Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Noyabr 2018

Bin Salman Qasim Süleymaniyə qarşı niyə bu qədər kinlidir?

Amerikanın “Nyu-York Times” qəzeti 11 noyabrdakı buraxılışında ifşa etdi ki, ötən il Ərəbistan vəliəhdi Məhəmməd bin Salmana yaxın kəşfiyyat rəhbərləri İran İslam İnqilabı Keşikçilər Qvardiyasının Qüds qüvvələrinin komandanı general Qasim Seleymanini terror etməyi planlaşdırıbmışlar.
Qəzetin bildirdiyinə görə, Bin Salmana yaxın adamlar bu iş üçün tacirlərdən istifadə etmək istəyirmişlər.
Hacı Qasim Yaxın Şərq təhlükəsizliyinin birinci adamıdır. O, ilk növbədə dünyanın bu həssas regionunda bir çox ibri (sionist), ərəbi və qərbi planları zərərsizləşdirib. Ona görə də Ərəbistan dövlət adamlarının onu regionda özlərinin əsas düşməni hesab etmələri təbiidir. Suriya məsələsində Ərəbistan özünün bütün siyasi və hərbi etibarını xərcləmişdi. Amma bütün səyləri puça çıxdı. Elə bu məsələ təklikdə bəs edir ki, Ali-Səud sülaləsi general Süleymanini terror etmək üçün yekdil olsunlar.

Amma bu arada Məhəmməd bin Salmanın Hacı Qasimə qarşı şəxsi düşmənçiliyi vardır. 

1. Bin Salman “əsrin müqaviləsi” layihəsindən uzaqlaşdırıldı. Bu layihə əgər baş tutsaydı, indi Bin Salmanın krallığı qəti idi və ABŞ tərəfindən bu məsələ təzmin olunmuşdu.
2. Bir sıra sübutlar göstərir ki, Ərəbistanın daxili balansında da artıq Bin Salmanın siyasi iştirakı öz rəngini itirmişdir. Həmin son bir neçə həftə ərzində iki milli layihənin –Röya adası və Cəddəni Mədinəyə birləşdirən Qərbi Asiyada ən böyük metro– açılışı oldu, lakin bunların heç birində Bin Salman iştirak etmədi.
3. İş o yerə çatıb ki, cavan vaxtlarından indiyə kimi kralın ən sevimli və ən güvəndiyi oğlu olan Bin Salman barədə kral şübhəyə düşüb, onun vəliəhd postunda səlahiyyətlərinin araşdırılması hətta mediaya da çıxıb.
4. Mövzunun daha da aydınlaşması üçün 2015-ci il martın 26-nı xatırlamaq lazımdır. Həmin gün Bin Salman Ərəbistanın müdafiə naziri olaraq jurnalistləri Ərəbistanın müharibə otağına və Yəmənə qarşı müharibənin başlanmasını dünyaya xəbər verməyə dəvət etdi. O gün Bin Salmanın elə hesab edirdi ki, qısa bir zamanda Ənsarullahı məğlub edəcək, Yəməndə tezliklə nüfuz qazanaraq regionda və beynəlxalq aləmdə qalib bir simaya çevriləcək. O elə güman edirdi ki, Yəmən müharibəsi onun ləyaqətini Amerikaya və ölkə daxilində digər şahzadələrə sübut edəcək. Bin Salman bununla Amerikaya cəsarətli olduğunu, regionda güclü hakimiyyətə malik olmaq qabiliyyətini nümayiş etdirmək və onlardan kral olması üçün təsdiqnamə almaq istəyirdi. Üstəlik o, bununla Fars körfəzi ölkələrinə də özü ilə bağlı bir növ mesaj vermək istəyirdi.
5. Yəmən Bin Salman üçün çox mühüm olduğundan indi məlum olub ki, Kaşikçinin faciəli şəkildə qətlə yetirilməsi onun Bin Salmanın Yəmən müharibəsi ilə bağlı hərəkətlərini ifşa etmək istəyinə görə olub. Londonda çapdan çıxan “Daily Express” qəzeti bir məqalədə qətlə yetirilmiş jurnalist Camal Kaşikçinin yaxınlarına istinadla yazıb: “O, Səudiyyə Ərəbistanının Yəmən müharibəsində kimyəvi silahdan istifadə etməsi ilə bağlı detalları açıqlamaq niyyətində idi.” Qəzet öz bu sənədi təkmilləşdirmək məqsədilə Kaşikçinin dostlarından birinin sözlərini yazır: “O, (Kaşikçi) Riyad dövlətinin Yəməndə kimyəvi silahdan istifadə etməsi ilə bağlı sənədləri sübuta yetirmək üzrə idi.” Kaşikçi ölümündən bir neçə gün əvvəl “Vaşinqton Post” qəzetində Bin Salmandan istəmişdi ki, ağır xərcləri olan Yəmən müharibəsinə son qoysun. O məqaləsində yazmışdı ki, Ərəbistan 4 il boyunca Yəmən müharibəsi üzündən yaranan zərərin qarşısını almalıdır. Yəmən müharibəsi Ərəbistanın milli təhlükəsizliyini və İslam aləmində bu ölkənin simasını ləkələmişdir.
6. Yəmən müharibəsindən 43 ay ötür. Bin Salmanın məqsədlərinin heç biri həyata keçməmişdir, üstəlik, bu məqalədə qeyd etdiyimiz ilk üç qeyd birbaşa Yəmən müharibəsinin nəticəsidir. İndi bəlli olmuşdur ki, Yəmən Məhəmməd bin Salman adlı cavan və təcrübəsiz bir şahzadənin hakimiyyətə gəlməyə teşnəliyi və tədbirsizliyinin aşkar nümunəsidir.
Habelə, Yəmən müharibəsi Ərəbistan şahzadələrinin vəliəhdlə ixtilaflı bir məsələsinə çevrilib. Bu müharibədə 60000 mərmi və 200 balistik raket Ərəbistan ərazisinə atılıb. Ərəbistan şahzadələri heç vaxt belə təhlükə hiss etməmişdilər.
Yəmən müharibəsinin Ərəbistana qarşı iqtisadi təzyiqləri də aşkar olmuş və öz əlamətlərini yaratmışdır. Qərb mənbələri hər gün Ərəbistanın Yəmən müharibəsinə sərf etdiyi ağlasığmaz xərcləri yayırlar. Ərəbistan neçə illərdən sonra ilk dəfə olaraq xarici borc kredit almağa məcbur olub və bu ölkədə xarici investisiya ilə bağlı da Yəmən müharibəsinin acı nəticələrinə düçar olub. İqtisadiyyatçıların fikrincə, bu ölkənin büdcə kəsri də 52 milyard dollar dəyərindədir.
Bu istiqamətdə “Euronews” təhqiqat xidməti öz araşdırmasında yazır: “Ərəbistan dövlətinin kredit almasının üç səbəbi vardır və onların ən əsası bu ölkənin Yəmən əleyhinə müharibə üçün ağlasığmaz xərcidir. Bu xərclər ayda 6 milyard dollar dəyərindədir. Ona görə də Ərəbistanın bu müharibə ucbatından bir çox nağd və qeyri-nağd ehtiyatlarını itirdiyi deyilir.”
Ərəbistan keçmişdə regionda bir çox vəkalət və birbaşa müharibələrdə iştirak edib. Amma onların heç birində Yəmən müharibəsində olduğu kimi beynəlxalq acı nəticələrlə qarşılaşmayıb. İndi dünya Bin Salmanı Yəməndə minlərlə qadın və uşağın qətlinin cavabdehi, milyonlarla yəmənlinin qıtlıq və qıda çatışmamazlığ ilə üzləşməsinin səbəbkarı kimi tanıyır. BMT bu müharibəni dünyanın ən ağır humanitar böhranı adalandırmışdır. İş o yerə çatmışdır ki, Ərəbistan kralının kiçik qardaşı Əhməd bin Əbdüləziz etirazçılara açıq-aşkar surətdə demişdir ki, Yəmən Ali-Səud ailəsinin deyil, Bin Salmanın hərəkətlərinin məhsuludur.
7. Bin Salman Yəmən məsələsi ilə bağlı üzləşdiyi bütün problemlərin kökündə Hacı Qasim Süleymaninin dayandığını düşünür. Ərəbistan şahzadəsinin baxışında bütün bu bəlaları onun və taxt-tacının başına gətirən Yəmənin şücaətli döyüşçülərinə (belə oxuyun: şücaətli ayaqyalınlar ordusuna) rəhbərlik edən general Qasim Süleymanidir.
Qasim Süleymani Yəmən müharibəsinin daxilindən yeni Hizbullah vücuda gətirmişdir. Yeni Hizbullahın döyüşçüləri təkcə Livan Hizbullahının deyil, hətta bir çox ərəb ölkələri ordularının döyüşçülərini geridə qoymuşdur. Bin Salman hər dəfə Yəmən dosyesinə və onun nəticələrinə baxanda SEPAH Qüds qüvvələrinin komandirinin rolundan keçə bilmir...

Mənbə: Jahan News


1733 بازدید
در حال ارسال اطلاعات...