Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Dekabr 2018

Ruhların Zərr aləmində “bəli” deməsi və Nəhl surəsinin 78-ci ayəsi

Allah sizi analarınızın bətnlərindən heç bir şey bilmədiyiniz (dərk etmədiyiniz) halda çıxartdı.”
Sual: Əgər ruhlar Zərr aləmində elmin kamal mərtəbəsində “bəli” deyiblərsə, bəs onda “Nəhl” surəsində gəlmiş “Allah sizi analarınızın bətnlərindən heç bir şey bilmədiyiniz (dərk etmədiyiniz) halda çıxartdı” ayəsini necə izah etmək olar?

Cavab: Qurani-kərim iki növ bilgi bizə tanıdır: 

1. Hüzuri elm. Bu elm kəsb yolu ilə deyil, insanın fitrəti yolu olmuşdur və var.
2. Hüsuli elm. Bu elm təhsil yolu ilə əldə olunur.

Qeyd etdiyiniz ayə hüsuli elmə işarə edir və “Nəhl” surəsində buyurur: “Allah sizi analarınızın bətnlərindən heç bir şey bilmədiyiniz (dərk etmədiyiniz) halda çıxartdı.” (“Nəhl” surəsi, ayə 78)
Hüzuri və fitri elm isə Allahın rübubiyyəti və insanı öz bəndəliyi əsasındadır və həmişə insanın yanındadır.
Mütəal Allah “Nəhl” surəsində “Allah sizi analarınızın bətnlərindən heç bir şey bilmədiyiniz (dərk etmədiyiniz) halda çıxartdı” buyurur, amma “Rum” surəsində “Batildən haqqa tapınaraq (pak bir müvəhhid, xalis təkallahlı kimi) üzünü Allahın fitri olaraq insanlara verdiyi dinə (islama) tərəf tut”-deyə buyurur. (“Rum” surəsi, ayə 30)

Habelə, “Şəms” surəsində “And olsun nəfsə və onu yaradana (ona biçim verənə); Sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini öyrədənə”- deyə buyurur. (“Şəms” surəsi, ayə 7-8)
Rum və Şəms surələrində sözü gedən şühudi biliklər yaranışın əvvəlindən insanla birgə olmuşdur. Amma hüsuli bilgiləri təhsil vasitəsilə əldə etmək mümkündür.
maarej.esra.ir


100 بازدید
در حال ارسال اطلاعات...