Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Fevral 2019

İnsanların fitrətinin oyanması

Peyğəmbərlərin əsas missiyası fitrəti oyatmaq, onu qəflət və vəsvəsədən qorumaqdır.
هَٰذَا بَلَاغٌ لِلنَّاسِ وَلِيُنْذَرُوا بِهِ وَلِيَعْلَمُوا أَنَّمَا هُوَ إِلَٰهٌ وَاحِدٌ وَلِيَذَّكَّرَ أُولُو الْأَلْبَابِ

"Bu (Quran), insanlar üçün bir bildirişdir. Qoy onunla həm qorxsunlar, həm Allahın Tək İlah olduğunu bilsinlər, həm də ağıl sahibləri düşünüb ibrət alsınlar." (İbrahim, 52).

İzah: Bundan öncə Allahı tanımaq haqqında danışarkən qeyd etdik ki, bütün insanların fitrəti bu aləmin xalis həqiqətinə – yəni Allah-Taalaya – uyğun yaradılmışdır. Buna görə də peyğəmbərlərin əsas missiyası bu fitrəti oyatmaq, onu qəflət və vəsvəsədən qorumaqdır. Bir çox Quran ayəsində peyğəmbərlərin bu missiyası üzərində dayanılmış, xatırlatmaq onların göndərilmə məqsədlərindən biri kimi göstərilmişdir. Xatırlatma insanın öncədən bildiyi bir mətləb haqqında keçərlidir. Məsələn, Allahın tək olması məsələsini ağıl və fitrət anlayır. Amma bəzən qəflət və vəsvəsə onu unutdurur. Belə hallarda peyğəmbərlər insanların yatmış fitrətini oyadır və insanların hidayət olunmasından əlavə onların inanclarının gücləndirilməsinə də çalışırlar. Yuxarıdakı ayədə – Quranı həqiqətləri çatdırmaq və xatırlatmaq vasitəsi kimi təqdim etməklə yanaşı – bu mövzuya da işarə olunmuşdur.

Hədis: İmam Əli (ə): “Allah peyğəmbərləri ardıcıl olaraq göndərdi ki, onlardan (insanlardan) fitrət əhd-peymanına vəfa qılmağı tələb etsinlər. Unudulmuş nemətləri xatırlatsınlar. Allahın ismarışını çatdırmaqda dəlilləri tamamlasınlar və ağıl xəzinələrinin üstündən tozu silsinlər." (Nəhcül-bəlağə, xütbə: 1).


140 بازدید
در حال ارسال اطلاعات...