Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Yanvar 2019

Qohumluqların və fəxrlərin fayda verməyəcəyi gün

Münasibətlər qəbilə-tayfa fəxrləri, qohumluq bağları aradan qalxacaq
فَإِذَا نُفِخَ فِي الصُّورِ فَلَا أَنْسَابَ بَيْنَهُمْ يَوْمَئِذٍ وَلَا يَتَسَاءَلُونَ

"Sur üfürüləcəyi gün onların aralarında qohumluq əlaqəsi olmayacaq və onlar bir-birindən hal-əhval tutmayacaqlar." (Muminun, 101).

İzah: Ümumilikdə dünyada təkəbbürlülər üçün iftixar səbəbi olan bütün şeylər Axirətdə onların işinə yaramayacaqdır. Bu baxımdan münasibətlər qəbilə-tayfa fəxrləri, qohumluq bağları aradan qalxacaq. Bu üfürülmədə məqsəd bütün ölülərin diriləcəyi ikinci üfürülmədir.

Hədis: İmam Səccad (ə): “Allah Cənnəti hətta Həbəşistan köləsi olsa da Öz fərmanına itaət edənlər və yaxşı iş görənlər üçün, Cəhənnəmi isə hətta Qüreyş övladı olsa da Ona asi olanlar üçün yaratmışdır.” (Mənaqibi-İbn Şəhraşub, c. 4, səh. 151).


1002 بازدید
در حال ارسال اطلاعات...