Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Dekabr 2018

ŞÜKÜR

Şükrün insan ruhunun tərbiyəsində inikası olduqca çoxdur.
وَإِذْ تَأَذَّنَ رَبُّكُمْ لَئِنْ شَكَرْتُمْ لَأَزِيدَنَّكُمْ وَلَئِنْ كَفَرْتُمْ إِنَّ عَذَابِي لَشَدِيدٌ وَقَالَ مُوسَىٰ إِنْ تَكْفُرُوا أَنْتُمْ وَمَنْ فِي الْأَرْضِ جَمِيعًا فَإِنَّ اللَّهَ لَغَنِيٌّ حَمِيدٌ

"O zaman Rəbbiniz bildirmişdi: “Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıraram, yox əgər nankorluq etsəniz, (bilin ki,) Mənim əzabım şiddətlidir” Musa dedi: “Əgər siz və yer üzündə olanların hamısı kafir olsanız, (Allaha heç bir zərər yetirə bilməzsiniz). Çünki Allah, həqiqətən də, Zəngindir, Tərifəlayiqdir."(İbrahim, 7-8).

İzah: Əxlaqi inkişaf amillərini qeyd etdikdən sonra burada ən mühüm fərdi və ictimai əxlaqi fəzilətlərə işarə edirik. Bu fəzilətlərdən biri Allaha şükür etməkdir. Şükrün insan ruhunun tərbiyəsində inikası olduqca çoxdur. Çünki bir tərəfdən insanın xatirində Rəbbin əzəmətini gücləndirir, digər tərəfdən isə onu nemətlərdən düzgün istifadə etməyə səsləyir. Şükür əslində Allahı dil ilə sitayiş etmək və Onun nemətlərindən düzgün istifadə etməyin tərkibidir. Allahın qəti ənənəsi odur ki, şükür edənlərə dünyada daha çox nemətlər bəxş etsin. Növbəti ayə də bəyan edir ki, şükrün faydası yalnız bəndələrin özünə aiddir və Allahın ona ehtiyacı yoxdur.

Hədis:
İmam Əli (ə): “Hər bir nemətin şükrü Allahın haramlarından çəkinməkdir.” (Mişkatul-ənvar, səh. 35).


127 بازدید
در حال ارسال اطلاعات...