Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Noyabr 2018

Tövbə edənlərin fəziləti

Tövbəkarlar Allahın nemət dolu süfrəsi ətrafında əyləşib
(Allah yanında sevimli olmaq)

... اللَّهُ إِنَّ اللَّهَ يُحِبُّ التَّوَّابِينَ وَيُحِبُّ الْمُتَطَهِّرِينَ

"Şübhəsiz ki, Allah tövbə edənləri də sevir, pak olanları da." (Bəqərə, 222).

İzah: Qeyd olunduğu kimi, tövbə Allaha yaxınlaşmağın başlanğıcıdır. Quran və rəvayətlərdə tövbənin fəziləti və onun nəticələri haqqında çox söhbət açılmışdır. Bu nəticələrin ən önəmlisi və ən üstünü Allah yanında sevimli olmaqdır. Allah tövbəkarları nəinki qınamır, onlara minnət qoymur, əksinə onları Özünə ən yaxın bəndələr sırasında yer verir və başlarına Özü ilə dostluq tacı qoyur. Tövbəkarlar Allahın nemət dolu süfrəsi ətrafında əyləşib, Onun gizli və aşkar lütflərindən faydalanırlar. Xoşbəxt insan odur ki, bu nemət dolu süfrədən qidalansın və binəsib olmasın. Qəribə burasıdır ki, yuxarıdakı ayəyə görə, Allahın xüsusi lütfü çox tövbə edənlərə aid edilmişdir. Bu da o deməkdir ki, tövbə və günahdan dönmək üçün heç bir sərhəd yoxdur və insan tövbəsini pozduqda da məyus olmamalıdır.

Hədis: İslam peyğəmbəri (s): “Allah yanında tövbəkar qadın və kişidən sevimli heç nə yoxdur.” (Üyuni-əxbari-Rza, c. 2, səh. 33).


148 بازدید
در حال ارسال اطلاعات...