Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Yanvar 2019

İnsanın öz əməllərini sorğulaması

İlahi ədalət divanına gətirilmədən özün öz əməllərini hesaba çək
وَكُلَّ إِنْسَانٍ أَلْزَمْنَاهُ طَائِرَهُ فِي عُنُقِهِ وَنُخْرِجُ لَهُ يَوْمَ الْقِيَامَةِ كِتَابًا يَلْقَاهُ مَنْشُورًا اقْرَأْ كِتَابَكَ كَفَىٰ بِنَفْسِكَ الْيَوْمَ عَلَيْكَ حَسِيبًا

"Biz hər bir insanın əməlini öz boynundan asdıq. Qiyamət günü isə açıq vəziyyətdə qarşısına qoyulan kitabı ona göstərəcəyik. Kitabını oxu! Bu gün sənə öz-özünü hesaba çəkməyin yetər." (İsra, 13-14).

İzah: İnsanın əməl dəftəri əlinə veriləndə ona müraciət olunar: “İlahi ədalət divanına gətirilmədən özün öz əməllərini hesaba çək”. Bu o deməkdir ki, onun müqəddəratına şahidlik edən dəlillər çox aydın olacaq. Belə ki, hətta özü də iqrar və etiraf edəcək. Heç şübhəsiz, buna görə də bir çox rəvayətlərdə insanın dünyada öz əməllərini hesaba çəkməsi tövsiyə olunmuşdur.

Hədis: İmam Baqir (ə) – yuxarıdakı ayəni izah edərkən – : “İnsan harada olursa olsun, onun yaxşı və pisi də onunladır. Qiyamətdə əməl dəftəri ona verilənə qədər onlardan ayrıla bilməz.” (Təfsiri-Qumi, c. 2, səh. 17).


114 بازدید
در حال ارسال اطلاعات...