Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Fevral 2019

Qafillərlə dostluq

Qəflət əhli ilə dostluğu kəsmək o baxımdan önəmlidir ki, insan ruhunu ətrafındakı aludə mühitdən qoruyur
لَقَدْ أَضَلَّنِي عَنِ الذِّكْرِ بَعْدَ إِذْ جَاءَنِي وَكَانَ الشَّيْطَانُ لِلْإِنْسَانِ خَذُولًا

"Çünki Zikr (Quran) mənə çatdıqdan sonra o, məni ondan uzaqlaşdırdı. Həqiqətən, Şeytan insanı tənha qoyub qaçandır." (Furqan, 29).

İzah: (Rəvayətlərdə də işarə olunan) qəflət amillərindən biri qafillərlə ünsiyyətdə olmaq, yoldaşlıq etməkdir. Din öndərlərinə görə, ən yaxşı dost və yoldaş insana Allahı xatırladan, onun əxlaqi təkamülünə və mənəvi inkişafına yardım edən dostdur. Qəflət əhli ilə dostluğu kəsmək o baxımdan önəmlidir ki, insan ruhunu ətrafındakı aludə mühitdən qoruyur. Qurani-kərim dəfələrlə möminlərə xəbərdarlıq edir ki, qəflət məclislərindən uzaq durun və iman əhli ilə yoldaşlıq edin. Bu mətləb dördüncü fəslin əxlaqi ayələrinin “Dostluq qaydaları” bölməsində daha çox izah olunacaqdır.

Hədis: İmam Əli (ə): “Pislərlə yoldaşlıq etmək pislik qazanmağa səbəb olur. Necə ki, külək pis qoxulu bir şeyin üstündən əsəndə onun pis iyini özüylə aparır.” (Qürərul-hikəm, c. 4, səh. 205, hədis: 5839).


275 بازدید
در حال ارسال اطلاعات...