Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Noyabr 2018

Tövbəni təxirə salmamaq

Ölüm zamanı və Rəbbin əzabını müşahidə edərkən tövbə etməyin bir faydası olmayacaqdır.
وَلَيْسَتِ التَّوْبَةُ لِلَّذِينَ يَعْمَلُونَ السَّيِّئَاتِ حَتَّىٰ إِذَا حَضَرَ أَحَدَهُمُ الْمَوْتُ قَالَ إِنِّي تُبْتُ الْآنَ وَلَا الَّذِينَ يَمُوتُونَ وَهُمْ كُفَّارٌ أُولَٰئِكَ أَعْتَدْنَا لَهُمْ عَذَابًا أَلِيمًا

"Günah işlər görməkdə davam edənlərdən birinə ölüm gəldiyi zaman: “Mən indi tövbə etdim!” – deyənlərin də, kafir kimi ölənlərin də tövbəsi qəbul deyildir. Biz onlar üçün üzücü bir əzab hazırlamışıq." (Nisa, 18).

İzah: Tövbənin şərtlərindən biri də vaxtlı olmasıdır. Ölüm zamanı və Rəbbin əzabını müşahidə edərkən tövbə etməyin bir faydası olmayacaqdır. Çünki o zaman Allaha dönmək məcburidir. Hətta o zaman əksər kafirlər də dünyaya geri dönməyi və keçmiş əməllərini islah etməyi arzu edirlər. Bu faydasız tövbələrin nümunəsi Fironun tövbəsidir. O, Nil çayında boğulanda imanını izhar etdi. Bu, Şeytanın hiylələrindən biridir. O, peşman bəndələri dərhal tövbə etməkdən yayındırır. Onlara təlqin edir ki, ömrün sonunda tövbə etməyə və paklanmağa fürsət olacaqdır. Halbuki mömin özünü heç zaman Allahın əzabından amanda görmür və ölümü daim öz yaxınlığında hiss edir. Şeytanın bu vəsvəsələrinə “Təsvif” – tövbəni gələcəyə saxlamaq (təxirə salmaq) – deyilir.

Hədis: İmam Əli (ə): “Günah edəndə onu tövbə ilə silməyə tələs.” (Tuhəful-üqul, səh. 81).


132 بازدید
در حال ارسال اطلاعات...