Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Noyabr 2018

Ayətullah məgər İsrail "səfirliyidir" ki, sizin kimi maşalara ehtiyacı olsun?

Məgər Ayətullah İsrail "səfirliyidir" ki, maşalara ehtiyacı olsun?
Allaha şükürlər olsun ki, "Axar" və "Publika" saytlarının düşündüyündən fərqli olaraq İrana deyil, dinə, şiəçiliyə xidmət edirik və bunu özümüzə bir bəndə olaraq borc bilirik. Buna görə də şiə, Ərbəin əleyhinə neçə gündür hədyanlar yağdıran "Axar" və "Publika" saytları bu tərbiyəsizlikləri azmış kimi haqqımızda daha ucuz şoular düzəltməyə qalxıblar. Növbəti təhqir dolu yazılarında bizi "nurlu maşa" adlandırıblar. Saytın ağlı isə o qədər çaşıb ki, elə başlıqda ziddiyyətli çıxış edib. Deməli "nurlu" sözü nurani mənasındadır. Nurani insan isə yaxşı insandır. Yaxşı insan isə maşa olmaz, çünki maşa pis məna verir. Qərar verin, biz nurani, yaxşı insanlarıq, yoxsa maşa? Nəticədə birinci nurlu sözünü bizə nisbət vermisinizsə deməli maşa iftiradır. Əlqərəz, gəlin "Publika" saytının növbəti sərsəmləməsinə diqqət edək.

Ayətullahın maşaya ehtiyacı varmı?

Sayt yazır ki, biz İrandakı ayətullahların maşasıyıq. Dəqiq olaraq hansı ayətullahın? Ad çəkilmir. Çünki gözəl bilirlər ki, heç bir ayətullah (din alimi) saytın iddia etdiyi kimi Azərbaycanda hərc-mərclik yaratmaq fikrində deyil. Üstəlik iki ayətullah bizim ölkəmizə səfər edib, dövlət də onların səfərinin qarşısını almayıb. (Maraqlananlar Ayətullah Ərdəbili və Ayətullah Nuri Həmədaninin ölkəmizə səfərini internetdən axtarıb tapsınlar)
İkincisi, məgər Ayətullah İsrail "səfirliyidir" ki, maşalara ehtiyacı olsun? Sayt utanmazcasına iddia edir ki, məzlumcasına həbs edilən Hacı Tale vasitəsiylə guya ayətullahlar ölkədə dini dövlət qurmaq istəmişlər. Əgər ayətullahların kim olduğunu bilmək istəyirsinizsə sizi tanış edək; Tanış olun, görün ki, ayətullah kişi kimi, mərd-mərdanə iş görən insandır. Allahdan başqa kimsədən qorxmur. Fəaliyyətləri də tam şəffafdır.

1. Ayətullah Xomeyni (r): Şah əleyhinə mərd-mərdanə dayanan, nəhayət onu ölkədən qovan insan. Heç kimdən qorxmadan Salman Rüştünün qətlinə fərman verən alim.
2. Ayətullah Xamenei : Dədənizi (ABŞ və İsrail) heç bir silah işlətmədən, nitqiylə yandıran canlı şəhid.
3. Ayətullah Fazil Lənkərani: Sözü var idi, məlun Rafiqin qətlini vacib bildi, heç kimdən qorxmadan, heç kimdən istifadə etmədən açıq-aşkar, kişi kimi fətvasını verdi.
4. Ayətullah Cəfər Sübhani: Prezident İlham Əliyevə dini etiqadla bağlı məsləhlətləri var idi, açıq-aşkar məktubla müraciət etdi.
5. Ayətullah Məkarim Şirazi: Mərd-mərdanə bir şəkildə ölkəmizdə nahaqdan həbs edilən dəyərli ruhanimizin aclıq aksiyasının qabağını kiçik bir müraciətlə aldı.
Bunlar sizin bəyənmədiyiniz ayətullahlar. Hansının əlaltıya, maşaya ehtiyacı var. Sözləri olanda "dirək" (birbaşa) mərd-mərdanə deyirlər. Onlar bir fətvasıyla ingilislərin biznesini (tənbəki alveri), İsrailin məhsullarını (boykot fətvasıyla) çökdürən insanlardır.
Dini quruluşa gəldikdə isə, müasir İran tarixini oxuyun. İmam Xomeyni (r) inqilabdan sonra dini quruluşu xalqın səsiylə (referendum vasitəsiylə) ölkədə hakim etdi.

Milyonlarla zəvvarı təhqir edirlər və etmədik – deyirlər

Başı pozuq adamlar məqalələrində ərbəin zəvvarlarını, milyonlarla insanı təhqir edir, onları avam, düşüncəsiz, sadəlöhv adlandırır, sonra deyir ki, biz ora gedənləri deyil, İranı tənqid edirik. Gəlin yazdıqları iki cümləyə diqqət edək, görək əslində kimi aşağılayırlar:
"Bütün oxlar İranın şiə məzhəbini və bu məzhəbə inanan kəsimi öz siyasi maraqları uğrunda necə yönləndirdiyini, onlardan necə istifadə etdiyini..." Diqqətli olun, sayt açıq aşkar deyir ki, Ərbəinə gələn milyonlar – müxtəlif dinə, məzhəbə, ölkəyə, xalqa, dilə mənsub olan insanların hamısı avamdır, sadəlöhvdür, ağlı yoxdur. Hardan belə demək istədiklərini bilirik? "Yönləndirdiyi", "onlardan istifadə etdiyi" sözlərinə fikir verin. Yəni əgər maşa saytların işçilərindən hansısa biri yolu itirib gedib Ərbəin günü Kərbəlaya çıxmış olsaydı İranın taktikasına uymayacaq, onlar tərəfindən yönləndirilməyəcək, İranın ondan istifadə etməsinə izn verməyəcəkdi, amma oradakılar hamısı sadəlöhvdür deyə İran onlardan istifadə edir. Bundan artıq təhqir olarmı?
İkinci cümlə: "Hərçənd biz ərbəin mərasiminə nə qədər insanın toplanması yox, İranın dini dairələri və xüsusi xidmət orqanlarının ora toplanan inanclı insanların inancını və Əhli-beyt eşqini öz məqsədlərinə alət etməsindən bəhs etmişik." Yəni Ərbəinə toplaşan 20 milyon insan bu qədər sadəlöhvdür ki, onların inancından İranın xüsusi xidmət orqanları istifadə edir. Bütün dünya sanki ağlını itirib bircə bu başıpozuqlar ağıllı çıxıb. Sonra deyir ki, biz zəvvarları yox İranı tənqid edirik.

Şiəyə ilişirsiniz ağzınıza "peçat" vururuq

Sayt yazır ki, guya iranlı ayətullahlar bizim əlimizlə bunlara cavab verir. Axı siz Ayətullahın nəhəngliyi qabağında qarışqa da deyilsiniz. Ayətullahın işi-gücü qurtarıb ki, oturub sizin kimi sərəsm fikirli insanlara cavab versin? Siz ciddiyə ciddi özünüzü bir şeymi sanmısınız.
Ayətullahın hər dəqiqəsi sizin bir ömür həyatınızdan dəyərlidir axı. Biz sadəcə dindar, islamçı, şiə olduğumuz üçün dinimizin, məzhəbimizin, dini rituallarımızın təhqir edilməsinin qarşısını alırıq. Məgər sizin ideologiyanıza dil uzatsalar siz cavab verməzsiniz?

Dövlətçiliyə qarşı yox zalım məmura qarşı

Sayt növbəti dəfə iftira atır. Deyir ki, biz dövlətçiliyə qarşı yazmışıq. Bircə dənə dəlil gətirin. Dövlətçiliklə, dövlətlə zalım məmuru qarışdırmayın. Kişi kimi rəftar edin. Dininiz yoxsa kişiliyiniz olsun. Biz həmin məmurları tənqid edirik ki, onları növbə ilə prezident İlham Əliyev vəzifədən kənarlaşdırır. Biz belə etməklə dövlətə fayda veririk. Siz hansı məmurun həyasızlığını bircə dəfə işıqlandırmısınız? Hansı dövlətçilik? İran – Azərbaycan dostluğuna zərbə vurmaqla xidmət etdiyiniz dövlət və dövlətçilik?

İranlı həmyerlini müdafiə yoxsa fitnə?

Sayt sonradan yazıdan çıxarılmasını məsləhət gördüyü hissədə yazmışdı ki, biz İranda yaşayan azərilərdən xəbər tutmaqdan ötrü onların oxuyub – yazdıqları hərflərlə - ərəb-fars əlifbasıyla saytda bir şöbə açmışıq. Əslində məqsədləri fitnəkarlıqdır. Məgər bu sayt öz ölkəsində yaşayan 10 milyonun haqqında həqiqətləri yazır ki, durub İrandakı 50 milyonın "dərdinə qalır?" Öz ölkəmizdə, öz vətəndaşımız olan insan xaricdəki həmyerlimizdən ümdə deyilmi? İkinci məsələ budur ki, siz xaricdəki azərbaycanlının qayğısına qalansınızsa gedin Ukraynada, Gürcüstanda, Rusiyada polka arxasında soyuqdan donan həmyerlilərimiz haqda da saytınızda şöbə açın da. Niyə yazmırsız? Niyə ancaq İran? İsrailin İrandan xoşu gəlmir deyə İrandan yazırsız? Onsuz da bu ikiüzlülüyünüz İrandakı türkləri də bezdirib, onlar sizə inanmır.

Xəbəriniz əlbəttə İran dövlətinin maraqlarına ziddir

Sayt daha sonra yazır ki, oradakı türklərin vəziyyətini işıqlandırmaq İran dövlətinin maraqlarına ziddir ki? Başıboşluğun əndazəsi yox. Əlbəttə ziddir. Məsələn, İranda küçəyə başıaçıq çıxmaq olmaz. Bu, sənə görə pis ola bilər. Amma başörtüyü ölkədə qanundur. Bir qadın Tehranda dama çıxıb örpəyini açırsa və sən də bunu azadlıq hesab edib dərc edirsənsə deməli bu, dövlətin maraqlarına ziddir. Bu qədərmi insan başıboş olar bunu anlamaz?
Əgər İranda dövlət əleyhinə Türkiyədə olduğu kimi "darbe" (çevriliş) hazırlansaydı İran əleyhinə bu cür xəbərləri dərc edə bilməzdiniz. Çünki bu cür xəbərlər Azərbaycan dövlətinin maraqlarına da ziddir. Kitabınızı ANS kimi bağlayardılar.

Suallarımız hələ də cavabsız qalıb: hansı dövlətçilikdən danışırsız?

Sayt özünün "cavabında" heç bir sualımıza cavab verməyib. 14 bəndlik sualların ən çox ifşa edəni bu sual idi ki, nə üçün İran-Azərbaycan dostluğunu gözünüz götürmür? Sizin yazdığınız sərsəmləmələr Azərbaycanda dövlət orqanı olan heç bir qəzetdə, saytda, Parlamentdə müzakirə mövzusu deyil. Ümumiyyətlə fəaliyyətləriniz Azərbaycan dövlətinin maraqlarına ziddir. Azərbaycan dövləti İrandakı 50 milyonluq türkün deyil, ölkədəki 10 milyon vətəndaşın problemlərindən sorumludur.
Bir ehtimal qalır, o da budur ki, siz İran Azərbaycan dostluğuna zərbə vurmaq istəyən İsrailə xidmət edirsiniz. Bizi dövlətçiliyə qarşı bilirsiniz, amma özünüz dövlətin xarici siyasətində olmayan məsələlərə burnunuzu soxursunuz. (Başınızı yazmırıq, məlumdur niyə?)

Deyənə yox, deyilənə bax

Əziz İmamımız Əli (ə) buyurur ki, deyənə deyil, dediyi sözə baxın. Atalar deyir aşığın sözü qurtaranda dalay-dalay edir. Pişiyin də əli ətə çatmayanda deyir iy gəlir. Sizin də gücünüz, ağlınız bizim suallara cavab verməyə çatmadığı üçün iylənmisiniz. Bacardığınız ancaq fərdlər haqqında yazmaqdır. Sizin nəyinizə lazımdır ki, biz harda yaşayırıq. Biz sizə Mozanbikdən yazırıq, sonra? Yazılana baxın, suallara cavab verin. Məgər ölkədən kənarda yaşamaq vətən xaini olmaq deməkdir? Azərbaycanda vətəndən kənarda deyil, vətəndə yaşayana şübhəli baxırlar. Qürbətdə yaşamaq eyib deyil ki? Eyib sizin üçündür ki, mediya əhlisiniz amma vətəndaşlara olan təzyiqlərə göz yumursunuz. Əgər başqa ölkədə yaşamaq vətən xaini olmaqdırsa onda Məmmədəmin Rəsulzadə vətən xaini olub? Kişi sovetdən qaçıb gedib Almaniyada yaşayıb. Sovetin düşməni olan Hitler Almaniyası. Daha sonra yazırsınız ki, siz gəlib Azərbaycanda dini dövlət qurmaq istəyirsiniz? Bunu əvvəl sübut edin. İkincisi məgər Azərbaycanda hakimiyyəti dəyişmək olmaz - deyə bir qanunmu var? Fransada mühacirətdə olan bəylərimiz məgər xainmi olub? Heydər Əliyev 20 yanvar hadisələrində o zamanlar vətənimiz, dövlətimiz sayılan Sovet əleyhinə danışmayıbmı? Bunlar xəyanətdirmi?

İran ayətullahı da şiədir və sən şiəyə ilişirsən

Sayt bizi iranpərəstlikdə günahlandırır. Amma biz bir daha qeyd edirik ki, siz bizim məzhəbə "sataşırsız". Sizin İranla davanız varsa gedin Parlament sədrinin, XİN başçısının, nə bilim prezidentin fəaliyyətinə nəzər salın, öz tənqidlərinizi edin. Sizin şiə ayətullahı ilə, Ərbəinlə nə işiniz var? Siz anlamırsınız ki, "xomeyniçilik" deməklə şiəyə ilişmiş olursunuz. Axı İmam Xomeyni bütün şiələrin sayğı göstərdiyi böyük din-şəriət alimlərindən biridir. Əslində şiəliyi hədəfə almanız ordan bilinir ki, heç İranda yaşamayan, İraqın dini lideri olan Ayətullah Sistaniyə də ilişirsiniz. O həzrət isə vətəninin müdafiyəsi üçün bir fətvası ilə milyonları küçələrə töküb, ordu təsis edib. Siz nə üçün bir məzhəbin aliminə ilişirsiniz. Alim öldü aləm öldü. Bir şiə alimi bir şiə aləmi deməkdir. Məgər siz dünyada çoxluq təşkil edən əhli sünnənin məzhəb rəisi olan Əbu Hənifəyə dil uzada bilərsiniz? Xristianların dini lideri olan Papaya dil uzada bilərsinizmi? Bəs bizim şiə ayətullahlarından, Ərbəindən, şiə dövləti olan İrandan nə istəyirsiz. Siz artıq şiə aliminə ilişərkən şiəliyə ilişmiş olursunuz. Əlbəttə gün kimi aydın olan bu məsələni sizin məntiq(sizliy)iniz qavraya bilməz. Şiəyə ilişmək təkcə imama (ə) – nəuzu billah- ilişmək, dini ayinləri aşağılamaq demək deyil ki. Bir məzhəbi təhqir etmək üçün bircə onun aliminə ilişmək kifayət edir.

QEYD: Həmişə yadınızda olsun, nə vaxt şiəyə, onun ərbəininə, aliminə "ilişsəniz" ağzınızın üstünə bir sillə gələcək. Hələ siz şükür edin ki, biz sizə "Həzrət Abbas belindən vursun" demirik. Ağıllı olun, adam kimi həyatınızı yaşayın.


1288 بازدید
در حال ارسال اطلاعات...