Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Oktyabr 2018

Zamin Hacıya internet yaraşmır, məgər Mirzə Cəlilin interneti varıydı?

El arasında Zamin Hacı kimi nadanlar "basməmmədi" kimi bir şey sayılır
Yaxud qonararpulu teoreminin isbatı

Ağlı Cəlil Məmmədquluzadədən, Axundovdan o tərəfə inkişaf etməyən, özü də Biləcəridən o tərəfə tanınmayan Zamin Hacı cəlilməmmədquluzadəliyinə və axundovluğuna davam edir. Bir daha durub 10 milyonluq müsəlman xalqın dini inanclarını təhqir edir. Zamin Hacını anladıq, ateistdir, özünü Cəlil Məmmədquluzadəyə, Axundova bənzədir. Deyəndə ki, ay bala, Məmmədquluzadənin, Axundovun hamı cəmdəyinə tüprür ey, deyir cahildirlər. Bu adamların sələfləri olan Məmmədquluzadə və Axundov da camaatı ağılsız, avam hesab edib özlərini ağıllı sayırdılar. Xüsusən də Axundov müsəlmanları hansısa ərəbin (Həzrət Məhəmməd peyğəmbər nəzərdə tutulur) ardıcılı olduqlarına görə tənqid edirdi, halbuki özü Rusiya Çarının maşası idi. Bilərəkdən müsəlman əleyhinə yazırdı. Bəs yaxşı, Zamin Hacının işlədiyi səviyyəsiz "Müsavat" qəzetinin başda oturanı Rauf Arifoğluna nə gəlib ki, bu cür səfeh-səfeh yazıların dərc olunmasına icazə verir. Bəs gedib öpdüyün Qara daş (həcərül-əsvəd) sənin başını yarmazmı Arifoğlu? Niyə icazə verirsən Zamin Hacı kimi hoqqabazlar sənin dinini təhqir etsin? Sən necə müsəlmansan?
Mən Azərbaycanda mollaların, daha doğrusu molla qılığına girmiş bəzi Zamin Hacı kimi hoqqabazların tənqid edilməsinin əleyhinə deyiləm. Buyur tənqid elə. Amma dini təhqir etmə. Zamin Hacı isə bir qonarardan (məqalənin qarşılığında aldığı pul) ötrü 10 milyon insanın inancını təhqir edir. Arifoğlu da buna görə gədəyə hələ durub pul da verir.
Zamin Hacı ateistdir, Mirzə Cəlildir, kefli İsgəndərdir hər nə matahdır, özü bilər, amma başından böyük qələt edib qəzetdə yazanda heç olmasa jurnalist olduğunu unutmasın. Bir jurnalistin səviyyəsi 5-10 manata görə bir xalqın inancını təhqir edəcək həddə qədər tənəzzülə uğramamalıdır.

Yazısında deyir ki, mollalara dövlət tərəfindən maşın verilib, amma Zaminin ağlına görə mollalara dəvə verilməli idi. Nə var ki, onların yönü ərəb səhrasına gedib çıxır? Burda deyirlər ki, ağıl nemətinə görə sənə şükür olsun Allah! Zaminin bu məntiqinə görə o, internetdən istifadə etməməlidir, çünki adamın kökü gedib Mirzə Cəlilə çıxır. Məgər Mirzə Cəlil internetdən istifadə edib? Belə lap canın çıxsın ki, molla maşında gəzir. Nədir, dədən Mirzə Cəlilin molla, din əleyhinə səy-səy danışmaları puça çıxıb? Yoxsa yanıb-yaxılırsan ki, mollaların, dinin maşını "şeytan arabası" hesab eləməsi kimi qarayaxmalarınız bu gün mollalar tərəfindən iflasa uğrayıb. Niyə bu cür dini məsələlərdə hansısa şəhid ailəsinin puldan məhrum edilməsini gətirib dini söhbətə qarışdırırsınız. Yox belə şəhid ailəsinin qan pulu söhbətinə müdaxilə etmək istəyirsən, zəhmət çək, gic-gic məqalələr müqabilində aldığın qonararı apar vəqf elə şəhid ailələrinə.
"Qanpulu teoreminin isbatı" adlı səfehnaməsində işlətdiyi cümləyə baxın: "Ruhi aləmlə, o biri dünya ilə əlləşən, göyün yeddinci qatından xəbər aparıb gətirən kadrlara avtomobil vermək hətta onların dini inanclarına sataşmaqdır. Tolerantlığımıza təhlükədir." Halbuki bu cümlələri yazmağın özü dini inanca sataşmaqdır. Əlbəttə el arasında Zamin Hacı kimi nadanlar "basməmmədi" kimi bir şey sayılır. Bu cür adamlar nə inanc tanıyır, nə alim, nə akademik. Bütün insan haqları üzərindən rus ayısı kimi basıb keçərlər. Sanki hansısa beyni qızmış çöl donuzunu tövlədən buraxmısan. Beləsi dünya şöhrətli akademik Rafiq Əliyevin mənəviyyat, inanc insanı olmasına da ilişir, cəmiyyətimizdə savadlı, elmli, dünya görüşlü ruhani kimi tanınan Hacı İlqar İbrahimoğlunun nəsihətlərini də qulaq ardına vurur.
Bu cür adamlar elə danışır ki, güya özləri o qədər inkişaf ediblər ki, lap kosmosa raket də göndəriblər. Bunların öldükləri-qaldıqları Mirzə Cəlilin , Axundovun təqlididir. Qardaş, Mirzə Cəlil getdi, Axundovun murdar leşini yerdən götürən olmadı. Bütün inkişafınız Mirzə Cəlildirmi? Mirzə Cəlildən başqa nə vermisiz cəmiyyətə, Mirzə Cəlil sizdən başqa nə verə bilib cəmiyyətə? Yoxsa bircə rus məktəbində oxumaq inkişaf sayılır? Çıxın da Mirzə Cəlil təqlidindən. Bir dünyaya baxın da.

Şəxsən Zamin Hacının tərəfini saxladığını hesab etdiyi şəhid ailələrinin şəhidləri inanclı olduqları üçün şəhid sayılırlar. Bu torpağın şəhidi olan Mübariz İbrahimov inanc əhli idi, amma Zamin Hacı kimi bəsit insanlar inancını təhqir etdikləri insanların qanpulusunun dərdinə düşürlər. Çünki işləri-gücləri puldur. Bəlkə də mollaya dövlətdən dəvə verilməsi təklifiylə çıxış edən bu insan elə özü üçün jurnalist evi istəməsinə işarə edib. Bizdə köhnə mahnı var axı: övladdan nəvə, dövlətdən dəvə. Axı bunların dədəəvəzi olan Arifoğlu hər sezon bir neçə nəfərin adını yazıb prezidentdən ev alır. Zamin də ola bilsin ki, deyir ki, cəhənnəm olsun kasıb, ədalət lazım deyil bizə, ev olsun bəsdir. Haqq edir, verin ona bir dəvə gedib otarsın da.


248 بازدید
در حال ارسال اطلاعات...