Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Yanvar 2019

Müxalifətin internet televiziyası və telekanalizasiyalarımız – Efir məkanı xalqa verilməsə...

Doğru edib etməmələrindən asılı olmayaraq iqtidarı, şəxsən İlham Əliyevi hər gün söyən insanlara "söyüş müxalifəti" adı veriblər
Azərbaycanda qəsdən telekanalizasiyalar nəcasətlə dolu olan gündən etibarən müxalifət, ölkəni tərk edib gedən, xaricdə yaşayan insanlar interneti televiziyaya çeviriblər. Təbii ki, iqtidar bunu hesaba almalı idi. Sən bu camaata televiziya verməyəndə onlar gedib Almaniyada kanal açar, Avropanın müxtəlif yerlərində, Amerikada internet televiziyası açarlar, "You Tube" vasitəsilə dərdlərini dünyaya eşitdirərlər. Siz elə bilməyin ki, bu fəaliyyətlərin bir səmərəsi yoxdur. Baxın, doğru edib etməmələrindən asılı olmayaraq iqtidarı, şəxsən İlham Əliyevi hər gün söyən insanlara "söyüş müxalifəti" adı veriblər. Bilirsinizmi, hətta bu yaxınlarda hakimiyyətin "çənəsi" olan Rauf Arifoğlunun, daha doğrusu Əli Həsənovun qəzeti olan "Müsavat" qəzetində arifoğlusifət bir yazar özü də bir acı həqiqəti etiraf edirdi. Etirafı da qısa olaraq bundan ibarətdir ki, kaş elə keçmiş müxalifətin qədrini bilərdik, indi o müxalifəti "söyüş müxalifəti" əvəz edib. Zarafat kimi başa düşməyin ha, heç bir yerli mediya orqanını vecinə almayan, yerli mətbu orqanlara deyil, Rusiyanın və digər xarici ölkələrin mətbu orqanlarına müsahibə verməyi xoşlayan İlham Əliyevin komandası bu müxalifətə "söyüş müxalifəti" adı verib. Deməli, onlar internet vasitəsilə yaxşıca izlənir, seyr edilirlər. Üstəlik, bunlar yaramaz komandaya necə dağ çəkiblərsə hələ də bu televiziyalar dildən düşmür. Bu televiziyaların baxıcıları Mirşahinin kanalından, AZTV-dən, Lider TV-dən və başqa telekanalizasiyalardan daha çoxdur. Çünki AZTV yaltaqlıq, şərəfsizlik, maşşenniklik aşılayırsa, digər kanallar əxlaqsız müğənniləri, aparıcıları reklam edir. Xalq nəyə baxsın. Beləliklə də, televizoru söndürüb internetə üz tutur. Çünki adı çəkilən internet, You Tube kanallarında xalqın dərdi danışılır, həqiqətlər çatdırılır.

Əlbəttə telekanalizasiyalarımızda, kanalizasiya iyi verən agent qəzetlərdə müxalifət bitmiş-tükənmiş kimi qələmə verilir. Amma bitib-tükənibsə də hər dəfə iqtidarın zəncirliləri müxalifəti "diriltməklə" məşğul olurlar. Dəfələrlə görmüsünüz ki, Milli Şuranın mitinqlərində iqtidar zəncirliləri mitinqə gəlməyə-gəlməyə, sanki müəyyən cihazlar vasitəsilə (bəlkə də kosmosdan) birbaşa Əli Kərimlinin ağzını güdürlər, cəm olub gözləyirlər ki, bir söz desin, o saat başlasınlar hürməyə. Halbuki özləri bir yandan deyirlər ki, müxalifət artıq aradan gedib. Onu da deyim ki, hürənlər də elə-belə adamlar deyil. Bəli, xalqın nəzərində beş qəpiyə dəyməyən, deputatxanada Ramiz Mehdiyevin göstərişiylə seçilən, Əli Həsənovun diktələrini qəzetində çap edən taxtabitilərdir. Amma iqtidarın nəzərində mühüm adamlardır. İqtidar onlara deputatxanada yer (Elşən Musayev kimi), telekanalizasiyada veriliş (Mirşahin kimi), dəbdəbəli ofis, divan, kreslo (Arifoğlu kimi) verib deyir ki, bunların müqabilində bacardığınız qədər müxalifəti gəmirin. 

Bir tərəfdən sevindirici məqamdır. İnternetdə televiziya açan insanlar yaxşı iş görüblər. Onlardan ilham alaraq digər sadə vətəndaşlar da You Tube kanalında peyda olub öz acınacaqlı vəziyyətlərini çəkib kanalda paylaşırlar. Beləliklə də hər dəfə You Tube kanalında yeni-yeni qəhrəmanlar peyda olur. Əlbəttə bu insanlar manitor qəhrəmanları deyil, həqiqətdə qəhrəmandırlar. Sadəcə onlara iqtidar televiziyada yer vermədiyi üçün onlar da məcbur olub bu cür texniki vasitələrdən istifadə edib haqqlarını qəsbkarlardan tələb edirlər.
İqtidar isə bu vəziyyəti durdurmaq istəyirsə televiziyanı bu cür insanların ixtiyarına verməlidir. Çünki belə olan halda heç olmasa televiziyada müəyyən senzura təyin edilir və normalda sərt danışmaq istəyən vətəndaş danışığında yumşaqlığa yol verirlər. Məsələn, çıxıb You Tube kanalında İlham Əliyevi min bir pis söyüşlə söyəcəkdisə, efirdə bir az utanır, bir az da qoyulan senzura onu yumşaq danışmağa vadar edir. Deməli, televiziya kanallarını xalqın ixtiyarına vermək lazımdır.


1277 بازدید
در حال ارسال اطلاعات...