Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Dekabr 2018

Dünya təzahürlərinə könül vermək

Şeytan və insanın harın nəfsi daim çalışır ki, dünya dəbdəbəsinə həddindən çox məftunluq yaradaraq...
Qəflət və Allahı xatırlamaqdan uzaq olma amilləri

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تُلْهِكُمْ أَمْوَالُكُمْ وَلَا أَوْلَادُكُمْ عَنْ ذِكْرِ اللَّهِ وَمَنْ يَفْعَلْ ذَٰلِكَ فَأُولَٰئِكَ هُمُ الْخَاسِرُونَ

"Ey iman gətirənlər! Nə mallarınız, nə də övladlarınız sizi Allahın zikrindən yayındırmasın! Bunu edənlər ziyana uğrayanlardır." (Munafiqun, 9).

İzah: Qəflət və Allahı xatırlamaqdan uzaq olmanın ən mühüm amili dünya və ona aid olanlara könül verməkdir. Şeytan və insanın harın nəfsi daim çalışır ki, dünya dəbdəbəsinə həddindən çox məftunluq yaradaraq onu dünyanın keçiciliyi həqiqətindən uzaq tutsun və başını yalançı məhbublara qatsın. Amma mömin – dünyanın halal həzlərindən faydalanmaqla yanaşı – əsla dünyaya bağlanmır. Çünki bu həzlərin – ilahi rəngə boyanmadıqda – keçici və ziyanlı olduğunu bilir. Bu ayənin məzmunu insana xəbərdarlıq edir ki, bəzən mübah dünyəvi maraqlar da insanı Allahı xatırlamaqdan yayındırır. Buna görə də daim Allahı həqiqi məhbub olaraq seçmək və ona könül vermək lazımdır.

Hədis: İmam Əli (ə): “Dünya səni aldadır, qəflətə salır, sənə sehr və cadu edir.” (Əmali, Tusi, səh. 652, hədis: 1353).


136 بازدید
در حال ارسال اطلاعات...