Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Noyabr 2018

Şəhid qızını qovmaqla hədələyən Abel nəsillikcə qovulur?

Məsələnin əsli görünür belədir ki, necə ki, Abel Məhərrəmov qohum-əqrəbasını min bir əyri yolla vəzifəyə təyin etdirib eləcə də vəzifədən gedəcəklər
Abel Məhərrəmov bir neçə il bundan qabaq xaraba günə qoyduğu Bakı Dövlət Universitetində bir tələbə qızı universitetdən qovmaqla hədələyirdi. Xatırladığım qədəriylə həmin qız zalda şəhid qızı olduğunu deyirdi. Bütün şikayətləri bu idi ki, o savadlıdır, amma pulu olmadığı üçün universitetdə qabağa gedə bilmir. Abel Məhərrəmov isə utanmadan-qızarmadan deyirdi ki, sakit dur, səni qovaram.
İndilərdə xəbərlər dolaşır ki, artıq vəzifədən qovulan Abel Məhərrəmovun özündən əlavə İspaniyadakı səfir oğlu (əslində isə Şərab zavodunun "rektoru" olan oğlu) və nəsillikcə vəzifədə olan qohum-əqrəbaları da qovulur. Deməli, dövlət bunları – atanı rektor, balanı səfir təyin edib, bunlar isə durub İspaniyada şeytan sidiyi satmaqla məşğul olurlar.
Prezident Abel Məhərrəmovla birgə bir neçə nəfəri “Dinlərarası dialoqun sülhə və qarşılıqlı anlaşmaya töhfəsi” mövzusunda keçirilən tədbirdə iştirak etmək üçün İspaniyaya göndərib, adamlar isə dinin haram buyurduğu şərabdan içib və "açarını itirib." Təbii ki, ora gedən Abelin, Siyavuş Novruzovun sifətinə baxmağa adam qorxur, elə bilirsən ki, bu saat dinlər arasında qırğın düşəcək. Abel isə özünü akademikə deyil, alkaşa yaraşan formada aparıb. (Əlbəttə belə dırnaqarası akademiklərin akademikliyi də idarə etdiyi universitet kimi rüşvətlə olması məlumdur)
Bizdə də - Allaha şükür bütün dünyaya məşhurdur ki, birini qələt edib vəzifəyə təyin edirsən, dalıyca yeddi arxa dönəni də gəlir, adamların çarəsi olsa ölülərini də qəbirdən çıxarıb vəzifəyə qoyarlar. Bunun cəzası da çox ağırdır. İndi BDU-nin giriş-çıxışı bağlanıb, möhürlənib. Məlum məsələdir ki, 20 ilə yaxındır ki, BDU-ni zibilliyə çevirən alkaş rektorun fəaliyyətləri nəzərdən keçiriləcək. Bu isə o deməkdir ki, ondan qorxmadan BDU-də rüşvətlə qiymət yazılmasını deyən hər bir kəsin, o cümlədən şəhid qızı olduğunu deyən tələbənin dedikləri düz çıxacaq. On doqquz ildir yatan insanlar, ekspertlər və digər müvafiq qurumlar Abelin "obyektindən" "yağlı-yağlı" sübutlar tapmağa başlayacaqlar.
Abel isə tək deyil. Qardaşı Hesablama Palatasının sədr müavinidir. Bir qardaşı Ədliyyə Nazirliyində idarə rəisidir. Kiçik kürəkəni BDU-da özünün köməkçisi idi. Bu adamların toplu halda alkaş olduqlarını deyə bilmərik, amma 90 faiz bəllidir ki, zərbə ağır olacaq. Bu əslində bilirsiniz nədən xəbər verir? Ondan xəbər verir ki, Abel Məhərrəmovun qohum-əqrəbası heç də haqq etmədiyi bir şəkildə kresloda oturub. Onsuz da bizdə rüşvət, dayday məsələsi gün kimi aydındır. Belə olmasaydı, onun qohum-əqrəbası düz-əməlli adam, dövlətə lazım olan kadr olsaydı onları əldən verməzdilər. Məsələnin əsli görünür belədir ki, necə ki, Abel Məhərrəmov qohum-əqrəbasını min bir əyri yolla vəzifəyə təyin etdirib (yəni belə deyək ki, müvafiq qurumlar onun hörmətini saxlayıb) eləcə də vəzifədən gedəcəklər (yəni dövlətin hörmətini gözləmədiyi üçün hamısına təpik dəyir). Digər tərəfdən də boş qalan həmin kreslolara növbəti pullu namizədlər sıraya düzüləcək.
Bəli, atalar düz deyib: kimin əvvəli, kimin axırı. Hələ bu Abelin axırı deyil. Bu dünyada şeytan sidiyi içən Abelin nəcis içalatına yəqin ki, irinli, ufunətli su tökəcəklər.

Maraqlısı budur ki, bu insan 20 ilə yaxındır BDU-ni çapıb talayır (hamı bilir) heç kim səsini çıxartmır, lakin işdən çıxarılandan 10 dəqiqə sonra hamı hücuma keçməyə başlayıb. Bəs demə bu alkaş, Abel Məhərrəmov Universiteti xaraba günə qoyubmuş...


1179 بازدید
در حال ارسال اطلاعات...