Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Noyabr 2018

125 deputatın sifətini Elgizin, Zaurun, Bayramın sifətinə qurban verən xalqın "məsumluğu"

Nə vaxta qədər deputatxana deyərkən insanın gözünün qabağına Zahid Oruc, Fəzail Ağamalı, Qüdrət Həsənquliyev, Fazil Mustafa gəlməlidir
Deputatxanada – rəhmətlik Baba Pünhan demişkən "qırmızı usdullar" dəyişilən gündən bu yana qırmızı sifət deputatlar ancaq deputatxanaya girə bilir. Heç olmasa qabaqlar bəzi deputatlar müxalifətdən idilər, onlar fikir irəli sürür, iqtidarçılar tərəfdən danlanır, o qışqırır, bu bağırırdı, hiss edirdin ki, deputatxanadan nəsə deputat iyi gəlir. Amma indi lap zibili çıxıb. Ancaq deputatxanadan kotlet, bozbaş, kəllə-paça, sirkə-sarımsaq iyi gəlir. Demək olar ki, "qırmızı usdullardan" sonra deputatxanada bir nəfər müxalif qalmayıb. Bir-iki dənə bitərəf qalıb, onlar da ya tanınmır, ya da özləri danışmır ki, birdən bitərəf olduqları üçün onları qınayarlar. Bu saat yaltaqlığın dozası o qədər çoxdur ki, bitərəflər bəlkə də "bir tərəf" olmaqdıqları üçün peşmançılıq hissi keçirirlər.
Əlbəttə Oktay Əsədovun da günahı burda çoxdur. Murtuz Ələsgərovun vaxtında (həmin o dediyimiz "qırmızı usdullar" zamanı) deputatxanada əməlli-başlı rəqabət gedirdi. Murtuz müəllimin "konseyi" bütün günü efirdə qırğın "dəyişmə" edirdi. Elə bilirdin ki, meyxanaya baxırsan. Amma indi deputatxana xalqın gözündən düşüb. Problemin həlli budur ki, deputatxanada dəyişiklik etmək lazımdır. Nə vaxta qədər deputatxana deyərkən insanın gözünün qabağına Zahid Oruc, Fəzail Ağamalı, Qüdrət Həsənquliyev, Fazil Mustafa gəlməlidir. Bildik, adamlar bir vaxtlar müxalifət idilər, sonra keçdilər iqtidar tərəfə. Olsun, amma iqtidar tərəfə keçmək "masson lojasında" "ölümsüzlük şərbəti" içmək demək deyil axı. Çıxın gedin, "pensiya" alın, teatr açın, qəzetçiliklə filan məşğul olun, nə var axı bitib qalmısınız deputatxanada?
Bu günün reallıqlarından biri budur ki, xalqın da bu işdə marağı yoxdur. Bu gün adlarını çəkdiyimiz insanların deputatxanada qocalmalarının səbəbi xalqdır. Əgər bu insanlar həqiqətən də xalqın iradəsi, səsi ilə seçilsəydilər, birinci dəfədən sonra xalq bunları ikinci dəfə seçməzdi. Məsələn, xalqın başı xarab deyil axı, Fazil Mustafanı deputatxanada oturtsun, o da həftə səkkiz mən doqquz başlasın xalqın dinini təhqir eləməyə. Yaxud xalqın başına at təpməyib ki, Qüdrətin əyninə qalstuk geyindirib deputatxanada oturtsun, o da xalqı qoyub deputatlara dövlətdən maaş istəsin.
Bəli, xalq artıq neçə ildir ki, 125 deputatın üstündən birdəfəlik xətt çəkib. Qardaş, xalqın deputatı bu dəqiqə Əli Mirəliyev, Sərxan, Bayram, Elgizdir. Bunlardan yaxşı deputatmı olar. Deputatxanadakılar xalqa tüpürüb, xalq da onlara. Sübut istəyirsinizsə buyurun telekanalizasiyalara baxın. Görün ordan daha çox Fazil Mustafanın sifəti görünür, yoxsa Bayram daha çox orda səsini başına atır. Düzdür, indi deyəcəksiniz ki, xalqın nə günahı, xalq məsumdur. Günahkar deputatlardır. Bir işə yaramırlar. Xalq da onları seçmir. Seçməsin, öz taleyi ilə maraqlanmasın. Nəyinə lazımdır ki. Onsuz da bizim xalq dəmirdən bərkdir.


1144 بازدید
در حال ارسال اطلاعات...