Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Yanvar 2019

Gündəmi Mehmanın "sınması", Alışanovun yanması xəbərləri ilə zəbt etmə cəhdləri...

Baxın, adama deyən gərək ki, ay debil, sən özün sınıq-salxaq olmuş bir gədəsən, indi istəyirsən cəmiyyətdə fikir formalaşdırasan.
Bu günlərdə gündəmi iki xəbərlə zəbt etməyə çalışırlar. Birincisi Mehman Hüseynovla bağlıdır. Deməli, "Yeni Müsavat" qəzeti öz facebook səhifəsində mövzu təyin edib. Güya canlı yayımın mövzusu "Mehman Hüseynov sındı ya yox" mövzusudur. Mövzu ilə bağlı debata da BXCP sədr müavini Niyaməddin Orduxanlı da qatılıb. Deyirəm işin qəribəliyinə baxın ki, Azərbaycanda təkcə sınmış insan kimi deyil, hətta bəlkə üzünə tüpürülmüş insan kimi tanınan Rauf Arifoğlu bu debata başqa bir sınmış, tapdanmış, it yerinə qoyulmamış, maşa rolunu oynayan Qüdrət Həsənquliyevin özündən əksik müavinini dəvət edib. İndi bu adamlar durub utanmazcasına kiminsə sınıb-sınmamasını müzakirə edirlər. Bunlar öz gözlərində toru görməyib camaatın gözündə tir axtaran adamlardır.
Əlbəttə, məsələ bundan ibarətdir ki, Əli Həsənov bu cür situasiyalarda aləmi bir-birinə qatır, o bunu vurur, bu onu söyür, şüşə sınır, qəlb sınır, qan axır, burun sınır, axırda bütün bu qalmaqalların tör-tüküntüsünü yığışdırmaq Rauf Arifoğluna qalır. O da ki, məlumunuz olduğu kimi hakimiyyətdən yaxşı ofis, divan, kreslo, işçilərinə qonarar alır, ev mövsümündə ev dilənir, beləliklə də maşalığını layiqincə yerinə yetirməyə çalışır.

Baxın, adama deyən gərək ki, ay debil, sən özün sınıq-salxaq olmuş bir gədəsən, indi istəyirsən cəmiyyətdə fikir formalaşdırasan. Sən belə Mehmanın qayğısına qalansan onun barəsində başqa mövzuda danış. Niyə özünü və tərəfdarlarını qızışdırmağa çalışırsan. Əlbəttə bu bir sınmış, əyilmiş, maşaya çevrilmiş insanın psixologiyasıdır ki, digər insanları da sınmış kimi qələmə verməklə özünə təsəlli verməyə çalışır. İstəyir desin ki, baxın, bircə bu ölkədə sınan mən deyiləm. Bəli, təkcə sən sınmamısan. Sənin kimi nə qədər insanı PA-nın qapısında zəncirləyiblər. Daha bəsdirin, başqalarının yaxasından əl çəkin. Onsuz da siz bu xalqa depressiya, şok, xəyal qırıqlığı yaşatmısınız. Əl çəkin xalqdan.

Gündəmi zəbt edən ikinci xəbər AZTV-nin keçmiş sədriylə bağlıdır. Bəli, vəzifədən vurulan kimi bütün qanunsuzluqları ortaya çıxdı. Həmişə belə olur. Bundan qabaq Abel Məhərrəmov rektorluq vəzifəsindən tövlə təmizləmək vəzifəsinə endiriləndə elə həmin gün obyektini (universitet) mühasirəyə almış, giriş-çıxışı bağlamışdılar. Güya əməliyyat keçirirlər. Adını qoydular ki, adam vəzifədən sui-istifadə ilə məşğuldur. İndi Alışanovu da belə alışdırırlar. Deyilə bilər ki, bu insanların işlərində naqisliklər var deyə işdən qovulub. Doğrudur, Abel də, Alışanov da, elə Eldar Mahmudov da, Cahangir Hacıyev də və onlar kimi başqa tipsiz insanlar da vəzifələrindən sui-istifadə edib, talançılığa, xəyanətə, yalana, oğurluğu yol verib. Zatən bu hakimiyyətdə kim işini doğru yerinə yetirib, xəyanətdən uzaq iş görüb ki? Məgər Milli Məclis, nazirliklər, Prezident Aparatı bütün bunlar şəxsi obyektlər deyilmi? Hamısının bir-birinin yanında zibili vardır. Hamı kimi Eldarın da, Cahangirin də, Alışanovun da, Abelin də zibillərindən xəbərdar idilər. Çünki bu ölkədə birinci şəxsin xəbəri olmadan heç bir iş görülmür. Ondan xəbərsiz iş görənlər də PA-nın boynu yoğunlarıdır ki, onlara İlham Əliyev nəsə deməyə cürət etmir. Deməli nəticə etibariylə bütün zir-zibillərindən yuxarıların xəbəri vardır.

Gün gəlir, rüşvətlə vəzifəyə gətirilən bu insanlar inək kimi bəslədilir, yaxşı kökələndə, süd verəndə sağılır-sağılır, sonda kəsib ətini kabab edib yeyirlər. Boş qalan kreslolara da başqa maşalar axtarırlar. Həm maşa axtarılır, həm də həmin boş kreslolara pul dağarcığı kimi baxırlar. Bu dəqiqə Azərbaycan real vəziyyət bundan ibarətdir.

İndi Rauf Arifoğluna səslənirik: Sən xalqın, dövlətin qayğısına qalansansa fitnə dolu debatlar təşkil etməkdənsə bu cür mövzuları gündəmə gətir. Debata elə insanları dəvət elə, elə mövzuları müzakirəyə çıxart ki, xalq sənin fəaliyyətini deputatxananın işə yaramayan satılmış deputatlarının olmayan fəaliyyətindən ucalarda görsün. Hünərin varsa bunu icra elə.
Əminik ki, hakimiyyət gündəmi Mehman Hüseynovun "sınması", Alışanovun yanması xəbərləriylə zəbt edə bilməyəcək. Çünki xalq bu hiylələri gözəl bilir. Bütün bu gündəm dəyişmə cəhdlərinə baxmayaraq xalqın bir hissəsi yenə meydanlarda, mitinqlərdə olmaqdan əl çəkmir. Öz haqqını zalım hakimiyyətdən tələb edir. Zalım isə istəyir xalqa maşaların vasitəsilə bunu təlqin etsin: heç bir müxalifətin yanında olma, onlar gün gəlir sınır, satılır, mübarizədən əl çəkirlər. Xalq isə buna inanmır.


852 بازدید
در حال ارسال اطلاعات...