Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Yanvar 2019

İxlas

Əməli qeyri-ilahi niyyətlərdən təmizləmək çox önəmlidir
قُلْ إِنَّمَا أَنَا بَشَرٌ مِثْلُكُمْ يُوحَىٰ إِلَيَّ أَنَّمَا إِلَٰهُكُمْ إِلَٰهٌ وَاحِدٌ فَمَنْ كَانَ يَرْجُو لِقَاءَ رَبِّهِ فَلْيَعْمَلْ عَمَلًا صَالِحًا وَلَا يُشْرِكْ بِعِبَادَةِ رَبِّهِ أَحَدًا

"De: “Mən də sizin kimi bir insanam. Mənə vəhy olunur ki, sizin ilahınız Tək olan İlahdır. Kim Rəbbi ilə qarşılaşacağına ümid bəsləyirsə, yaxşı işlər görsün və icra etdiyi ibadətlərində Rəbbinə heç kəsi şərik qoşmasın!”" (Kəhf, 110).

İzah: Hər bir əməlin dəyəri – onun icrasının keyfiyyətindən – daha çox onun niyyətindən asılıdır. Buna görə də əməli qeyri-ilahi niyyətlərdən təmizləmək çox önəmlidir. Rəvayətlərdə ixlasın ən mühüm nəticələri kimi ilahi yardım, müvəffəqiyyət, hikmətin qəlbə və dilə axması və xalq yanında sevimli olmaq qeyd olunmuşdur. İxlasın əksi riya və özünü göstərməkdir ki, daxili zəiflik və həqarətdən mənşə alır. İxlas, yalnız namaz və oruc kimi ibadətlərdə xülasə olmur. Əksinə, insanın bütün gündəlik həyat məsələlərini – paltar geyinmək və s. – də əhatə edir. Qeyd edək ki, ixlasın mərtəbələri var. Ən yüksək mərtəbəsi ilahi övliyalara xasdır. Belə ki, onlar ibadəti Cənnətə girmək və ya Cəhənnəmdən xilas olmaq üçün yox, yalnız Allahın Özü üçün edirlər.

Hədis: İslam peyğəmbəri (s): “Kim qırx gün Allah üçün ixlaslı oldusa, hikmət bulaqları qəlbindən dilinə axdı.” (Üyuni-əxbari-Rza, c. 2, səh. 69, hədis: 321).


961 بازدید
در حال ارسال اطلاعات...