Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Fevral 2019

19 Yanvar mitinqindən sonra hakimiyyətin "dilləri" xalqa lağ edə bilmədi – oyanan şir və qorxaq dovşan

Onlar artıq bilir ki, xalqla zarafat etmək olmaz. Onsuz da zibilliyə gömülməsi yaxın olan əksik hakimiyyət qorxuya düşüb.
Bəzən yerli hakimiyyət barədə deyirlər ki, gücü ancaq zəif insanlara çatır. Məqsəd isə budur ki, Azərbaycan hakimiyyəti və bu hakimiyyəti hələ ki, ayaq üstə olmasa da "dubinka" üstündə saxlayan DİN başçısının, polislərinin gücü əliyalın xalqa çatır. Amma gedib erməniyə bir söz deyə bilmirlər. Mən deyərdim ki, bu söz yanlışdır. Düzdür, sözün bu tərəfiylə razıyam ki, erməni önündə nə hakimiyyət, nə onun qorxaq məmurları, nə də əliyalın xalqa əl qaldıran polislər dayana bilməzlər. Bunu təkcə biz deyil, aksiyalara yığılan insanlar, hətta şəhidin qanpulunu ala bilməyən şəhid ailələri də polislərin üzünə deyirdilər. Bunda şəkk şübhə yoxdur. 

Amma bu tərəfdən "hakimiyyətin əliyalın xalqa gücü çatır" sözüylə razılaşmıram. Çünki Azərbaycan hakimiyyəti qədər dünyada qorxaq, ikinci "doşvan" hakimiyyət bəlkə də tapmaq mümkün deyil. Ola bilər bəzi yaltaqlar desin ki, bəs ermənilər atəşkəsi pozanda onları susduran bu hakimiyyət deyildi? Əlbəttə yox. Onları susduran nə hakimiyyət, nə qudurğan, alçaq məmurlar, nə xəyanətkar DİN başçısı nə də polislər deyildi. Onları susduran məhz əsgərlərimiz idi. Burası belə.

Əsas mətləbə gələk. Biz bəzi insanların yuxarıda qeyd etdiyimiz sözüylə razı deyilik. Çünki hakimiyyət heç vaxt əliyalın xalqımıza bata bilməz. Çünki bu hakimiyyət – doğrudur ki, xalqımız Milli Azadlıq Hərəkatında tankın-tüfəngin önündə dayanarkən, şəhid verərkən – xarici ölkələrdə kef edirdilər, amma sonradan öyrəndilər ki, bu xalqı əzmək mümkün deyil. Sadəcə "yatmış şir" adlandırdıqları xalq birlik nümayiş etdirmədikdə, bir-birini dəstəkləmədikdə, pərakəndə və təfriqələr arada olduğu sürətdə xalqı yerində oturtmaq hakimiyyət üçün rahat olur. Bəli, bu hakimiyyət ola bilər 2000, 3000 nəfər etirazçıdan qorxmur. İndiyədək də bilərəkdən müxalifətə, Milli Şuraya, başqa sözlə xalqa mitinqlər üçün icazə verirdilər. Hər mitinqdən sonra da hakimiyyətin ağzına yerləşməyən, həmişə xalqa göstərdiyi "dili" olan bəzi mediya orqanları, yazarlar, jurnalistlər başlayırdı xalqı lağa qoymağa. Deyirdilər ki, baxın 3000 nəfər insan etiraz edir. Hətta Əli Həsənovun maşası, iqtidarın "çənəsi" olan Arifoğlu mitinqin yuxarıdan çəkilmiş fotolarını qəzetində dərc edib xalqı lağa qoymaqla hakimiyyətdən mümükün qədər ev sezonunda ev qopartmağa çalışırdı. Amma 19 Yanvar mitinqində artıq nəinki "Məhsul" stadionu dolmuşdu, üstəlik stadiondan kənarda nə qədər insanlar etiraz edirdi. Bu izdihamı gördükdə çox sevindik. Artıq insanlar "istefa" deyə bağırırdı. Hələ onu da deyim ki, ondan sonra nəinki hakimiyyətin "dilləri" xalqa lağ edə bilmədi, bundan sonra "klounluqdan" çıxıb artıq hakimiyyətin ideoloqu funksiyasını yerinə yetirməyə başladılar. İqtidara məsləhət verdilər ki, o da bir mitinq təşkil eləsin, bu mitinqə müxalifətin mitinqinə gələn insanların on qatı gələcək. Amma daha bədbəxt zümrə anlamadı ki, sizə elə klounluq yaraşır, siz hara, ideoloq olmaq hara? Gülünc tərəfi də o oldu ki, sabiq klounlar anlamadı ki, etiraz edənlər, Milli Şuranın mitinqinə gələnlər pis vəziyyətdə olduqları üçün etiraz edirlər. İqtidarın mitinqinə gələnlər isə yağ-bal içində yaşayırsa təbii ki, yağlarının, ballarının süfrələrindən əksik olmaması üçün qanad çalıb uça-uça mitinqə gələcəklər. Bunlar isə xalq deyil, hakimiyyətə işləyənlərdir. Bu mitinq isə xalq mitinqi olmayacaq, əksinə iqtidar mitinqi olacaq. 

"Yatmış şir" dedikləri xalq isə artıq oyanıb. Xalq oyananda isə bu şirin önündə hakimiyyət artıq dovşana dönüb. Məhz bu səbəbdən də 26 Yanvarda keçirilməsi planlaşdırılan mitinqə icazə verilmədi. Maraqlısı odur ki, həmişə Milli Şuranın, yəni xalqın mitinqinə hakimiyyət icazə verdiyi üçün hakimiyyəti humanist, demokrat adlandıranlar, bu dəfə hakimiyyət icazə verməyəndə ağızlarına su alıb dayandılar. Çünki onlar da artıq xalqın ciddiyyət mesajını almağa başladılar. Onlar artıq bilir ki, xalqla zarafat etmək olmaz. Amma bu da əks effekt verəcək. Onsuz da zibilliyə gömülməsi yaxın olan əksik hakimiyyət qorxuya düşüb. Xalq isə geri çəkilməməlidir. Bu iş özünün müsbət nəticəsini Allah qoysa verəcək.


477 بازدید
در حال ارسال اطلاعات...