Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Fevral 2019

Gözlər Onu dərk etmir...

Allahın pak zatı görülə bilməz və gözlə görülmür
Allahı görməyin mümkünsüzlüyü

فلَا تُدْرِكُهُ الْأَبْصَارُ وَهُوَ يُدْرِكُ الْأَبْصَارَ وَهُوَ اللَّطِيفُ الْخَبِيرُ

"Gözlər Onu dərk etmir. O isə gözləri dərk edir. O, Lətifdir, (hər şeydən) Xəbərdardır." (Ənam, 103).

İzah: Allahın inkari sifətlərindən biri görünməməkdir. Bildiyimiz kimi Allah cisim deyil. Çünki Allahın cisim olması Onun müəyyən zaman və məkanla məhdudlaşmasını tələb edir. Digər tərəfdən bilməliyik ki, hisslə müşahidə olunmaq yalnız cisimlər haqqında keçərlidir. Odur ki, Allahın pak zatı görülə bilməz və gözlə görülmür. Bu izaha uyğun olaraq bəzi ayə və rəvayətlərdə sözügedən “Liqaullah” (Allahla görüşmək) ifadəsinin də mənası qəlbən görmək və ya qəlb gözü ilə müşahidə etməkdir. Yuxarıdakı ayə sözügedən həqiqətdən başqa Allahın bəndələrin əməllərini tam dəqiqliyi ilə bilməsinə də işarə etmişdir.

Hədis: İmam Sadiq (ə): “Gözlər rəng və keyfiyyəti olmayan şeylərdən başqasını görmür. Bir halda ki Allah rəngləri və keyfiyyətləri yaradandır (Demək, görünmür).” (Əmali, Səduq, səh. 410, hədis: 3).


1289 بازدید
در حال ارسال اطلاعات...