Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Noyabr 2018

İnsanın hesabın dəqiqliyindən heyrətlənməsi

O gün möminlərin əməl dəftəri sağ əlinə, günahkarların əməl dəftəri isə arxadan sol əlinə veriləcəkdir
وَوُضِعَ الْكِتَابُ فَتَرَى الْمُجْرِمِينَ مُشْفِقِينَ مِمَّا فِيهِ وَيَقُولُونَ يَا وَيْلَتَنَا مَالِ هَٰذَا الْكِتَابِ لَا يُغَادِرُ صَغِيرَةً وَلَا كَبِيرَةً إِلَّا أَحْصَاهَا وَوَجَدُوا مَا عَمِلُوا حَاضِرًا وَلَا يَظْلِمُ رَبُّكَ أَحَدًا

"(Hər kəsin əməl) kitabı (qarşısına) qoyulacaq və sən günahkarların orada (yazılmış) olanlardan qorxduqlarını görəcəksən. Onlar deyəcəklər: “Vay halımıza! Bu necə bir kitab imiş! O nə bir kiçik, nə də bir böyük günahı buraxmadan hamısını sayıb yazmışdır!” Onlar etdikləri əməlləri öz qarşılarında görəcəklər. Rəbbin heç kəsə haqsızlıq etməz!" (Kəhf, 49).

İzah: Qiyamət günü əməllərin sorğulanması simvollarından biri hər kəsin əməl dəftərinin özünə verilməsidir. O gün möminlərin əməl dəftəri sağ əlinə, günahkarların əməl dəftəri isə arxadan sol əlinə veriləcəkdir. Bu özü möminlərə hörmət, kafirlərə isə təhqirdir. Günahkarlar əməl dəftərlərini görəndə heyrətlənəcək və deyəcəklər: “Bu necə bir kitabdır ki, bütün kiçik və böyük əməlləri özündə əks etdirir”. Onların əməlləri gözləri önündə hazır olacaq və onu ört-basdır edə bilməyəcəklər.

Hədis: İmam Sadiq (ə): “İnsan, öz əməllərini qovluğunda o qədər aydın görəcək ki, elə bil (o işləri) o saat görmüşdür.” (Təfsiri-Əyyaşi, c. 2, səh. 328, hədis: 35).


1444 بازدید
در حال ارسال اطلاعات...