Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Yanvar 2019

Foreign Posicy jurnalında Qasim Süleymani müdafiə sahəsinin ilk 10 mütəfəkkiri sırasında - Foto

İran İslam İnqilabı Keşikçiləri Qvardiyasının Qüds qüvvələrinin komandanı general Qasim Süleymani Amerikada nəşr olunan “Foreign Posicy” məşhur jurnalının dünyanın ən üstün 100 mütəfəkkirini tanıtdığı illik xüsusi buraxılışında müdafiə-təhlükəsizlik sahəsinin ən üstün 10 mütəfəkkiri sırasında yer alıb.

“Foreign Posicy” jurnalı öz on illik fəaliyyəti münasibətilə nəşr etdiyi “Global Thinkers” (Dünya mütəfəkkirləri) adlı xüsusi buraxılışına yazdığı girişdə dünyanın 100 nəfər mütəfəkkirini 10 qrupa bölüb və hər qrupda 10 nəfər ən üstün mütəfəkkiri tanıdaraq, onlar barəsində məlumat verib.

Jurnalda müdafiə sahəsində yer almış 10 mütəfəkkir bunlardır:

1. İslam İnqilabı Keşikçilər Qvardiyasının Qüds qüvvələrinin komandanı Qasim Süleymani;
2. Almaniyanın müdafiə naziri Ursula fon der Layen;
3. Meksikanın daxili işlər naziri Olga Sanchez Cordero;
4. Efiopiyanın baş naziri Əhməd Abiy;
5. Kosmik Kəşf Texnologiyalar Şirkətinin rəhbəri Guin Shatul;
6. “Palantir Texnologiyalar” şirkətinin baş icraçı direktoru və təsisçisi Aleks Karp;
7. “Blingekt” saytının təsisçisi və jurnalist Elyut Higginz;
8. Rusiya prezidenti Vladimr Putinin köməkçisi Vladislav Surkov;
9. Banqladeşin baş naziri Şeyx Hasina;
10. İndoneziyanın dənizçilik və su məhsulları naziri Susi Bujiastuti.

“Foreign Posicy” general Qasim Süleymani haqqında yazıb: “O, elə bir simadır ki, ABŞ prezidenti Donald Trampın açıq-aşkar təhdidlərinə cavab verdi”.

Jurnal generalın bir neçə ay bundan əvvəl Trampa verdiyi bu cavabı da əks etdirib: “Sizə deyirik: Ağlınıza gəlməyəcək yerdə biz sizin yaxınlığınızdayıq.”

سردار سلیمانی جزو ۱۰ متفکر برتر حوزه دفاعی نشریه «فارن پالیسی» شد


1198 بازدید
در حال ارسال اطلاعات...