Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Noyabr 2018

İman və saleh əməl işığında pak həyat

Saleh əməldə məqsəd o əməldir ki, iman və Allaha inam nuru onda təcəlla etsin
مَنْ عَمِلَ صَالِحًا مِنْ ذَكَرٍ أَوْ أُنْثَىٰ وَهُوَ مُؤْمِنٌ فَلَنُحْيِيَنَّهُ حَيَاةً طَيِّبَةً وَلَنَجْزِيَنَّهُمْ أَجْرَهُمْ بِأَحْسَنِ مَا كَانُوا يَعْمَلُونَ

"Mömin olaraq yaxşı iş görən kişi və qadınlara əlbəttə gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq." (Nəhl, 97).

İzah: Qurani-kərimdə - 70-dən çox ayədə - iman və saleh əməl birgə qeyd olunmuşdur. Quranda bu iki ifadənin bir çox hallarda birgə işlənməsi onların insan səadətindəki rolunun önəmini göstərir. Saleh əməldə məqsəd o əməldir ki, iman və Allaha inam nuru onda təcəlla etsin. Bu tərifdən aydın olur ki, imanın mərtəbələrini ölçmək üçün fərdlərin əməldə ona nə qədər bağlı olduqlarına baxmaq lazımdır. Çünki həqiqi imana yalnız o adamlar sahibdir ki, əməllərində də Allaha diqqət və Onun razılığını qazanmaq başlıca yer tutur. Quran iman və saleh əməli insan təkamülünün iki əsas dayağı hesab edir və təkid edir ki, insan yalnız hər iki dayağa diqqət nəticəsində sağlam və pak həyat yaşaya bilər.

Hədis: İslam peyğəmbəri (s): “İman və əməl iki qardaşdır.” (Məanil-əxbar, səh. 187, hədis: 4).


140 بازدید
در حال ارسال اطلاعات...