Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Yanvar 2019

Peyğəmbərə (s) itaət Allah sevgisinə zəmin yaradır

Allah-Taala yalnız Ona sevgisini Peyğəmbərə (s) itaət etməklə ifadə edən möminləri sevir
قُلْ إِنْ كُنْتُمْ تُحِبُّونَ اللَّهَ فَاتَّبِعُونِي يُحْبِبْكُمُ اللَّهُ وَيَغْفِرْ لَكُمْ ذُنُوبَكُمْ وَاللَّهُ غَفُورٌ رَحِيمٌ

"De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah Bağışlayandır, Rəhimlidir.”" (Ali-İmran, 31).

İzah: İnsanların yaradılışında məqsəd Allaha ibadət və bəndəlik etməkdir. Bu məqsəd Allaha tam diqqət, ibadətdə və digər həyat məsələlərində ixlas olmadan hasil olmur. İxlas qəlbə aid bir əməldir. Onun baş verdiyi yer qəlbdir. Odur ki, insanların yaradılışında məqsəd bəndələrin qəlbən Allaha diqqəti, yaxud başqa sözlə, ilahi sevgidir. Bu sevgi ikitərəflidir. Yəni Allah o kəsləri sevir ki, onlar da Allahı sevirlər. Yuxarıdakı ayə bu uca həqiqəti açıqlayır və bildirir ki, Allah-Taala yalnız Ona sevgisini Peyğəmbərə (s) itaət etməklə ifadə edən möminləri sevir. Buna görə də insan yaradılışının hədəfinə çatmaq o həzrətə (s) tabe olmaqla gerçəkləşir.

Hədis:
İmam Sadiq (ə): “Kim Allahın onu sevməsini istəyirsə, Allaha itaət etməli, bizə tabe olmalıdır.” (Kafi, c. 8, səh. 14, hədis: 1).


1213 بازدید
در حال ارسال اطلاعات...