Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Yanvar 2019

Abid müəllim, 79 yaşlı birinin sifətini toppuş sifətinizlə müqayisə edəndə 23 il kimə xidmət etdiyiniz məlum olur

Bu ölkədə xalqa xidmət edən insan 23 il yox, 23 gün də hakimiyyətdə qala bilməz
Şərifovun "hansı dövlətdə 23 il eyni vəzifəni icra etmək olar" deməsinə ŞƏRH!

Düz deyir əslində. Bəlkə də heç bir dövlətdə belə bir standart yoxdur. Çünki Azərbaycanın indi öz standartları vardır ki, heç bir dövlətin işləyən beyinləri bu məsələni çözüb uğurlu həllini tapa bilmir. Çünki bizim ölkədə heç bir standartlara uyğun olmayan rejim davam etməkdədir. Düzdür, Şərifov çalışır ki, 23 il xalqa xidmət elədiyini müsahibə verərkən təlqin eləsin. Amma xalq gözəl bilir ki, Şərifov bu müddət ərzində ancaq təmsil etdiyi hökümətə qul olmaqdan başqa bir qanayan barmağa dərman olmayıb. Onun 23 il hakimiyyətdə baş nazirin müavini vəzifəsində qalması elə özü dediyimizin sübutudur. Çünki bu ölkədə xalqa xidmət edən insan 23 il yox, 23 gün də hakimiyyətdə qala bilməz. Başqa bir müqayisə də apara bilərik. Gedin ölkədə istənilən 79 yaşlı bir kişini tapıb gətirin, Abid Şərifovla həmin kişinin sifətini, qarnını müqayisə edin, onda bilinəcək ki, fətir sifət, yekə qarın Şərifov əslində kimə xidmət edib.

Əlbəttə müsahibənin sonunda deyir ki, bütün ömrü boyu prezidentimə, ulu öndərimə borcluyam. Bu sözlərin özü nə üçün Şərifovun 23 il eyni vəzifədə qalmasının tam çılpaqlığı ilə ortaya qoyur. Çünki Azərbaycandakı məmurlar, Şərifov, onun keçmiş rəisi (sabiq baş nazir), digər həmkarı Əli Həsənov və elə indiki baş nazir və sair məmurlar ona görə qoca yaşlarında vəzifədə qalırlar ki, yerlərinə cavan kadr gəlməsin, çünki cavan kadrları asanlıqla uluöndərçi edib prezidentə borclu çıxartmaq olmur və yaxud olsa da bu proses vaxt aparır. Şərifov kimilərin isə necə deyərlər yaltaqlıq, ikiüzlülük, saxtakarlıq, yalançılıq, talançılıq və başqa bu kimi sahələrdə kifayət qədər təcrübəsi vardır.

Əslində Şərifov utanmalı və bu cür danışmamalı idi. Çünki adama deyərlər ki, mənim əmimim, atamın yaşı 40-dan yuxarıdır deyə cavan kadr axtarılan iş sektoruna qəbul edilmir, yaşı 65-ə çatmadığı üçün də pensiya verilmir. Siz nə əcəb 79 yaşınıza işləyirdiniz və heç pensiyaya da çıxmırdınız?
Bir məsələ də var ki, Şərifov bu 23 il ərzində "ala baba" şirkəti ilə yaddaşlarda qala bilib. Ancaq Bakıya yağış-leysan gəlib kanalizasiya xidmətinin fəsadlarını artıranda o, ekranlarda görünüb və kanalizasiyadan danışıb. Vəzifədən getməsinə baxmayaraq hələ də kanalizasiya xidməti bərpa edilməyib. Nəinki Şərifov, onun nəvələri də hakimiyyətdə vəzifə tutsa Bakının kanalizasiya xidməti düzəlməyəcək ki, düzəlməyəcək. Bura qədər Şərifovun "xalqa olan xidməti" barədə.

Onu da qeyd edək ki, Şərifov jurnalistlərlə məzələnib onlara "ala baba" şirkətindən danışanda sabahı günü mediya ""ala baba" şirkətlər qrupu" haqda məlumatlar dərc etdi.
Sonda isə Şərifovun diqqətinə çatdıraq ki, xalqa xidmət etdiyini həqiqətən də bilmək istəyirsə sosial mediyaya daxil olub müsahibəsi ətrafında gedən xalq müzakirələrinə baxsın. Əlbəttə xalq Şərifovu dəftərdən silməyibsə.


3397 بازدید
در حال ارسال اطلاعات...