qadındır. Sonra müsahibə alan zaman bilindi ki, sən demə Allahşükür müəllim ora ancaq namaz qılmaq üçün gedir. Yəni o ölkələrin hər yeri murdardı, nəcisdir, it nəcisidir, qoyun qığıdır, Abel Məhərrəmovun apardığı nəcis sular bütün küçələrə tökülüb, Allahşükür müəllim də yer tapmadığı üçün ondan ötrü orada namazgah hazırlayıblar ki, girib orda namaz qılsın, Quran oxusun, etikaf saxlasın. Bu söhbətin üstündən də bir stəkan su və bir ədəd xurma ilə iftar açan oruclular kimi keçdik. Amma o, bununla da kifayətlənmədi. İndi də deyir ki, mənim vəhabi dostlarım vardır. Deməli, İlham Əliyevlə, vəhabilərlə, şəriki olan o qızla (belə demək olarsa) dostluq edən Allahşükür müəllim deyəsən bircə ölkədə ayıq şiələrlə düşmənçilik edir. Ölkədə şiə məzhəbinin hansı mənsubu həbs edilirsə QMİ az qalır bəyanatla çıxış etsin, desin ki, bunlar Boka Haramdır, əl-Qaidədir, Talibandır, İŞİDdir. Hələ Nardaran hadisələrindən sonra AzTV kanalına üç nəfər işçisini də çıxarıb danışdırırdılar.

Bir məsələni də deyib söhbəti xətm edirəm, əlinizi vicdanınıza qoyub özünüz qərar verin. Bəzilər deyir ki, Allahşükür müəllim olmasa QMİ sədri vəzifəsinə lap şiələrin acığına vəhabi birisini təyin edərlər. Əlbəttə bu uzaq nəzərdir. Lap deyək ki, Allahşükür Paşazadə vəhabi sədrə baxanda "toya getməlidir". Amma day bu qədər də olmamalıdır axı. Şiə məzhəbinə mənsub olan bir insanın idarədə sədr olamsı ona görə sərfəlidir ki, şiələrə kömək etsin. Hətta nəinki dini idarədə, məsələn deputatxanada hansısa bir dindar olsa pismi olar? Bu insanlar öz statuslarından istifadə edib şiələrə bacardıqları qədər kömək etməlidir. Amma Allahşükür Paşazadədə belə bir şey görürükmü? Gəlin vicdanlı olaq, oturaq düşünək, görəsən İmam Rza (ə) zəmanəsinin zalım şahlarının meydan suladığı bir dövrdə və ölkədə hakimiyyətdə təmsil edilən Əli ibn Yəqtin kimi bir insana "qal və hakimiyyətdə ola-ola bizə kömək et" dediyi kimi Allahşükür Paşazadəyə də eyni sözü deyərdimi? Əgər deyirsinizsə "bəli, deyərdi" onda sözüm yoxdur. Çoxlu dualar edin, İmam Zaman (əc) ağa tezliklə zühur etsin, onda Allahşükür Paşazadə barədə hökm verər, biz də yəqinə çatarıq.


453 بازدید
در حال ارسال اطلاعات...