Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Fevral 2019

"Xaricdə oturub hakimiyyəti tənqid etmək kişilikdən deyil" deyənlərə cavab – 10 mühüm məsələ

Axı onlar Azərbaycanda qalmış olsaydılar hakimiyyət onları həbs edəcək, öldürəcək, hər vəchlə susdurmağa çalışacaqdı.
Ölkədə daxilində bir dəstə adam ölkədən didərgin düşən, mühacirətdə yaşayan və Azərbaycan hakimiyyətini tənqid edən insanların haqqında hərzə sözlər danışırlar. Onlar belə iddia edir ki, xarici ölkələrdə oturub tənqid etmək kişilikdən deyil, qorxaqların işidir, hünəriniz varsa gəlin Azərbaycana və ölkədə hakimiyyəti tənqid edin. Biz bu yazıda 10 mühüm məsələni diqqətinizə çatdırıb, məlum fikrin yanlış olduğunu sübut etməyə çalışacağıq.

Birincisi;
Siz hakimiyyəti təriflədiyiniz, onun maşası funksiyasını yerinə yetirdiyiniz halda belə bir ifadə işlətməklə özünüz öz hakimiyyətinizi ifşa etmiş olursunuz. Yəni demək istəyirsiniz ki, Azərbaycan hakimiyyəti zalımdır, həbsxanalarını ermənilərlə deyil, haqtələb vətəndaşlarla doldurur, siz də gəlib haqqı desəniz sizi də içəri salacaqlar. Bu isə o deməkdir ki, siz elə dolayı yolla xarici ölkələrdə oturub Azərbaycan hakimiyyətini məhkum edən insanların dediyini deyirisniz. Sizinlə onların arasında yeganə fərq budur ki, onlar açıq-aşkar deyir, bəzən tənqid və bəzən də təhqir edirlər, siz isə dolayı yolla deyirsiniz, yəni "çerez-çerez."

İkincisi;
Dünyada bəlkə bizdəki təfəkkürsüz insanların sayı qədər heç bir ölkədə bu həddə düşüncəsiz tapılmır. Çünki bəlkə də yeganə ölkə Azərbaycandır ki, orada xaricdə mühacir həyatı yaşayıb onu vətədən dərbədər salan zalım hakimiyyəti tənqid edən insanlar qınaqlara məruz qalır. Halbuki bütün dünya mühacir həyatı yaşamağa təbii baxır. Bu gün inteqrasiya etməyə, mədəniyyətini götürməyə, gedib orada azad-firavan yaşamağa çalışdığınız Avropa ölkələri mühacirlərə, işsiz-gücsüz insanlara, insan kimi yaşamaq istəyən camaata qucaq açıb. Yəni siyasi dünyada siyasi sığınacaq almaq, mühacir həyatı yaşamaq və təbii olaraq da onları incidən hakimiyyəti qınamaq adi hal sayılır, normal qarşılanır. Bircə bizim bəzi insanlarımız buna qorxaqlıq kimi baxır.

Üçüncüsü;
Məgər Azərbaycanın qurucusu olan Məmmədəmin Rəsulzadə və onların silahdaşlarının məzarları xarici ölkələrdə deyilmi? Şəxsən Rəsulzadə Sovet hökümətinin hüdudlarından kənarda bir neçə ölkədə mühacir həyatı yaşayıb və dəfələrlə Sovet hakimiyyətini tənqid edib. Hətta maraqlıdırsa sizin üçün, onu da deyək ki, o zamanlar Sovet imperiyasını dağıtmaq istəyən Amerika kimi bir ölkənin mediyasından Sovet rəhbərlərini tənqid edib. Bundan başqa Sovetlərin müharibədə qələbə qazandığı Hitler Almaniyasında Sovet başçılarını tənqid edib. İndi nədir, Məmmədəmin haqqında sözünüz varsa deyin.

Dördüncüsü;
Siz anlamırsınız ki, mühacirətdə yaşayan insanlar zatən Azərbaycan hakimiyyətini zalım bildiyi üçün ürək sözünü deməyə yer axtarırdı, gedib xarici ölkələrdə rahatca öz ürək sözlərini hakimiyyətə çatdırırlar. Axı onlar Azərbaycanda qalmış olsaydılar hakimiyyət onları həbs edəcək, öldürəcək, hər vəchlə susdurmağa çalışacaqdı. Belə olan halda nə etməli idilər. Axı onların deyəsi sözləri vardır, ölsələr, həbs edilsələr bu fürsətdən məhrum olacaqlar. Azərbaycanda da azad mediya, efir məkanı yoxdur ki, çıxıb ürəyinin dərdini deyəsən. 

Beşincisi;
Sizin xaricdə oturub Azərbaycan hakimiyyətini tənqid edənləri qınamağınız və onlara təkliflər, Azərbaycana qayıdıb burda tənqid etmələrinə dair məsləhətlər verməniz yanlışdır və bir o qədər də məntiqsizdir. Çünki bu təklif və məsləhətləri o insanlar verə bilər ki, onların ölkəsinin hakimiyyəti demorkatik hakimiyyətdir, söz üçün insanlara azadlıq verib. Təəssüf ki, Azərbaycanda belə bir hal müşahidə edilmir.

Altıncısı;
Sizin dedikləriniz heç də səmimiyyətdən doğan söz deyil. Siz zahirdə özünüzü elə göstərirsiniz ki, güya xaricdə oturub Azərbaycan hakimiyyətini tənqid edənlər Azərbaycana gəlsələr və haqqı deməyə çalışsalar onları müdafiə edəcək, həbs edilməməsindən ötrü çapa sərf edəcəksiniz. Güya siz onları qəhrəman hesab edəcəksiniz? Yox, gözünüzün içinə qədər yalan deyirsiniz. Əgər sizin nəzərinizdə Azərbaycanda oturub hakimiyyəti tənqid etmək hünərli işdirsə, bu işi edən insanlar sizin qəhrəmanınızdırsa onda zəhmət çəkib Hacı Taleni, Hacı Mövsümü, Hacı Abgülü, Milli Şuranı, AXCP-ni qəhrəman hesab edin. Çünki onlar məhz Azərbaycanda olduqları halda tənqidlər edirlər və zalım hakimiyyəti rəzil günə qoyurlar. Siz isə nəinki onları qəhrəman bilmirsiniz üstəlik onları və onların mitinqinə yığılan xalq kütlələrini xain bilir, imkan düşdükcə lağ edirsiniz.

Yeddincisi;
Xaricdən Azərbyacan hakimiyyətini tənqid edənləri qorxaqlıqda ittiham edirsinizsə özünüz Azərbaycanda yaşadığınız halda buyurun bir dəfə hakimiyyəti tənqid edin. İşdən vurulandan, hər şeyi tükənəndən sonra bədbəxt günə qalmış məmuru hamı tənqid edə bilir. Hünəriniz varsa küçədə vətəndaşları sürüyən polislərin nazirini tənqid edin. Hünəriniz varsa sizi robotlaşdıran, yaltaq kimi yetişdirən, manqurtlaşdıran hakimiyyətin boynuyoğunlarını tənqid edin. Yox əgər onlar tənqid haqq edəcək bir iş görməyib deyirsinizsə o zaman xaricdə oturub tənqid edənləri başqa mülahizələrlə qınamalı idiniz. Məsələn deməli idiniz ki, sizin başınız xarabdır ki, tənqid ediləcək bir iş görməyən insanı tənqid edirsiniz. Deməli tənqidlik bir məsələ ortada var ki, tənqid edənləri qınayırsınız.

Səkkizinci;
Axar, Publika saytları kimi Mossadın, sionistin ölkəmizdəki təsir agenti olduqlarını sübut etdiyimiz saytlar da dəfələrlə xaricdə oturub tənqid edənləri qınayırlar. Amma bircə dəfə olsun həmin məsələni öz üzərinizdə tətbiq edin. Sionist israilin dostu olan hakimiyyətin meydan suladığı bir ölkədə - Azərbaycanda oturub İran hakimiyyətini qınamaq rahatdır. Bir dəfə hünəriniz varsa İrana gedib orada tənqid edin. İndi İran rəhbərliyi sizi vecə almayacaq, söz azadlığına təbii baxacaq, yoxsa sizi həbs edəcək – bütün bunlar ikinci dərəcəli işdir. Əsas odur ki, siz özünüzdə cürət tapıb İrana gedib orada tənqid edin.

Doqquzuncusu;
Əgər belə hünəriniz, cürətini, mərdliyiniz varsa siz də buyurun Paşinyanı Ermənistanın paytaxtı olan Yerevanda tənqid edin. Bəs nə üçün Azərbaycanda oturub erməni hakimiyyətinin binasına daş atırsınız. Yoxsa qorxursunuz? Əgər özünüz Mübariz İbrahimovun dırnağı deyilsinizsə xaricdə oturub hakimiyyəti tənqid edənləri niyə qınayırsınız?

Onuncusu;
Xaricdə oturub Azərbaycan hakimiyyətini tənqid edənləri qınadığınız kimi bir dəfə də İlham Əliyevə bu sözü ünvanlayın. Dəfələrlə Ermənistan hakimiyyətini tənqid edir. Ona da hünəriniz varsa deyin ki, gedib Ermənistanda tənqidlər etsin. Axı o da Ermənistandan xaricdə (Azərbaycanda) oturub Ermənistan hakimiyyətini qınayır, tənqid edir. Desəniz ki, Ermənistan hakimiyyəti düşməndir, rəhm etməz, xaricdə oturub hakimiyyəti tənqid edənlər də həmin fikrdədir. Onlar da elə düşünür ki, Azərbaycan hakimiyyəti erməni hakimiyyətindən də betərdir, daha qəddardır, acımasızdır.


151 بازدید
در حال ارسال اطلاعات...