Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Noyabr 2018

Abel də getdi "kabel" çəkməyə (İslam, İran, Qum tələbəsi günahkardır)

İslam təbliği məgər Zaurun, Elgizin, Rafaelin, Coşqunun, Mirəliyevin, Sərxanın, falçıların, ekstrasenslərin səviyyəsizliyidir ki, eifrdə təbliğ edilsin.
"İslamı siyasətə yaxın buraxmayın!" deyənlərə ithaf olunur.

Neçə gündür ki, Abel Məhərrəmov etdiyi bir (əslində saysız-hesabsız) qələt ucbatından yamanca məşhurlaşıb. Kişi 19-20 ilin rektoru, neçə ilin "akademiki", üstə gəl illərin deputatıdır (millət vəkili yox ha!), amma onu bəlkə heç BDU-da oxuyan bəzi tələblər, elm əhli və nəinki öz seçiciləri (əgər varsa) heç deputatxanada işə gəlməyən, gələndə ya kresloda xoruldayan, ya da deputatxananın çayxanasında "molotov kotletini" (Siyavuş Novruzovun analoqu olmayan təbiriylə desək) bədənə vuran deputatlar belə tanımırdı. Amma iki-üç gündür ki, bütün dünya onun əhvalatından xəbərdardır.
Uşaqların dilində belə bir atmaca dəbdədir. "Allah bağışlasın" sözünün yerinə "hökümət bağışlasın" deyirlər. Bilmirəm zarafata deyilir, yoxsa nəsə altında bir ilan yatmaqdadır. Hər halda yumoristik xalqımız nəsə bilməsə deməz. Mühüm budur ki, hökümət Abel Məhərrəmovu bağışlamadı. (Deməli şanlı xalqımızın gələcəyi olan uşaqlar nəsə bilir) Bəli, Abeli bağışlamadılar, göndərdilər ki, qoy gedib kabel çəksin, sayğac qoysun, mantyor işləsin, nə bilim "svarşiklik" eləsin. Düzdür ki, indi köhnə "obyektində" kafedra müdiri kimi qalıb, amma yuxarılar onu sərt bir formada rüsvay etdilər. Çünki bilirlər ki, Abel kimi adamlar onların "zibillərini" açan deyil. Belə hünərləri var idi, Abelin başına açdıqları oyunu Eldar Mahmudovun da başına açardılar. Nə isə bundan keçdik. Abelin nəyinə lazımdır ki, BDU. Onsuz da milyonları, varidatı filan çoxdur.
Yazımızın başlığına fikir versəniz orada "də" sözünü görərsiniz. "Də"nin burada mənası budur ki, Abel birinci deyil, birinci deyilsə böyük ehtimalla axırıncı da deyil. Axırıncı deyilsə deməli axarıncıdır. Çünki əgər "Abel getdi" yazsaydıq məlum olardı ki, bu yəqin birincidir. Azərbaycanda yaşamayan xarici vətəndaş bu xəbəri oxusaydı ehtimal verərdi ki, birinci dəfədir bizdə məmur qovulur. Amma dilçilik qanunlarımza görə "də" işlənibsə deməli birinci deyil. Başlıqda "kabel" çəkməyə" sözü də özündə mənada ifadə etməkdədir. Bu isə onun işdən qovulmasına eyham və kinayədir. Yoxsa o boyda kişi bu yaşdan sonra kabel çəkməklə məşğul olsa bu dəfə təkcə özünü və vəzifədə olan qohum əqrəbasını yox, bütöv bir cəmiyyəti, xalqı yandıra, toka verə bilər.
Sözümüz canı isə budur: deməli kişi vəzifədən qovulub və bu hal birinci dəfə deyil. Bundan qabaq bank müdirinin, onun arvadının milyonları, fırıldaqları üzə çıxdı. Ondan qabaq enerji nazirinin çıxartdığı hoqqalar, ondan qabaq Eldar Mahmudov, onun adamlarının, ondan qabaq Hacı Məmmədov və onun adamları, metro Tağının işi, Gülərqeyt hadisəsi, Gəncənin merinin əhvalatı və s. adlarını çəkdiyimiz və ya çəkmədiyimiz (o qədər çoxdur ki, hərçənd ki, xalq bunları unutmayacaq amma yenə də unudulanlar üzürlü bilsin) nə qədər qudurğan məmurlar, hələ bunların özlərindən beşbetər qudurğan törəmələri – bütün bunların etdiklərini xalq gözəl bilir. Əsas məsələ budur ki, bunların heç biri müxalifət deyil, hamısı iqtidarın, YAP-ın adamları və üzvləridir. Bundan daha önəmlisi heç birisi islamçı deyildi. Hamısı dünyəvi dövlətin məmurları idi. Heç birinin də işində İranın, İranın Azərbaycandakı "Hizbullahının" (xəyali təşkilat) və Qum tələbəsinin adı hallanmır. Başqa vaxt isə deyirlər ki, dini dövlətə, siyasətə yaxın buraxmayın. Onsuz da din bu cür çirkin siyasətə yaxın gəlməz. İlla ki, düzəltmək qəsdiylə, çirkinliyi, xəbisliyi, murdar cəmdək məmurları bu xalqdan, dövlətdən təmizləmək qəsdiylə gələ bilər. Bəli, bunların heç birinə (ümumiyyətlə ölkədəki dünyəvi quruluşa) İslam yaxın durmur. Çünki İslamın şənindən uzaqdır. İndi boğulun öz çirkabınızda, xirtdəyə qədər batın üfunətli bataqlığa.
Elə bilməyin ki, "dini siyasətə, dövlətə, hakimiyyətə yaxın buraxmaq olmaz" deyərkən bu sözü elə-belə, söz olsun deyə deyirlər. Xeyr! Bu ideya ilə ona görə çürüyüb gedirlər ki, din gəlsə bunların "dədələrinə" əyri əməllər, dövlətə, xalqa, camaatın haqqına xəyanət etdikləri üçün od qoyacaq, cəhənnəmin ən qaynar hissəsinə atacaq. Başqa sözlə əllərini oğurluqdan, rüşvətdən, xalqın milyonlarını talamaqdan kəsəcəkdir. Xalqın qəsb edilmiş malalrını özlərinə qaytarac. Ona görə bunlara ədalət, haqq, dürüstlük, paklıq lazım deyil.
Amma dini təhsil alan tələbələrin, mollaların, din xadimlərinin də bu işdə günahı az deyil – deyirsiniz, razılaşaq. Çünki yaxşı təbliğat olsaydı Abel Məhərrəmov İspaniyaya çaxır aparmazdı. Amma yazıq tələbəni, mollanı necə qınayasan ki, onların (mollaların) başı olan (nəinki aşağı rütbəli mollalar) televizora ancaq yuxarıları öyməkdən ötrü çıxarılır. Belə bir şəraitdə İslamı necə təbliğ edəsən. İslam təbliği məgər Zaurun, Elgizin, Rafaelin, Coşqunun, Mirəliyevin, Sərxanın, falçıların, ekstrasenslərin səviyyəsizliyidir ki, eifrdə təbliğ edilsin. Bizim telekanalizasiyalarımız elə adlarını çəkdiyimiz insanların orda görünməsini haqq edən obyektlərdir. Ona görə də tələbəni, mollanı, ruhanini qınamayın.


1075 بازدید
در حال ارسال اطلاعات...