Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Noyabr 2018

Təbliğ ayəsi

Rəbbindən sənə nazil ediləni təbliğ et!
يَا أَيُّهَا الرَّسُولُ بَلِّغْ مَا أُنْزِلَ إِلَيْكَ مِنْ رَبِّكَ وَإِنْ لَمْ تَفْعَلْ فَمَا بَلَّغْتَ رِسَالَتَهُ وَاللَّهُ يَعْصِمُكَ مِنَ النَّاسِ إِنَّ اللَّهَ لَا يَهْدِي الْقَوْمَ الْكَافِرِينَ

"Ey elçi! Rəbbindən sənə nazil ediləni təbliğ et! Əgər (belə) etməsən, Onun göstərişini (sənə tapşırdığı elçilik vəzifəsini) yerinə yetirmiş olmazsan. Allah səni insanlardan qoruyar. Şübhəsiz ki, Allah kafir tayfanı doğru yola yönəltməz." (Maidə, 67).

İzah: Mütəvatir şiə və sünni rəvayətlərinə görə, bu ayə Qədir-Xum hadisəsindən öncə nazil olmuşdur. Ayənin məzmunu Peyğəmbərə (s) insanlara çatdırılması tapşırılan mövzunun nə qədər önəmli olduğunu göstərir. Çünki onu çatdırmaqda səhlənkarlıq etmək bütün təbliğatının faydasız olmasına bərabər tutulur. Bilirik ki, İslam peyğəmbərinin (s) ömrünün son ilində əsas dini maarif və hökmlər – ümumi şəkildə olsa da – bəyan olunmuşdu və bu qədər önəmli hökm yox idi ki, o həzrətin (s) təbliğatını bütünlüklə təhlükəyə salsın. Həmçinin, ayənin sonundan aydın olur ki, sözügedən hökm siyasi və hökumət məsələlərinə aiddir. Çünki kafirlər şiddətlə ona qarşı idilər. Bütün bunlar göstərir ki, bu ayədə Peyğəmbərə (s) çatdırılması tapşırılan mövzu həzrət Əlinin (ə) ondan sonra canişin və imam olması idi.

Hədis: İmam Baqir (ə): Bu ayə nazil olanda Peyğəmbər (s) Əli ibn Əbu Talibin (ə) əlini qaldırdı və buyurdu: “Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır.” (Təfsiri-Furat, səh. 124, hədis: 134).


175 بازدید
در حال ارسال اطلاعات...