Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Noyabr 2018

"Xəzər TV" Hacı Taleyə "terrorçu" deyəndə niyə danışmırdınız, axı Ayətullah Nuri Həmədanini...

O zamanlar "Xəzər TV"-nin ağzının payını versəydiniz bu dəfə sizin haqqınızda belə danışmazdılar.
"Yeni Müsavat" qəzetində Allahşükür Paşazadənin müsahibəsi gedib. Jurnalist ondan bu yaxınlarda baş verən Abel Məhərrəmov hadisəsini soruşub. Şeyxülislama ünvanlanan sual belədir: "Madriddə keçirdiyiniz tədbirlə bağlı mediada çoxlu sayda yazılar dərc olundu. BDU-nun keçmiş rektoru Abel Məhərrəmovla bağlı, xüsusən də təyyarədə şərab aparılması, bundan başqa oteldə qalmaqalla bağlı yazılar oldu. Bu yazılara münasibətinizi bilmək istərdik." Şeyxülislam isə sualı bu cür cavablandırıb: "Qəti şəkildə deyirəm ki, belə bir məsələ olmayıb, bu, yalandır. Nəyə görəsə bunu yazırlar, deyirlər. Yəqin ki, düşmənçilik məqsədi ilə edirlər. Bütün bunlar necə ola bilər? Elə başa düşürəm ki, bütün bunlar quraşdırmadır. Digər tərəfdən, mən nə Abel müəllimin, nə də heyətdə olan digər şəxslərin içki içdiyini görməmişəm." Maraqlısı budur ki, bu xəbərləri yayan mediya qurumlarından biri də ölkəmizdə FETÖ terror təşkilatına bağlı olan "nurçu" kanal "Xəzər TV" kanalıdır. Bu kanal belə məqamlarda "bir güllə ilə iki quş vurmağa" çalışır. Bir yandan yuxarıdan onlara ötürülən (Abel haqqında olan ifşaedici) əmri icra edir, digər tərəfdən də Şeyxülislamın şiə məzhəbinə aid olduğunu bildiyi üçün onun timsalında şiələri vurmağa çalışır. Çünki kanalın uyğun reportajına tamaşa etsəniz görərsiniz ki, orada şeyxin təyyarəsi ilə iki tonluq şərabın aparılması, daha sonra otelin restoranında onunla savaşması məsələlərini açıq-aşkar qeyd ediblər. Bu isə FETÖ kanalının ilk işi deyil. Bundan əvvəl də qonşu və qardaş İran İslam Respublikasından ölkəmizə məhz şeyxülislamın dəvəti ilə gələn Ayətullah Nuri Həmədani və görüş zamanı onun əlini ehtiram əlaməti olaraq öpən Hacı Tale barəsində şər-böhtan kompaniyasına başlamışdılar. "Xəzər TV" həmin kanaldır ki, əlöpmə epizodunu dəfələrlə efirə vermiş, Hacı Taleyi İran mollalarına "işləyən", "terrorçu" kimi qələmə vermişdilər. Amma təəssüflər olsun ki, şeyxülislam həmin vaxtlarda "Xəzər TV" haqqında bircə dəfə də olsun danışmamışdı. İndi isə öz şəxsinə olan hücumları qınayarkən işlətdiyi tənqidi sözlər "Xəzər TV"dən də yan keçmir. Burdan isə şeyxülislama səslənirik: Nə üçün "Xəzər TV" Hacı Taleyə terrorçu deyəndə danışmırdınız, axı Ayətullah Nuri Həmədanini ölkəmizə dəvət edən siz idiniz. O zamanlar "Xəzər TV"-nin ağzının payını versəydiniz bu dəfə sizin haqqınızda belə danışmazdılar.
Sonra da müsahibəsində deyir ki, erməni keşişi Qaregin deyir ki, onu (şeyxülislamı) burda (Ermənistanda) sərt tənqid edirlər. Şeyxülislam da güya ermənilərin onun tənqid etməsini başa düşür (yəni düşməndir, etməlidir) amma öz ölkəsində onu tənqid edənləri anlamır. Bunu anlamaq çox sadədir. Axı Qaregin bilmir ki, şeyxülislam dini ancaq yuxarıların siyasətinə alət edir. Onun "dini" ancaq yuxarıları öymək, murdar siyasətlərinə bəhanə qazandırmaq uğrunda bir vasitədir. Bunu qaragün erməni keşişi Qaregin hardan bilsin. Yox əgər şeyxin dediyi kimi bütün bunlar düşmən təxribatıdırsa onda şeyxülislam illər sonra "Xəzər TV"-nin Hacı Taleyə qarşı apardığı təbliğat namərdcəsinə başladılmış çirkin kompaniya olduğunu təsdiq edir. Amma gecikmiş etirafdır.


155 بازدید
در حال ارسال اطلاعات...