Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Fevral 2019

“Sizinlə vuruşanlarla Allah yolunda siz də vuruşun”

Həqiqətən cihad Allahın xüsusi övliyaları üçün açdığı Cənnət qapılarından biridir
Cihad

وَقَاتِلُوا فِي سَبِيلِ اللَّهِ الَّذِينَ يُقَاتِلُونَكُمْ وَلَا تَعْتَدُوا إِنَّ اللَّهَ لَا يُحِبُّ الْمُعْتَدِينَ

"Sizinlə vuruşanlara qarşı Allah yolunda siz də vuruşun və həddi aşmayın! Həqiqətən, Allah həddi aşanları sevmir." (Bəqərə, 190).

İzah: Cihad bütün dinlərdə böyük fərzdir. Heç bir dini onsuz təsəvvür etmək olmaz. Cihadın əsas hikməti din sərhədlərini genişlətmək, düşmənlərə qarşı izzət, iqtidar və onu müdafiəyə nail olmaqdır. Cihadın vacib olmasında düşündürücü məsələ budur ki, İslam düşmənlərinin təbliğatının əksinə olaraq, İslamın dəvəti müharibə və qoşun çəkməyə yox, sülh və təhlükəsizlik yaratmağa və müsəlmanların zəngin mədəniyyətinə əsaslanırdı. Buna görə də İslam cihadı məhz düşmənlərin məntiq və insaniyyətindən məyus olduqda vacib etmişdir. Yuxarıdakı ayədə deyilir: “Sizinlə vuruşanlarla Allah yolunda siz də vuruşun”. Quranın bir çox ayələri cihadın əhəmiyyətinə, düşməni tanımağa, düşmənlə mübarizə aparmağa, müsəlmanların qələbə və məğlubiyyət amillərinə, cihadçıların fəzilətinə və şəhidlərin məqamına həsr olunmuşdur.

Hədis: İmam Əli (ə): “Ey camaat! Həqiqətən cihad Allahın xüsusi övliyaları üçün açdığı Cənnət qapılarından biridir. O (cihad), təqva libası, Allahın dayanıqlı zirehi və (Onun) möhkəm qalxanıdır.” (Kafi, c. 5, səh. 4, hədis: 6).


269 بازدید
در حال ارسال اطلاعات...