Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Oktyabr 2018

Ərbəini həcc ziyarətinə alternativ edən axar.az saytının dardüşüncəliyi

Tarix boyu Ərbəin izdihamına görə yezidlər narahat olub, bu gün də axar.az saytı narahatdır, olsun.
Axar.az saytı həmişə olduğu kimi bu dəfə öz havadarları olan İsrail, ABŞ-ın yürütdüyü siyasətə alət olub. "Həcc yoxsa Ərbəin: İslamın təməllərini yıxan siyasət" sərlövhəli məqalələrində bir daha Əhli-beyt imamlarından nəql olunan "həmd olsun Allaha ki, düşmənlərimizi axmaqlardan qərar verib" sözünü təsdiq ediblər. Bu sayt həmin məqalədə iddia edir ki, İran Ərbəin siyasəti aparır, yaxud Ərbəini öz siyasətinə alət edir. Əslində isə axar.az saytları kimi Mossad maşası olan saytlar da İranı bəhanə edib şiəliyə, Əhli-beytə qılınc çevirir. İndi isə bu saytın və onlara bu məqaləni yazdıran zehniyyətin həqiqətən də Əhli-beyt düşməni olan axmaqlar olmasının bu yazımızda bir-bir şahidi olacaqsınız.

1. Ərbəin əzəmətindən narahat olan yezidlər

Sayt yazır: "İran Astarasında fəaliyyət göstərən “Ərbəin Mərkəzi”nin son məlumatında deyilir ki, bu il Azərbaycandan 12 min zəvvar Ərbəin mərasimində iştirak etmək üçün İrana, oradan da İraqa yola düşəcək. Məlumatda diqqət çəkən məqamlardan biri də odur ki, “Ötənilki statistika ilə müqayisədə bu il Ərbəin mərasiminə qatılan xarici zəvvarların sayı 25 faiz artıb və bu artımın böyük əksəriyyətini Azərbaycandan gedənlər təşkil edir”" İsrailin narahat olması məlumdur. Tarix boyu Ərbəin izdihamına görə yezidlər narahat olub, bu gün də axar.az saytı narahatdır, olsun.

2. Ərbəin ziyarətini ilk dəfə bir səhabə edib

Sayt özü etiraf edir: "Hər il dünyadan milyonlarla insan Ərbəin mərasiminə qatılmaq üçün yollara düşür. Ərəbcə “qırxıncı gün” mənasını daşıyan Ərbəin günü şiəlikdə hicri təqvimi ilə Aşura günündən 40 gün sonra, yəni Səfər ayının 20-ci günüdür. Həmin gün Məhərrəm ayının 10-cu günü Kərbəlada şəhid olan İmam Hüseyn və 72 tərəfdarı yad edilir. İmam Hüseynin məzarı ilk dəfə Ərbəin günündə, yəni şəhid olmasından 40 gün sonra yad edildiyi üçün şiələr indiyə qədər bu günü müqəddəs hesab edirlər." Bəli, ilk dəfə İmam Hüseyni (ə) bir səhabə - Cabir ibn Abdullah Ənsari ziyarət edib. Deməli, Ərbəin təkcə şiələrin və təkcə İranın deyil. Əhl-sünnənin adil hesab etdiyi səhabə ilk dəfə İmam Hüseyni (ə) ziyarət edib.

3. İmaməti qeyd etməməklə Səudiyyə siyasəti aparırlar

Sayt Səudiyyənin vəhabi müftilərinin Mossada sərf edən şəkildə "İslamı" təbliğ etməsindən ilhamlanaraq yazır: "İslam dininin 5 əsas şərti var və bu bütün məzhəblərdə eynilik təşkil edir: Kəlmeyi-şəhadət; namaz; oruc; Həcc ziyarəti; zəkat;" Sayt özünün vəhabi əqidəsini "imaməti" qeyd etməməklə biruzə verir. Birinci parçalanmanı özləri edir və bunu İslam kimi qələmə verirlər. Bu əqidə isə vəhabiliyin əqidəsindən başqa bir şey deyil.

4. İslami rəhbərliyi qəbul etmədikləri üçün imaməti yazmırlar

Sayt yazır: "Allah hər bir müsəlmana bu 5 əsas şərti yerinə yetirməyi buyurur. Məzhəbindən asılı olmayaraq, istənilən müsəlman üçün bu şərtlər vacib hesab olunur, yerdə qalanlar isə daha çox şəriətdən irəli gələnlərdir." "Məzhəbdən irəli gəlir" yazmaq istəyiblər, alınmayıb. İmamətin, İslami rəbərliyin əsas olmadığını qeyd edirlər, amma ilk dəfə siyasi əhbərliyi ələ keçirmək istəyənlər elə Səqifədə cəmlənənlər olublar. Səudiyyə müftiləri ki bunu gözəl bilir. "Mossad" agenti olan axar.az saytı isə İslami rəhbərlik adına bir şey tanımadığı üçün imaməti təbliğ etmir.

5. Hansı İran (şiə) alimi Kərbəlanı Həccə alternativ bilir?

Sayt vəhabi fikirlərinə belə davam edir: "İslamın təməllərinə qarşı çıxılmadığı təqdirdə şəriətlər o qədər də təhlükəli hesab olunmur, lakin bu şərtlərə qarşı hər hansı alternativin yaradılması və bunun təbliğ edilməsi artıq Məhəmməd Peyğəmbərin rəsulu olduğu Allah dininin sarsıdılmasına gətirib çıxarır." Sayt "şərtlərə qarşı hər hansı alternativin yaradılması" cümləsini yazmaqla şiələrə böhtan atıb. Hansı İran alimi, ayətullahı fətva verib ki, Ərbəin (Kərbəla) Həcdən üstündür. Zəhmət olmasa həmin alimin ya videosunu, ya üzərində ofisinin (alimin) imzası, möhürü olan rəsmi sübutu göstərin. Əks halda boşboğazlıqdan başqa heç nə demirsiniz. Gedin əvvəl "alternativ" sözünün mənasını öyrənin. ("Alternativ" "əvəz" mənasındadır. Əvəz isə yenini gətirib ondan əvvəlkini atmaqdır. Heç bir şiə alimi deməyib ki, Kərbəlanı üstün bilin, həcc ziyarətini atın)

6. İmam Hüseyn (ə) sağ olanda Ərbəin var idi, ay düşük?

Saytın axmaqlığının digər nümunəsinə baxın ki, belə yazır: "Ayətullahların təbliğatında deyilir ki, “Məhəmməd Peyğəmbər (s) buyurur ki, dinin sütunu namazdır. İmam Hüseyn buyurur ki, “Əhli-Beytin də sütunu Ərbəin ziyarətidir."" Siz düşüklüyün həddinə baxın. Deməli o boyda ayətullah bilmir ki, İmam Hüseyn (ə) sağ olanda Ərbəin mövzusu yox idi? Ərbəin – saytın özünün də etiraf etdiyi kimi – İmam Hüseynin (ə) vəfatının qırxıncı günüdür. İmam Hüseyn (ə) sağ ola-ola necə deyə bilər ki, ərbəin əhli-beytin sütunudur? Bir ayətullah bu cür savadsızlığa necə yol verə bilər. Yoxsa özünüzün Mossad mətbəxində istehsal etdiyiniz "ayətullah" ("ayətuşşeytan" mənasında) bunu deyib? Heç olmasa yalan danışanda elə danışın ki, inandırıcı olsun. Bir də ki, məgər Əhli-beyt İslamdan ayrı bir şeydir? İslamın sütunu elə Əhli-beytin sütunudur. Əhli-beytin sütunu İslamın sütunudur. Əhli-beyt İslamın sütunudur.

7. Məgər Peyğəmbərin ardınca getmək onunla eyniləşmək deməkdir?

Sayt yenə sərsəmləyir: "İmam Hüseyn də eynən peyğəmbər kimi hərəkət edib, ilahi peyğəmbərlər sayağı öndə gedib və xalqı arxasınca çağırıb. Burada Allahın rəsulu ilə İmam Hüseynin eyniləşdirilməsi cəhdi aydın görünür." Şiələrin İmam Hüseynin (ə) peyğəmbər (s) kimi hərəkət etməsini söyləməsi doğrudur, bu, heç də İmamın (ə) Peyğəmbər (s) ilə eyniləşdirilməsi demək deyil. Ardıcıl (İmam Hüseyn) olan bir insan rəhbəri olan insanla (Peyğəmbərlə (s)) necə eyniləşdirilə bilər?
Saytın yeni biabırçılığı: "Lakin bunun belə təqdim edilməsi tarix boyu İranda teoloji quruluşun siyasi maraqlarına xidmət edib." İranda hazırkı İslami rejim 40 ildir yaranıb, tarix boyu yox.

8. Hansı İran alimi Kərbəlanı Həcdən üstün tutub? Dəlil göstərin!

Sayt növbəti dəfə sayıqlayır: "Zaman-zaman ayətullahların “Kərbəlanın Kəbədən üstün” olduğu iddialarının dilə gətirilməsi, bir çox hallarda isə İmam Hüseynin Məhəmməd Peyğəmbərdən üst qata çıxarılması və s. kimi möhvümatçı düşüncələr kütləviləşir və bütün bunlar şiə icmalarının daha az elmli təbəqələri üzərində ciddi təsir rıçağına çevrilir." Kərbəlanı Kəbədən üstün tutan, öz moizələrində bu məsələyə "aydınlıq gətirən" ilahiyyatçılardan biri QMİ-nin səlahiyyətli nümayəndəsi hacı Şahin Həsənli olub. O, isə İran alimi kimi tanınmır, hətta durub İranda yaşayan hansısa ayətullahı (məsələn mərhum həzrət ayətullah Fazil Lənkərani) tənqid də edir. Onun bağlı olduğu qurum QMİ-dir. QMİ isə İran deyil. Əksinə, Kərbəlanın Kəbədən üstün olub-olmaması məsələsinə aydınlıq gətirən iranlı alim Ayətullah Qəzvini isə deyir ki (səsyazısı "You Tube" saytında mövcuddur) Kərbəlanın üstün olduğunu söyləyən hədislər müstəhəbb həcdən danışır, vacibi həcdən yox. Yaxşıca araşdırıb sonra danışın.

9. Nardarana icra hakimini, deputatı İranmı təyin edib?

Saytın növbəti axmaqlığı: "Nardaran onilliklər boyu İran ayətullahlarının fətvaları ilə hərəkət edir, Azərbaycan dövlətini tanımırdı." Sual: Görəsən Nardaranın tabe olduğu əraziyə icra hakimini Prezident İlham Əliyev təyin edib yoxsa İran? Görəsən Nardaranın YAP-dan olan deputatını İranmı təyin edib? Yoxsa sayt iddia edir ki, Nardaran camaatı dövləti tanımadığı halda ora YAP-çı deputatı hakimiyyət fırıldağla təyin edib?

10. Namaz da, Ərbəin də, Həcc də kamilliyə aparır

Sayt yazır: "Ayətullahlar “namaz və Ərbəin ziyarətinin insanı kamilləşdirdiyini” iddia edirlər. Həqiqətdə isə bu, Allahın buyurduğu kimi “namaz və Həcc ziyarətinin insanı kamilləşdirdiyi” olmalıdır." Ayətullah "Ərbəin insanı kamilləşdirir" deyibsə bu o demək deyil ki, həccin insanı kamilləşdirmədiyini demək istəyir. Məgər mənim "Əli yaxşı insandır" deməyim o deməkdir ki, Vəli pis insandır? Bir yerdə "Ərbəin kamilləşdirir" deyirsə, başqa yerdə "həcc kamillik zirvəsidir" deyir. Bu, təbiidir.

11. Ərbəin əsrlərdir qeyd edilir, İran İslam Respublikası 40 il...

Saytın növbəti xarlığı: " Diqqət çəkən əsas məqamlardan biri isə Həcc ziyarətini Ərbəin ziyarəti ilə əvəz edilməsini deyənlərin Kəbənin yerləşdiyi Səudiyyə Ərəbistanında mövcud kral hakimiyyətinin mənfi əməllərini öz fikirlərinin arqumenti kimi təqdim etmələridir. Halbuki Həcc ziyarətinin edildiyi Kəbə 14 əsrdir mövcuddur və Səudiyyəni idarə edənlərin pis, yaxud yaxşı olmasının İslamın 5 əsas şərtindən birinin “sıradan çıxarılması”na bəhanə olması absurd yanaşmadır." Vəhabi krallarının maşası funksiyasını yerinə yetirən sayt yəni anlamır ki, Ərbəin əsrlərdir (İmam Hüseynin (ə) vəfatının qırxıncı günündən bu günədək) qeyd edilir, amma İrandakı İslam Respublikası 40 il bundan qabaq təsis edilib? Üstəlik heç bir şiə alimi həccin kərbəla ilə əvəzlənməsini demir. Kim də desə bilin ki, şiə deyil.

12. 20 min nəfərin neçəsi radikallıq göstərib?

Saytın növbəti rüsvayçılığı: "Ərbəində İslam dininin buyruğunun əksinə olaraq, “qan tökənlər” ölkəyə qayıdandan sonra radikallığa meyllənir" Halbuki həmin yazıda statistik göstəricini nəzərə alaraq sayt belə yazır: "Məlumatlara görə, Kərbəlaya hər il 20 min nəfərə yaxın azərbaycanlı ziyarətə gedir. İraq hökumətinin açıqladığı statistikada isə qeyd olunur ki, 2016-cı ildə 17 min Azərbaycan vətəndaşı bu ölkəyə ziyarətə gedib. Onların 12 min nəfəri məhz Ərbəin mərasimlərinə qatılıb. 2017-ci ildə bu göstərici 18 minə çatıb." İndi sual veririk ki, ay alçaq, bu iyirmi min nəfərin neçəsi ölkədə radikallığa meyillənib? Niyə insanlara iftira atmaqla məşğulsunuz. Dininiz yoxdursa heç olmasa kişiliyiniz,qeyrətiniz olsun.

13. Şəhidləri dindarlar tanıtdırır, siz şou-bizneslə məşğul olun

Sayt daha sonra İranın Azərbaycan şəhidlərini reklam etməsindən yazır. Deyir ki, İran belə etməklə demək istəyir ki, biz Azərbaycanı dəstəkləyirik. Anlamırlar ki, o şəkilləri ora aparanlar dindar insanlardır. Azərbaycanlıdırlar, yerli adamlardır. Kül sizin başınıza ki, siz şəhidlərimizi tanıtdıra bilmirsiniz, amma dindarlar onların sorağını dünyanın hər yerindən Kərbəlaya gələnlərə çatdırırlar.

14. İran Ermənistanı dəstəkləyirsə Azərbaycan niyə İranla dostluq edir?

Saytın yazısında İranın Ermənistanla "dostluq" məsələsinə yer ayırmasına hər dəfə cavab verilib. Qısası budur ki, əgər İran Ermənistanla dostdursa niyə Azərbaycan dövləti İranla dostluq edir. Yəni Azərbaycan dövləti öz düşməninin dostu ilə dostluq edir? Yoxsa axar.az saytı Azərbaycan-İran dostluğuna xələl gətirmək istəyən Mossad agentidir, xəbərimiz yoxdur?

Vacibi qeyd: Biz Əhli-beyt (ə) məsumlarının sayına uyğun olaraq 14 bənddən ibarət yazı ilə "Mossad"-Ali Səud agenti olan, şiə, Əhli-beyt (ə) düşməni olan axar.az saytının cavabını verdik. Əlbəttə çox söz yazmaq olardı, amma oxucunu yormaq istəmədik. Axar.az saytı bu 14 bəndi yaxşıca oxuyub düşünsün, cavabı yoxdursa deməli dediklərini puç, yalan, böhtan, qarayaxma olaraq hesab edirik.


244 بازدید
در حال ارسال اطلاعات...