Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Oktyabr 2018

Görəsən Hadı Rəcəblini əsir düşməkdən, ölməkdən qoruyan şəhidləri kim qızışdırmışdı?

Şəhidlər dirilib gəlib Hadı Rəcəblinin iki gözünü bir dəlikdən çıxarmaq istəsələr o, şəhidlər haqqında da təhqirlər işlədib, "onları o dünyadan qızışdıranlar var" deyəcək
Şəhid ailələrinin qanpulu məsələsi getdikcə böyüyür. Artıq şəhid ailələri deputatxananın qarşısında toplaşıb etiraz etməyə başlayıblar. Bir müddət bundan qabaq yaltaq və xain saytlardan biri bizləri qanpulunun verilməməsiylə bağlı yalandan xəbər dərc etməkdə günahlandırdı. Amma həqiqət budur ki, bizdən əvvəl "Yeni Müsavat" qəzetində bu barədə məlumat işıqlandırıldı. Amma görünür şəhidin qanpuluna göz tikən ermənipərəstlər ar tutmadı, belə olan halda şəhid ailələri özləri deputatxananın qarşısına yığıldılar. Təəssüf ki, onların qabağına elə adam çıxardılar ki, şəxsən nəinki təkcə şəhid ailələri, bütöv bir xalq o adamın əlindən cana yığılıb və onun tərəfindən dəfələrlə təhqir edilib. Bəli, söhbət Hadı Rəcəblidən gedir. Bu adamı nəinki şəhid ailələrini sevmir, hətta adamın üzünə tüpürməyən insan bəlkə qalmayıb. O sahənin adamı yoxdur ki, bu adama nifrət eləməsin. Düzdür deputatxana önünə yığılan şəhid ailələri öz ədəblərini nümayş etidrib onları oradaca təhqir edən Rəcəbliylə onun haqq etmədiyi bir tərzdə - mülayim bir formada danışdılar, amma sosial şəbəkə istifadəçiləri bu adamı təhqir etməyə, söyməyə davam etdi. (Hələ görün sosial şəbəkə istifadəçisi olmayan və onun təhqirlərini eşidən insanlar onu nə qədər "yaxşı sözlərlə" yad edirlər)
Hadı Rəcəbli özünü dövlətə, millətə yararlı adam hesab edir. Amma xalq içində elələri var ki, onu heç adam yerinə qoymur. Onu deputatxana qarşısına çıxaranlar da, zənnimcə bilərəkdən, etirazçı xalqı saya almadıqları üçün, xalqa qıcıq olsun deyə (nəinki Rəcəblinin sahəsi olduğu üçün) xalq tərəfindən adam yerinə qoyulmayan bir qocanı çıxardılar xalqın qarşısına. "Adam yerinə qoymurlar" deyərkən qətiyyən Hadı Rəcəblini təhqir etmək istəmirik. Məsələ burasındadır ki, adamın ailə biznesi olduğu halda dəfələrlə xalqı təhqir edib. Necə olur ki, hansısa şəhid atası çəlimsiz, arıq, əlləri qabar günündə olmalıdır, amma Hadı Rəcəli on beş, iyirmi dəfə həmin atadan yekə olmalıdır. Halbuki Hadı Rəcəbli kimi lazımsız, cəmiyyətdə özünə yer tapa bilməyən, xalqın duasını deyil, qarğışını, məhəbbətini deyil nifrətini qazanan insanlar şişməlidir?
Hadı Rəcəbli növbəti dəfə xalqı təhqir etdi. Onun deputatxana önünə toplaşan insanların qarşısına çıxarılması onsuz da xalqa edilən təhqir idi. Amma təhqir gəlib təhqirin dozasını bir az daha çox artırdı. Belə ki, 80 yaşında bir kişiyə, ən əsas da kişiyə yaraşmayan bir şəkildə danışaraq deyir ki, bura yığılan insanları qızışdıran var. Görün bu adam nə əndazədə qudurub, öz cızığından çıxıb ki, şəhid ailəsinə deyir ki, bunları qızışdıran var. Bu isə o deməkdir ki, şəhid ailələri kiminsə təxribatına uyublar. Deməli dindar etiraz edəndə deyirlər İran bunları qızışdırır, Milli Şura yarananda deyirdilər ki, ruslar bunları qızışdırıb, şəhid ailələri etiraz edəndə deyirlər bunları qızışdıran var. Əslində qocaldıqca hərifləyən Hadı Rəcəblini şəhid ailələri məhkəməyə verməlidir. O adam utanmasaydı deyəcəkdi ki, bu insanları ermənilər qızışdırıb. Deməli, bütün insanlar, bütün xalq kütlələri hamısı xarici dövlətlərin təxribatına uyan, onlar tərəfindən qızışdırılan insanlardır, bircə Hadı Rəcəbli və onun ipi əlində olan yuxarılar tam səmimi xalq fədailəridir? Xalqın səmimiyyətinə inanmaq üçün illah da Hadı Rəcəblinin özünün səfil günə qalıb etiraz etməsi lazımdır? Onda Hadı Rəcəbli inanacaq xalqa? Yaxud da bir şəhid ailəsinin beyninin qızması üçün illah da xaricdən kiminsə onu qızışdırmasına ehtiyac vardır? Məgər onları qan pulundan məhrum etmək qızmaq (əsəbləşmək) üçün əsas səbəb deyilmi? Bəs görəsən Hadı Rəcəblinin nəzərində onu erməni vandallarına əsir düşməkdən, tank altında qalıb parça-tikə olamqdan qoruyan həmin şəhidləri kim qızışdırmışdı. Vallah həmin şəhidlər dirilib gəlib Hadı Rəcəblinin iki gözünü bir dəlikdən çıxarmaq istəsələr o, şəhidlər haqqında da təhqirlər işlədib, "onları o dünyadan qızışdıranlar var" deyəcək.
Deməli, adamlar xalqın puluna (bəlkə bu pulların içində şəhidin qanpulu da vardır) xaricdən Sofiya robotu gətiriblər. Milyonlarla dolları bu robota vermək əvəzinə şəhid ailələrinə qanpulu vemrək lazım idi. Yoxsa demək istəyirlər ki, artıq bizə insan, qan lazım deyil, biz bundan sonra qanla işləyən insan deyil, tok, cərəyan, benzinlə işləyən robotlarla Qarabağı alacaq, vətəni müdafiə edəcəyik. Əlbəttə Hadı Rəcəbli kimi qansızlar şəhid qanına hörmət qoymazlar. Vətəni robotlarla qorumaq istəsələr, o zaman şəhidlik, şəhadət məktəbi aradan gedəcək. Şəhidlik məktəbi aradan gedəndən sonra vətən də əldən çıxacaq. Çünki bizim eyiblərimizi örtən həmin şəhidlərin qanıdır. Bu qan olmasa, vətən əldən getsə, dövlət məhv olsa Hadı Rəcəbli kimi illərdir tuluğunu və sandığını xalqın malıyla (haram pullarla) dolduran insanlar xarici ölkələrə qaçıb orada həmin robotların şərəfinə badə qaldıracaqlar. Olan yazıq şəhid ailəsinə olur, Rəcəblinin nə vecinə.


214 بازدید
در حال ارسال اطلاعات...