Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Noyabr 2018

Gəlin görək Fazil Mustafanın Həzrət Məhəmməd peyğəmbərin islamıyla nə əlaqəsi var?

Özünü İslam Peyğəmbərinin (s) davamçısı hesab edən Fazil hazırda oturduğu Parlament kürsüsündə yalançılıq, saxtakarlıqla oturub
Elşad Mirinin deputat Fazil Mustafa ilə cici-bacı olması məlumdur. Məşhur Azərbaycan filmi olan "Bəxtiyar"dakı "Hüseynova bacıları" kimi bu iki cici-bacı FETÖ törtöküntüsü də hər nə iş görürlərsə FETÖ-nün işinə yaraya bilmirlər. Saytımız dəfələrlə bu iki "maşşenniki" ifşa edib, heç birində də cavab verə bilməyiblər.
Fazil Mustafanın şiə əleyhinə olan növbəti sərsəmləməsi 21 noyabrda "bacısı" Elşad Mirinin saytında gedib. Müsahibədə dini təhsillə bağlı danışmalı ikən Fazil Mustafa mövzunu tamamilə dəyişib və şiəyə hücuma keçib. Maraqlısı budur ki, müsahibədə QMİ üzvü Hacı Fuad Nurullayevdən də müsahibə alınıb amma nədənsə Elşad Miri öz "bacısının" işlətdiyi ifadəni başlıq kimi çap edib. İfadə isə budur: "Azərbaycanda yaşanan İslamın Hz. Muhəmmədin təbliğ etdiyi İslamla heç bir əlaqəsi yoxdur" Məlum olur ki, Azərbaycanda "ənənəvi İslam" deyilən islam şiəlikdir. Xalis şiə düşməni olan və FETÖ ilə eyni zehniyyəti paylaşan və əqidə qohumu olan Fazil Mustafa isə güya özünü Həzrət Məhəmmədin (s) davamçısı hesab edir. Çox uzatmadan bir –iki cümlə ilə sizə Fazil Mustafanın Həzrət Məhəmmədlə (s) əslində heç bir əlqsəinin olmadığını göstərməyə çalışacağıq.

1. İslami vəhdət, "Vəhdət həftəsi" və Fazil təfriqəsi

21 noyabr "vəhdət həftəsi" ərəfəsidir. Vəhdət həftəsi isə İran İslam Respublikasının banisi İmam Xomeyni tərəfindən təyin edilib. Şiə və sünnünün iki fərqli tarixdə qeyd etdiyi İslam peyğəmbərinin (s) mövludunu İmam Xomeyni vəhdət həftəsi adıyla məşhurlaşdırıb. Yəni iki fərqli tarixi bir-birindən ayıran bir həftə "vəhdət həftəsi" adlanıb. Allah İslam Peyğəmbərinin (s) adından Quranda belə buyurur: "De: “Ey Kitab əhli! Bizim və sizin aranızda olan eyni bir kəlməyə gəlin ki, Allahdan başqasına ibadət etməyək, Ona heç bir şeyi şərik qoşmayaq və Allahı qoyub bir-birimizi ilahiləşdirməyək”. Əgər onlar üz döndərsələr, deyin: “Şahid olun ki, biz müsəlmanlarıq!”" (Ali-İmran 64) İmam Xomeyni Fazilin bəyənmədiyi şiə ruhanisidir amma sünnüləri qardaş bilirdi və vəhdətə çağırırdı. Fazil FETÖ törtöküntüsüdür, şiəyə nifrət edir. İslam Peyğəmbəri (s) hətta məsihini, yəhudini bir Allah ətrafında birləşməyə çağırırkən, İmam Xomeyni də bu yolu gedirkən, Fazil Mustafa müsəlman olan şiəni təhqir edir.

2. Fazil araq içən insanı dinə dəvət etmir, ancaq hüseynçi şiəni dinsiz hesab edir

O, Azərbaycandakı İslamın həqiqi İslam olmadığını deyərkən araq içən, zina edən insanları nəzərdə tutmur, başının daşı, qarnının ağrısı İmam Hüseyn (ə) aşiqləri olan şiələrdir. Çünki indiyədək heç bir qəzetdə, saytda görmədik ki, Fazil Mustafa bir dəfə gedib pivəxanada pivə içən insanları dinə dəvət etsin. Bir dəfə görmədik ki, Fazil Mustafa bazarlara gedib xalqı aldatmamağa, insafa, dürüstlüyə dəvət etsin. Fazil Mustafanı bir dəfə görmədik efirdəki əxlaqsızlığı tənqid etsin. Onun üçün ölkədəki pozğunluq, azğınlıq, şou-biznes, zinakarlıq, fahişəlik pis deyil, onu narahat etmir, ancaq İmam Hüseynin (ə) adı gələndə Fazil Mustafa Peyğəmbərin İslamını xatırlayır. Halbuki İslam Peyğəmbəri (s) nəinki bütpərəstləri, hətta zamanındakı kafir dövlət başçılarını belə İslama dəvət edirdi.

3. Əhdə vəfa və Fazilin vəfasızlığı

Quran buyurur: "Yaxşı əməl üzünüzü məşriqə və məğribə tərəf çevirməyiniz deyildir. Lakin yaxşı əməl (sahibləri) Allaha, Axirət gününə, mələklərə, kitablara, peyğəmbərlərə iman gətirən, sevdiyi malı qohum-əqrəbaya, yetimlərə, kasıblara, müsafirlərə, dilənənlərə və kölələrin azad edilməsinə sərf edən, namaz qılıb zəkat verən, əhd bağladıqda əhdlərini yerinə yetirən, sıxıntı və xəstəlik üz verdikdə, habelə döyüşdə səbr edən şəxslərdir. Onlar imanlarında doğru olanlardır. Müttəqi olanlar da elə məhz onlardır." (Bəqərə 177) Çox güman ki, Fazildən soruşsanız bu ayəyə ilk əməl edən şəxsin elə İslam Peyğəmbəri (s) olduğunu söyləyər. Deməli, Peyğəmbər (s) ən yaxşı şəkildə sevdiyi malı qohum - əqrəbaya, kasıblara, dilənənlərə verərdi və ən əsas verdiyi əhdə vəfa edərdi. Amma internetdə axtarış edib görün Fazil Mustafa heç bir işə yaramadığı halda, satıldığı üçün Parlamentdən maaş aldığı halda hansı kasıblara yardım edib? Olmayan seçicilərinə nə zaman verdiyi vədələrə sadiq qalıb.

4. Yalana nifrət edən Peyğəmbər (s) və yalançı Fazil

Dinimizin bizə əmr etdiyi işlərdən biri yalandan uzaq olmaqdır. İslam Peyğəmbəri (s) bu işi ən layiqli şəkildə yerinə yetirən şəxsdir. Amma özünü İslam Peyğəmbərinin (s) davamçısı hesab edən Fazil hazırda oturduğu Parlament kürsüsündə yalançılıq, saxtakarlıqla oturub. Nə üçün məsələn onun bir vaxtlar silahdaşı olan və müxalifətdə hələ də qalan insanların heç biri nəinki deputat ola bilmir, heç bəlkə deputatxananın əlli metrliyinə də buraxılmır. Amma Fazil hansı qanayan barmağa dərman olub ki, deputatxanada qocalıb gedir? Budurmu İslam Peyğəmbərinin (s) təbliğ etdiyi dinin nümayəndəsi.

5. Fazil Mustafaya ayı, günəşi yox, parlament kürsüsünü verdilər satıldı

İslam Peyğəmbəri (s) buyururdu ki, mənim bir əlimə ayı, digər əlimə günəşi versələr də öz fədakarlığımdan, əqidəmdəm, ideallarımdan dönmərəm. Amma Fazil Mustafaya Parlamentdə bir kürsü verib onu həmin kürsüyə zəncirlədilər. Odur-budur siyasətdən yox olsa da "hoca" kimi peyda olub şiənin əleyhinə danışır. Həm siyasi idealları olan cəbhəçilikdən üz döndərdi, həm də dini lideri olan FETÖ-nü o saat inkar etdi.

6. Həzrət Məhəmmədin (s) milyonlarla sevəni və Fazil Mustafanın üzünə tüpürən milyonlar

Quran buyurur: "(İnsanları) Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır." (Nəhl 125) İslam Peyğəmbəri (s) çox gözəl bir şəkildə rəbbin yoluna dəvət etdiyi üçün milyonlarla tərəfdarı hər zaman vardır. Amma Fazil Mustafanın üzünə milyonlarla insan tüpürməkdədir. Xalqımızın 90 faizi şiədir. Adam şiəyə "siyğədən əmələ gələn", "İran, Xomeyni törtöküntüsü" deyir. Deməli 90 faiz ona nifrət edir. Bundan başqa internetdə axtarış aparsanız görərsiniz ki, demək olar bütün sahənin adamları Fazil Mustafanın "hürüşmələrinə" layiqli cavab veriblər. Adam şirin dillə öz ətrafına toplamaq əvəzinə zəhər diliylə, sarsaqlamaları ilə hamının nifrətini qazanıb.

Bu, Fazilin İslam Peyğəmbəriylə (s) əlaqəsi olmadığını göstərən faktların cüzi bir hissəsidir. Bundan sonra özünüz qərar verin, onun Həzrət Məhəmmədin (s) təbliğ etdiyi İslamla nə əlaqəsi var?


1250 بازدید
در حال ارسال اطلاعات...