Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Yanvar 2019

Qohumlarla əlaqəni kəsmək

Qohumlarla xoş münasibətdə olmaq əməlləri təmizləyir
فَهَلْ عَسَيْتُمْ إِنْ تَوَلَّيْتُمْ أَنْ تُفْسِدُوا فِي الْأَرْضِ وَتُقَطِّعُوا أَرْحَامَكُمْ

"Əgər (haqdan) üz çevirsəniz, ola bilsin ki, yer üzündə fitnə-fəsad törədəsiniz və qohumluq əlaqələrini kəsəsiniz." (Məhəmməd, 22).

İzah: Qohumlarla əlaqəni kəsmək ən böyük günahlardandır. Belə ki, Allah-Taala “Rəd” surəsinin 25-ci ayəsində onu edənləri lənətləmişdir. Yuxarıdakı ayədə də onu Allahdan üz döndərməyin ən mühüm nişanələrindən biri hesab etmişdir. Ömrün azalması, Allah mərhəmətindən uzaq olmaq, ümmətlərin tez məhv olması, nəslin kəsilməsi, qıtlıq, quraqlıq, yoxsulluq, yalqızlıq, qəm-qüssə qohumlarla əlaqəni kəsməyin rəvayətlərdə işarə olunan nəticələridir. Buna görə də hədislərdə deyilir ki, heç bir şey, hətta qohumların kafir və fasiq olması, hətta onların əlaqəni kəsməsi belə qohumlarla əlaqəni kəsməyə səbəb olmamalıdır. Qeyd edək ki, burada qohumlar dedikdə nə qədər uzaq olsa da qan qohumları nəzərdə tutulur.

Hədis: İmam Baqir (ə): “Qohumlarla xoş münasibətdə olmaq əməlləri təmizləyir, sərvəti çoxaldır, bəlanı dəf edir, haqq-hesabı asanlaşdırır və ölümü təxirə salır.” (Kafi, c. 2, səh. 150, hədis: 4).


1178 بازدید
در حال ارسال اطلاعات...